Cümə günü, 09 oktyabr 2026
     

“Azərbaycanın ənənəvi xalq musiqisi Atlası” – qeyri-adi nəşr…

Image


Gülüm Qiyasova: “Bu, Azərbaycan ənənəvi musiqisinin bu gün yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır”
Fəttah Xalıqzadə yazır: “Beləliklə, yeni minillik özü ilə birlikdə milli etnomusiqişünaslığın üçüncü inkişaf dalğasını gerçəkləşdirmək vəzəfəsini də gətirdi”

 

Azərbaycan ənənəvi musiqisi deyəndə yada xalqımızın minillərdən bəri yaratdığı, bu gün də yaşatdığı aşıq musuqisi, xalq mahnıları və muğamları düşür. Eyni zamanda bu torpaq üstə yaşayan xalqların da mahnıları, musiqiləri qeyd edilməlidir. Azərbaycan musiqisinin xəritəsinə nəzər salanda bu musiqilərin hamısı göz önündə canlanır. Azərbaycan xalqının folklor musiqisində xüsusi yer tutan əmək nəğmələrindən tutmuş, azsaylı xalqların yaratdıqları nəğmələrə qədər hər biri ənənəvi musiqi xəritəsində özünə yer alıb.

Məlumdur ki, bu  torpaqda yaşayan hər bir xalqın öz nəğməsi, öz musiqi düşüncəsi var. Əlbəttə, bütün bunlar əlaqədar qurumların yerlərə göndərdiyi musiqiçilərdən ibarət ekspedisiya nəticəsində daha dərindən öyrənilir.

Bakı Musiqi Akademiyasının məzunu Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, Azərbaycan xalq musiqisi Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. O qeyd etdi ki, onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir: “Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunub. “Azərbaycanın ənənəvi xalq musiqisi Atlası” hazırlanıb. Bu, Azərbaycan ənənəvi musiqisinin bu gün yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə bu sahədə maraqlı araşdırma aparıb. Artıq Azərbaycan ənənəvi musiqisinin atlası var. Bu o deməkdir ki, istənilən adam o atlas vasitisilə burada yaşayan xalqların musiqi yaradıcılığı və bizim ənənəvi musiqimizlə tanış ola bilər. F.Xalıqzadə qeyd edir ki, musiqi atlasının hazırlanması üzərində böyük bir qrup işləyib və yeni musiqi atlasının geniş, əhatəli olbuğunu nəzərə alan yaradıcı qrup şifahi ənənəli musiqi yaradıcılığının peşəkar və dini formalarını buraya daxil etməməyi qərara alıb. O bildirir ki, buna baxmayaraq, həmin təşəbbüs məhəlli və etnik cəhətdən rəngarəng olan bir çox folklor mədəniyyətini cəmləşdirmək məqsədini daşımaqla, çox böyük qüvvə, bacarıq və vaxt tələb edir. Birillik atlas layihəsində Azərbaycan musiqi folklorunun Naxçıvan, Qarabağ, Şəki, Şirvan, Abşeron, Gəncə, Lənkəran, Quba və başqa məhəlli növlərindən əlavə, respublikamızda yaşayan milli azlıqların (rus, tatar, yəhudi, gürcü, avar, ləzgi, talış, saxur, türk, udi və b.) xalq musiqisi təxminən iyirmiyə qədər bölmə əmələ gətirməli və layihə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) hazırlanmalıdır”. F.Xalıqzadə qeyd edib ki, hələ Azərbaycan musiqi folklorşünaslığının atdığı ilk addımlardan başlayaraq, daha doğrusu, ötən əsrin 30-cu illərində ölməz Bülbülün rəhbərlik etdiyi Elmi-tədqiqat Musiqi Kabinetinin qızğın ekspedisiya fəaliyyəti zamanı Azərbaycanın müxtəlif bölgələrinin (Qarabağ, Lənkəran, Gəncə, Şəki, Quba və b.) xalq musiqisi ilə yanaşı, milli azlıqlardan da (məsələn, kürd, ləzgi, talış) müəyyən folklor nümunələri qeydə alınmışdı: ”Lakin o zamanlar belə axtarışlar məqsədyönlü xarakter daşımamış, azsaylı xalqların musiqisini toplamaq xüsusi bir vəzifə kimi irəli sürülməmişdi.

