şənbə günü, 15 avqust 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Aşıq sənətinin Ərəbzəngisi Ulduz Sönməzin yubileyindən...
Tarix: 02.10.2015 / 02:59
Bölmə: Mədəniyyət
Ədalət Vəliyev: "Ulduz xanım aşıq sənətinin çox ləyaqətli nümayəndəsidir"
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə çağdaş aşıq sənətinin nümayəndəsi, görkəmli aşıq, Azərbaycan aşıq sənətini dünyanın bir sıra ölkələrində ləyaqətlə təmsil edən, festivallarda iştirak edən aşıq Ulduz Sönməzin (Quliyeva) 65 illik yubileyinə həsr edilən gecə keçirildi. Aşıq Ulduzun sentyabrın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan yubiley gecəsi olduqca maraqlı keçdi. Sazın-sözün hökmranlıq etdiyi gecədə könüllərimiz saz üstündə kökləndi.
Aşıq Ulduz Sönməz aşıq sənətini qeyrətlə, sözün əsl mənasında, Ərəbzəngi qüdrəti ilə yaşadan aşıqdır. Deyərdim ki, bu gün öz ifaçılıq, bilik səviyyəsinə görə ustad sənətkar kimi özünü təsdiqləyib. Uzun illərdir aşıq sənətinin təbliği, eyni zamanda da tədrisi istiqamətində yorulmadan çalışır.
Ulduz xanım nağıllardan, dastanlardan gələn gözəllərə bənzəyir. O, səhnəyə çıxanda adama elə gəlir ki, səninlə göz-gözə dayanan bu xanım minillərin o tayından gələn dastan qəhrəmanıdır. Oturuşu-duruşu, ləngəri, ifaçılığı, ləmisi mənə çox doğmadır. Onu da bildirim ki, o, cəngavər aşıqdır. Səsi Koroğlu havalarına biçilib. Bu yaşında da eyni şövqlə, şaqraqlıqla, əzəmətlə, ilhamla oxuyur, könüldən, ürəkdən, Allahın verdiyi istedaddan qaynaqlanıb oxuyur. Elə bil ki, Gədəbəydə coşğun dağ seli çöl-çəmənə, gül-çiçəyə, yal-yamaca nəğmə oxuyur. Zərif, incə, xanım-xatın Ulduz xanım aşıq sənətinin qiymətli incilərindəndir. İnanın ki, onun haqqında başqa cür düşünə bilmirəm. Səhnəyə yaraşan, səhnəni gözəlləşdirən, işıqlandıran aşıq Ulduz sənət aləmində doğrudan da ulduz parlaqlığı, öz əzəməti ilə seçilir. Aşıq sənətini ustadlardan öyrəndiyi üçün hər bir əhvalatı, dastanı, havacatları olduğu kimi ifa edir.
Qeyd edim ki, aşıq Ulduz Sönməz 1950-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbi də Gədəbəydə bitirən Aşıq Ulduz Bakıya gələrək Asəf Zeynallı adına musiqi məktəbinin muğam sinfinə daxil olub. Sonra Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Səkkiz il isə "Lalə" qızlar ansamblında solist kimi fəaliyyət göstərib. O illərdə televiziyada yayımlanan "Klassik irsimizdən" adlı verilişdə Ulduz Quliyeva ən çox Rübabə Muradova, Əbülfət Əliyev, Şövkət Ələkbərova və başqa sənətkarlarla çıxış edirdi. Ulduz xanım ustad qızıdır, atası aşıq Əsgərin barmaqlarından su içib, sənətin sirlərini əvvəlcə ondan öyrənib, sonra başqa ustadlardan bəhrələnib. O elə bir sənətkardır ki, hər zaman öyrənir, öz üzərində işləyir. Ulduz xanım çox aşıqlarla yoldaşlıq-dostluq edib, bir səhnəni bölüşüb. Aşıq İmran Həsənov, aşıq Mahmud Məmmədov, aşıq Sədi Ağstafalı, aşıq Aydın Çobanoğlu və başqaları ilə çiyin-çiyinə olub, aşıq sənətini tərənnüm edib.
