şənbə günü, 15 avqust 2026
     

İran Aşıqlar Birliyinin yaradılması reallaşır

Image


Aşıq Səlcuq Şahbazi mərasimdə iştirak etmək üçün Azərbaycan, Türkiyə və Orta Asiyadan nümayəndələr gələcəyini bildirib

Güney Azərbaycanda aşıq sənətinin böyük inkişaf yolu keçdiyi hər kəsə bəllidir. Müqəddəs saz-söz ocaqlarımızdan olan ustadlar diyarı kimi şöhrətlənən Güney Azərbaycanda bir zamanlar ana sazımız qadağan olunsa da, son bir neçə ildə saza geniş meydan verilib. Bu gün Azərbaycan aşıq sənətinin çox dəyərli ustadları, eləcə də gənc aşıqları güneydə yaşayıb-yaradır, fəaliyyət göstərir, məclislər, toylar-düyünlər keçirir.
Diqqətçəkən məqamlardan biri odur ki, burada hər bir bölgədə aşıq sənəti mövcuddur, hər mahalın, hər obanın da öz dəst-xətti, öz yönü, istiqaməti var. Əsas odur ki, hamının məqsədi birdir-aşıq sənətini təbliğ etmək, onu ləyaqətlə yaşatmaq.
Bilirik ki, artıq aşıq Səlcuq Şahbazinin rəhbərliyi ilə Tehranda İran Aşıqlar Birliyi yaradılıb və İran dövləti tərəfindən rəsmi qeydiyyata alınıb.
Aşıqlar Birliyinin yaradılmasında əsas məqsəd bu milli sənəti inkişaf etdirib gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edən aşıq Səlcuq Şahbazi (Kösərəli Şahbazi) AzərTAc-ın əməkdaşına müsahibəsində bildirib ki, İranda müxtəlif xalqların nümayəndələri birlikdə dinc və mehribanlıqla yaşayır: "Azərbaycanlı aşıqların birliyinin yaranması və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması İranın zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Bu il oktyabrın 11-də Tehranda İran Aşıqlar Birliyinin təqdimat mərasimi keçiriləcək. Bu tədbirə Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından da el sənətkarları, İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də dəvət olunacaq".
S.Şahbazi qeyd edib ki, Birlik beynəlxalq səviyyəli müsabiqə və festivallar keçirəcək, konsertlər verərək bu qədim el sənətini təbliğ edəcək.
AzərTAc-ın əməkdaşı qeyd edir ki, S.Şahbazi (K.Şahbazi) 1962-ci ildə Təbriz yaxınlığındakı Ağcaqışlaq kəndində anadan olub və 11 yaşından ustad aşıq Əvəzə şəyirdlik edib. Tehrana gəldikdən sonra burada emalatxana açaraq 17 il saz düzəltməklə məşğul olub. Sənətə vurğunluğu onun yolunu İranın Dövlət Televiziya və Radio Verilişləri Təşkilatından salıb. Televiziyanın musiqi şöbəsində çalışaraq dastan və qoşmalar ifa edib.
S.Şahbazinin bildirdiyinə görə, İran Aşıqlar Birliyinin yaradılması ideyasını reallaşdırmaq üçün Təbriz, Urmiya, Myana, Ərdəbil, Xoy, Zəncan şəhərlərinə səfərlər edib. Bu şəhərlərdə pərakəndə fəaliyyət göstərən aşıqlarla görüşüb və ideyasının dəstəklənməsinə nail olub.
İran-Azərbaycan mədəni əlaqələrinin inkişafında əhəmiyyətli rola malik olan S.Şahbazi 2010 və 2014-cü illərdə Bakıda keçirilən Beynəlxalq Aşıq Festivallarında uğurla çıxış edərək İranı təmsil edib.
Bakının çox gözəl olduğunu vurğulayan sənətkar Azərbaycanda aşıq sənətinə dövlət tərəfindən diqqət və qayğının yüksək olduğunu da bildirib. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, aşıq Ədalət və başqaları ilə yaxın dostluq əlaqələri saxlayan S.Şahbazi sentyabrı 30-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin dəvəti ilə aşıq Ulduzun yubiley mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Onu da vurğulayaq ki, "El səsi", "Aşıq gördüyünü çağırar", "İran aşıqları və ədəbiyyatı", "Dədə Qurbani və Pəri xanım", "Təpədən dırnağa Azərbaycanam", "Aşıq dastanları", "Aşıqların ədəbiyyatı" adlı şeirlər kitablarının müəllifi olan S.Şahbazi yaradıcılıq axtarışlarını bu gün də davam etdirir. Aşıq Səlcuq Şahbazi İran Aşıqlar Birliyinin qurucusu və sədri kimi 7 kitab və 7 əsl aşıq havasının müəllifidir. Aşığın yaratdığı havalardan da danışmaq istəyirik. Səlcuq Şahbazi "Bakı-Xəbər"ə bildirib ki, "Şahbazi döşəməsi", "Şahbazinin osmanlı gəraylısı", "Şahbazi dubeytisi", "Şahbazinin haqq divanisi", "Şahbazinin bayatısı", "Şahbazinin layla bayatısı",
"Şahbazinin zərbi divanisi" kimi havalar yaradıb.
Bəli, aşıq Səlcuq Şahbazinin aşıq sənətinin inkişafında xidmətləri danılmazdır. Milli sənətimizi yaşadan ustad sənətkar hər zaman klassik, unudulub yaddan çıxan havalarla, maraqlı improvizələrlə tamaşaçılar qarşısına çıxır. İranda olduğu kimi, Azərbaycanda da Şahbazini sevənlər, onun sənətinə vurğun olanlar çoxdur. Aşıq sənətinin inkişafına, tərəqqisinə çiyin verən sənətkarlardan biri kimi Səlcuq Şahbazi çox böyük işlər görüb.
İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