Qeyd etmək lazımdır ki, müxtəlif bölgələr üzrə Azərbaycanın musiqi folkloru atlasını yaratmaq sahəsində milli musiqişünaslığımızda əvvəllər də təşəbbüs göstərilmişdi. Məlum olduğu kimi, XX əsrin ikinci yarısında, yəni respublikamızda musiqi folklorşünaslığının ikinci inkişaf mərhələsində xalq musiqisinin məhəlli “ləhcələrinin” toplanıb araşdırılması yeni həvəslə davam etdirilirdi. Bu istiqamətdə professorlar B.Hüseynli, Ə.İsazadə, bəstəkar N.Məmmədovun fəaliyyəti qeyd olunmalıdır. Təəssüf ki, milli folklor atlası ideyası qismən həyata keçirildi, ayrı-ayrı bölgələrin və lokal janrların müxtəlif yönlərdən araşdırılması vahid və bütöv musiqi atlasının meydana gəlməsi ilə nəticələnə bilmədi. Bu sanballı işin uğurla başa çatdırılmamasında subyektiv və obyektiv səbəblər (məsələn, Sovet dövrünün müəyyən əngəlləri) vardısa, sistemin dağılması və xüsusilə də Qarabağ münaqişəsinin kəskinləşməsi, müharibə vəziyyəti onları daha da gücləndirdi, hətta əsrin sonuna yaxın ictimai-siyasi böhran irimiqyaslı folklor ekspedisiyaları fəaliyyətini, demək olar ki, iflic vəziyyətinə saldı.

Lakin təxminən 90-cı illərin ortalarından siyasi vəziyyətin sabitləşməsi şəraitində folklorşünaslığın müəyyən təcrübəyə malik orta nəsil nümayəndələri yenə də həmin sahəyə üz tutdular, Bakıda yaşayan qaçqınlardan müəyyən məlumat əldə edildi, ara-sıra ekspedisiyalar təşkil olundu, hətta xarici mütəxəssislər də Azərbaycan xalq musiqisi ilə yaxından maraqlanmağa başladılar.

Beləliklə, yeni minillik özü ilə birlikdə milli etnomusiqişünaslığın üçüncü inkişaf dalğasını gerçəkləşdirmək vəzəfəsini də gətirdi. Sahə ekspedisiyalarını işiqlandırmağa çalışdığımız “Azərbaycanın ənənəvi xalq musiqisi Atlası” XXI əsrin ilk sanballı təşəbbüsü kimi böyük ümidlər doğurur və bir sıra özəllikləri ilə buna bənzər əvvəlki çalışmalardan fərqlənir.

Qeyd olunduğu kimi, hazırlanmaqda olan atlas həm daxili mündəricəsi, həm də forma vasitələri baxımından yenidir. Müasir informasiya texnologiyasının tətbiqi həm musiqi ifalarının, həm də onların audio və video yazılışlarının yüksək səviyyədə yerinə yetirilməsini tələb edir. Bütün materialların elmi şəkildə işlənilməsində və layihənin bütövlüyünü təmin etməkdə kulturoloji aspekt ön plana çıxmaqdadır. Respublikamızda yaşayan müxtəlif etnos və xalqların tarixi, mədəniyyəti, etnoqrafiyası, etnopsixologiyası rəngarəng musiqi folkloru mədəniyyətlərinin tədqiqi üçün mühüm bir şərt olmaqla, qeyd olunan aspektin xeyrinə olacaq. Layihə ilə bağlı işlərin uğurla aparılması müxtəlif xalqların mədəni cəmiyyətləri ilə sıx əməkdaşlığı tələb edir və gələcəkdə hətta bəzi qonşu ölkələrin mütəxəssisləri ilə əlaqalərin yaradılması da istisna edilmir”.