Onu da vurğulayım ki, Ulduz xanım 2000-ci il 18 martda Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ulduz" Birliyinə rəhbərlik edir. "Qopuz" jurnalının rəhbəridir. Ulduz Quliyeva Azərbaycan aşıqlarının 1984-cü il martın 19-da keçirilən IV qurultayında iştirak edib. Onu da qeyd edim ki, aşıqlıqla yanaşı, həm də bədii yaradıcılıqla məşğul olan Ulduz xanım 3 şeir kitabının ("Vüqarımı o dağlardan almışam", "Dastan", "Saz demirmi bəs?") müəllifidir.
Ulduz Quliyeva "Azərbaycanın əməkdar incəsənət işçisi" adına layiq görülüb.
Ulduz xanımın görüşünə gələn tamaşaçıların hər biri gerçəkdən saza, onun sənətinə vurğun olan insanlar idi. Yubiley gecəsində Ulduz xanımın ifasında lent yaddaşından "Ağır şərili" havası təqdim edildi.
Gecəni Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq aşıq sənətinin böyüklüyündən, qüdrətindən danışdı. Bu sənətin böyük ənənələrə söykəndiyini vurğulayan nazir müavini qeyd etdi ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu aşıq sənətinə, aşıqlara böyük qayğı və diqqətlə yanaşır, onların yubileylərini keçirir, onları fəxri adlarla təltif edir, aşıq festivalları təşkil edir. "Aşıq Ələsgərdən aşıq Şəmşirə qədərki dövrdə nə qədər aşıqlar yetişib. Keçən əsrin 80-90-cı illəri çox təlatümlü, mürəkkəb bir dövr idi. Həmin illərdə "Dədə Qorqud" bədii filmi çəkildi. Əslində bu, aşıq sənəti haqqında filmin çəkilməsi idi. Ondan əvvəl "Koroğlu" filmi çəkilib, bu, aşıq sənəti haqqında idi. Aşıq Ulduz aşıq sənətinin çox ləyaqətli nümayəndəsidir. Keçən əsrin 60-cı illərində Sumqayıt mədəniyyət evində aşıq solist kimi çalışırdı. 70-ci illərdə Filarmoniyanın solisti oldu. Hesab edirəm ki, 70-ci illər aşıq sənətinin intibah dövrü olub. Ulduz xanım da o dövrdə fəaliyyət göstərirdi. Sonra mən onu keçən əsrin 90-cı illərində "Aşıq Pəri" Məclisində görürdüm, o məclisin ən fəal üzvlərindən biri idi. Aşıq Ulduzun bu məclisdə çox aktiv çıxış etdiyini vurğulamaq istəyirəm. Allah Narınc Xatuna rəhmət eləsin, o da aşıq sənətinin təbliğində böyük işlər görürdü".
Nazir müavini bildirdi ki, Ulduz Quliyevanı çoxdan tanıyır və onun sənətini hər zaman izləyir. Hətta o bildirdi ki, keçən əsrin 90-cı illərində Ulduz xanımın Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etməsini də ona təklif edib: "O vaxt Aşıqlar Birliyinin ətrafında böyük problemlər vardı və orada ab-hava olduqca pis idi. Mən o zaman Ulduz xanımı nazirliyə dəvət edib onunla görüşdüm və biz vəziyyəti müzakirə etdik. Ona təklif etdim ki, Aşıqlar Birliyinin sədri olsun. O dedi ki, gərək fikirləşim, bir neçə həftədən sonra yanıma gəldi və çox dəqiq, müdrik bir qərar verdi. Dedi ki, bu Birliyə həmişə kişilər rəhbərlik edib, mən qadınam, birdən-birə ora rəhbərlik etsəm yaxşı qarşılanmaz. Mən bu işin öhdəsindən gələ bilməyəcəyəm. O adam mənə həqiqəti dedi. Bu da mənim çox xoşuma gəldi. O söhbətdən sonra Ulduz xanım yadımda doğru danışan, çox ləyaqətli, işıqlı bir aşıq, söz xridarı, qadın, ləyaqətli insan, ana-bacı kimi qaldı".
Ə.Vəliyev qeyd etdi ki, aşıq Ulduz Sönməz bu gün də aşıq sənətini ləyaqətlə təmsil edir və öz ustadlığı ilə sənəti yaşadır. O həmçinin vurğuladı ki, Ulduz xanımın təşəbbüsü ilə Sumqayıt Musiqi Kollecində aşıq sənəti tədris edilib, ilk proqramı da xanım sənətkar hazırlayıb. Onun dediyinə görə, bu gün dövlət xəttilə musiqi məktəblərində, Milli Konservatoriyada, kolleclərdə aşıq sənəti tədris edilir.
Sonra nazir müavini Ulduz xanıma nazir Əbülfəs Qarayevin imzası ilə fəxri diplom təqdim etdi.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da Ulduz xanım haqqında danışdı: "Aşıq sənətinə şöhrət gətirən gözəl sənətkarın, aşıq Ulduzun yubiley gecəsinə yığışmışıq. Ulduz aşıq sənətinin ulduzlarından biridir". Xalq şairi qeyd etdi ki, sənətkarın yubiley gecəsi dövlət tərəfindən keçirilir.
Tədbiri aparmaq üçün səhnəyə dəvət edilən professor Məhərrəm Qasımlı isə bildirdi ki, Ulduz xanımın neçə yaşının olmasına baxmayaraq, o hələ də 17 yaşlı gənc bir qızdır: "O, 17 yaşın içindədir. Onun gözəl çöhrəsi, şaqraq səsi, məlahəti bunu deyir. Mən onun sinəsində saz görəndə "Dədə Qorqud" dastanı yadıma düşür, orada Burla xatun da aradabir qopuzu sinəsinə basıb oxuyur. Aşıq sənətində bir neçə tarixi qadın aşıqlar olub. Onlardan biri 18-ci yüzillikdə yaşayan aşıq Zərnigar Dərbəndli, o biri aşıq Diləfruz xanım Dərbəndlidir. Hər ikisi aşıqlıq edib, deyişiblər. Bu gün də qadın aşıq sənətinin ənənəsini davam etdirən Ulduz xanım kimi aşıqlar var. Onu da deyim ki, Ulduz xanım aşıq ocağından çıxıb, atası aşıq Əsgər dövrünün tanınan, bilikli aşıqlarından olub. Məlumatıma görə, Ulduz xanımın babası da aşıq kimi fəaliyyət göstərib. Bu gün övladı Sədaqət xanım müğənni-aşıq kimi fəaliyyət göstərir, anasının yolunu davam etdirir. Ulduz xanımın saza bağlılığı genetikdir. O çox gözəl ifaçıdır, aşıq kimi dövrünün bir çox sənətkarları ilə döş-döşə gəlib, deyişib, məclis aparıb. Mən onu Abbasın Gülgəzinə, Qurbaninin Pərisinə, Valehin Zərnigarına bənzədirdim. Onlara da buta sazla verilib. İndi mən Ulduz xanımı Şah İsmayılın Ərəbzəngisinə bənzədirəm. O, Azərbaycan aşıq sənətinin Ərəbzəngisidir. Ulduz xanım meydangir aşıqdır, İmran Həsənov, aşıq Mahmud Məmmədov, aşıq Murad Niyazlı kimi Koroğluxan aşıqlarla üz-üzə oxuyub".
Sonra səhnəyə çıxan gecənin səbəbkarı aşıq Ulduz Sönməz və aşıq Qələndər Zeynalov "Şah İsmayıl" dastanından deyişmə ifa etdilər. Onları balabanda əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edirdi. Gecədə Elçin Xalıqoğlu və Namiq Fərhadoğlu "Ruhani", Aşıq Mahmud Məmmədov "Şəbi hicran", Aşıq Əhliman Şirvanlı "Şirvan gözəlləməsi", aşıq Şaiq İncəli və aşıq Familə Göyçəli "Baş dubeyti", aşıq Dəmir Vəliyev və aşıq Altay Məmmədli "Oğuzoğlu" havası ilə çıxış etdilər. Ulduz xanımı həmçinin aşıq İlham Aslanbəyli, aşıq Familə, aşıq Əli Tapdıqoğlu, aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi İran Aşıqlar Birliyinin üzvləri, xanəndələr-Gülyaz Məmmədova, Gülüstan Əliyeva, zurna ustası Zahir Zülfüqarov da öz ifaları ilə təbrik etdilər.