F.Xalıqzadə daha sonra bildirir ki, yeni musiqi atlası ilə əlaqədar keçirilən ekspedisiyalar silsiləsi respublikamızın şimal-qərb regionundan başlandı və dörd rayonu əhatə edib - Balakən, Zaqatala, Qax və Şəki. Vaxtikən böyük bəstəkarlarımız Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, ustad musiqişünaslarımız M.S.İsmayılov, B. Hüseynli, habelə sonrakı nəslin nümayəndələri S.Abdullayeva, T.Kərimova, A.Ozan (Kərimli), A.Abduləliyev, F.Xalıqzadə və başqaları bu coğrafi əraziyə dəfələrlə səfər etmişlər: “Onlar əsasən Azərbaycan xalq musiqisini toplasalar da, bu tükənməz el xəzinəsini, təbii ki, sonuna qədər yığıb-yığışdıra bilməmiş, meydana gəlmiş məqalə, məcmuə və digər vəsaitlər isə toplamaların az bir qismini əks etdirə bilmişdi. Azsaylı xalqlardan avar, saxur, ingiloy, gürcü və rutulluların musiqi folklorunun öyrənilməsi isə indiyə qədər, demək olar ki, yox dərəcəsində idi. Halbuki, ərazinin rəngarəng etnik musiqisinin tam mənzərəsini yaratmaq etnomusiqişünaslıq elminin çox mürəkkəb və çətin məsələlərindən biridir. Buna görə də daha səmərəli müqayisəli araşdırmalara nail olmaq üçün elə əvvəldən düzgün istiqamət lazım idi. Belə bir baxış nəinki azsaylı xalqların, həmçinin, regionda sayca böyük üstünlük təşkil edən azərbaycanlı əhalisinin xalq musiqisini öyrənməsindən ötrü də çox vacibdir. Təəssüf ki, indiyə qədər milli folklorumuzun bu məhəlli üslubuna qarşı hətta mütəxəssislər arasında belə birmənalı münasibət yaranmayıb.

Məsələnin mürəkkəbliyini və yeniliyini nəzərə alaraq, bu məqalədə hələlik üç rayonda (Balakən, Zaqatala, Qax) əldə olunmuş folklor materiallarından bəhs olunacaq. Bir sıra mühüm xüsusiyyətləri - inkişaflı şəhər musiqi mədəniyyəti, muğam sənətinin yayılması və əsasən vahid milli üslubu ilə seçilən Şəkinin musiqi mədəniyyəti isə (əlbəttə, rutul musiqisi istisna olunmaqla) aşağıdakı icmala daxil edilməmiş və ayrıca bir tədqiqatın mövzusunu təşkil edə bilər.

Əsas diqqət hələlik dörd rayondan üçünə yönəldilsə də, müxtəlif növ materialların təsnifatı və işlənilməsində müvafiq prinsip tapılmalı, janrlara, etnoslara və ərazilərə görə bölgü növləri bir-birilə həmahəng şəkildə uzlaşdırılmalıdır.

Eyni zamanda əhalinin milli tərkibi əsasında həmin rayonların folkloru arasında üzə çıxan müəyyən xətləri də asanlıqla görmək olar. Belə ki, avarlar özlərinin xalq musiqisi ilə yaşadıqları Balakən və Zaqatalanı, saxurlar Zaqatala ilə Qaxı, ingiloylar Qaxla Balakəni, rutullular Qaxla Şəkini, azərbaycanlılar isə bütün qeyd olunan rayonları birləşdirirlər. Digər tərəfdən, ayrı-ayrı rayon və kəndlərdə yaşayan soydaşlarımızın mənşəyi ilə əlaqədar onların folkloruna daha zərif lokal nüanslar da xasdır. Bu baxımdan regionun etnik və yerli folklor mədəniyyətlərinin oxşar və fərqli üslub cəhətləri ciddi müqayisəli təhlillərin aparılmasını tələb edir. Bu məqalədə məsələ ilə bağlı olaraq yalnız ayrı-ayrı müşahidələrimizi oxucularımızla paylaşmaq istərdik. Beləliklə, respublikamızın şimal-qərb kəsimində yerləşən rayonlar Azərbaycanın ən beynəlmiləl ərazilərindən biri olmaqla, maraqlı etnomusiqişünaslıq araşdırmalarına və yeni tədqiqat üsullarının yoxlanılmasına yol açır. Regionun folklor ənənələrinin öyrənilməsi xüsusilə gənc mütəxəssislərin yetişməsi üçün yaxşı bir məktəb rolunu oynaya bilər...”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