Böyük sənətkara, görkəmli aşığa, "Sazçı qızlar" ansamblının yaradıcısı və rəhbərinə, əziz Ulduz xanıma can sağlığı, uzun ömür, gözəl günlər diləyirəm. Ad gününüz mübarək, Ulduz xanım!
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix -
Troya
Tarix: 13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı
Tarix: 13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası
- Təşkilatçılar qərar verdi...
Tarix: 13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq
Tarix: 11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən:
Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır
Tarix: 10.08.2026 / 12:48
Yunus Oğuz
– Tarixi romanın müasir nəfəsi
Tarix: 09.08.2026 / 11:50
50 illik yubileyidir, yoxsa bu da yeni zarafatıdır...
Tarix: 07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi -
Kadıkalesi
Tarix: 06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...
Tarix: 05.08.2026 / 20:10
Rayon teatrlarında direktorlar və müavinlər seçilir, ya təyin edilir...
Tarix: 05.08.2026 / 14:15
Musiqi terapevti soydaşımızdan Türkiyədə unudulmaz sənət gecəsi...
Tarix: 04.08.2026 / 20:47
Xarici sərmayiçilər kinomuza 12 milyon dolları necə yatırıb?...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...
Tarix: 13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...
Tarix: 13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...
SON XƏBƏRLƏR
15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı -
“Milli zəmində düşmənçilik çağırışı…”
15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır -
dronlar üzündən…
15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi
15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj -
“AB onu lağa qoyur…”
15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı -
“siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”
15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir -
sərt ritorika da öz yerində…
15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır:
“ Gəmiləri hədəf alacağıq”…
15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək -
müharibə bitdikdən sonra…
15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda -
27 dəqiqəyə 5 dollarlıq yanacaq…
14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj
- S-400-dən qurtulmadan F-35 olmayacaq…
14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır
- Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...
14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...
14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...
14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi
– rəqəmlər açıqlandı…
14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...
14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...
14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…
14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır
- BƏƏ-nin iki tankeri vuruldu…
14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...
14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...
14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi
14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq -
müxalifət TRİPP-i radikal hədəfə aldı...
14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir -
Trampla İranın söz davası qızışır...
14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...
14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu
14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir -
ya çox yeyirik, ya qazanc azdır...
14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır...
Plan...
14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur -
səfirdən sensasiya...
14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...
14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...
14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi
- Şübhəli mesajlara inanmayın!
14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir -
2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...
14.08.2026 / 14:15
Xorvatiya alovlar içində
- dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…
14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix -
Troya
14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq
- İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…
14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı
14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi
14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…
14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...
14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb"
- Baş Prokurorluq
14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı
14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama
- İranla müharibə məqsədlərinə çatmadı…
14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı
– silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…
14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır
14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu
14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi
14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı
14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır -
mövzu Kurildir
14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib -
The Washington Post
14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır
14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb -
ölənlər var…
13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi
13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı -
Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı
13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi -
Norveçdə…
13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı
13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları
13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı
- Ekspertlər şübhə ilə baxır...
13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi
- Onda qışdan sağ çıxarıq...
13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi
- Metsamor Atom stansiyası mütləq bağlanacaq...
13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...
13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...
13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı -
beynəlxalq reytinqçilər inamsız yanaşır...
13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı
13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi
- heç bir razılıq yoxdur...
13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...
13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası
- Təşkilatçılar qərar verdi...
13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı
13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi
– buna son qoyun...
13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi
- "axmaqlar"…
13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı...
- VİDEO
13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı
13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır
13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır
13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...
13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb
13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi...
- YENİLƏNDİ
13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”
13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq
13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb
13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır
Populyar xəbərlər
Tarix: 05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...
Tarix: 29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir...
Bəlkə məqsəd elə budur...
Tarix: 07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış
Tarix: 17.07.2026 / 17:23
MDU “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
XƏBƏR ARXİVİ