şənbə günü, 21 noyabr 2026
     

Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

Image


Aydın bölgəsinin sahilində yerləşən gözəl Didim qəsəbəsi Türkiyənin Egey dənizi sahillərində gizli qalmış bir incidir. Qızılı qumlu çimərlikləri, möhtəşəm təbiəti və zəngin tarixi ilə Didim hər kəsi valeh edən bir cənnət guşəsini xatırladır. Bodrum, Muğla və İzmir hava limanlarından asanlıqla çatmaq mümkündür. Burada zövqünüzə uyğun geniş seçimlər var: lüks beşulduzlu otellərdən tutmuş rahat butik otellərə qədər. Didimdə olarkən Ege mətbəxinin ləziz təamlarından dadaraq hər anın dadını çıxarın.

İsti yay günlərində bu gözəl Egey məkanını kəşf etmək üçün 5 səbəb var:

Təmiz sular və çimərlik

Möhtəşəm təbiəti ilə Didim sahil boyunca uzanan füsunkar çimərlikləri ilə seçilir. İstər günəşin altında istirahət edin, istər gün boyu min bir çalarda mavilikdə üzün, bu çimərliklər sizə dəniz kənarında unudulmaz anlar yaşadacaq.

Didimin ən məşhur çimərliyi olan Altınkum – adı kimi, “qızıl qum”u və büllur kimi şəffaf dənizi ilə hər kəsin sevimlisidir. Amma yalnız Altınkum deyil; Sarıkum, Huzur və Akbük kimi sakit guşələr də dəniz kənarında tam bir rahatlıq bəxş edir.

Macəra axtaranlar üçün Didimdən çıxan gündəlik qayıq turları da əla seçimdir. Bu turlar sizi gizli qalmış körfəzlər və kimsəsiz kiçik adalara aparır – məsələn, Cennet Akvaryum və Saplı Ada kimi gözəlliklərə.

Didim ətrafındakı Egey dənizinin sualtı dünyası da dərinlikləri kəşf etmək üçün möhtəşəm imkanlar təqdim edir. Qayıqlardan dalış edərək müxtəlif balıq növlərini, dayaz rifləri, qədim amforaları və xüsusi olaraq batırılmış sahil mühafizə gəmisini görə bilərsiniz.

Qədim möcüzələrə açılan qapı

Didim təkcə gözəl Egey sahili ilə deyil, həm də zəngin qədim irsi ilə fərqlənir. Qədim Didim, yəni Didyma, İoniya şəhərlərindən biri olan Miletusun müqəddəs məbədi kimi tanınırdı. Didyma qədim dövrdə kahinlik və peyğəmbərlik mərkəzi olmuş Apollon məbədi ilə məşhur idi. Bu möhtəşəm məbəd qədim dünyanın ən böyük məbədlərindən biri sayılır və Miletus şəhəri ilə müqəddəs bir yol vasitəsilə birləşirdi.

Hətta məşhur tarixçi Herodot da Didyma Apollon məbədindən bəhs edir ki, bu da onun tarixi əhəmiyyətini daha da artırır. Günümüzə qədər gəlib çatan nəhəng İon sütunları və daşdan oyulmuş məşhur Meduza relyefi məbədin görkəmini bu gün də qoruyur.

Tarixi sevənlər üçün burada dayanmaq kifayət deyil. Məbəddən başlayaraq qədim yol boyunca gəzə bilərsiniz və ya yarım saatlıq məsafədə yerləşən Miletus şəhərinə, filosoflar yurduna səfər edə bilərsiniz.

Sahildən kənarda toxunulmamış gözəlliklər

Didim yalnız tarixi zənginlikləri ilə deyil, həm də heyrətamiz təbiət mənzərələri ilə təbiətsevərlərə unudulmaz istirahət imkanı yaradır. Bölgənin ən görkəmli təbii möcüzələrindən biri Bafa gölüdür – Egey bölgəsinin ən böyük gölü və Türkiyənin əsas ekoloji turizm məkanlarından biridir.

Bafa Gölü Təbiət Parkı müxtəlif piyada yürüş marşrutları ilə yanaşı, quş müşahidəsi üçün də əla şərait yaradır. Burada çoxlu miqrasiya edən quş növləri məskunlaşır və yuva qurur. Gölün ərazisində üç ada yerləşir. Qayıq icarəyə götürərək bu adaları, qayalı landşaftları, zeytun bağlarını, həmçinin qədim monastır və kilsələri kəşf etmək mütləq siyahınızda olmalıdır.

Didim, həm özünüz, həm də sevdikləriniz üçün xüsusi hədiyyələr tapa biləcəyiniz autentik yerli bazarlar və orqanik yarmarkalarla tanınır. Orqanik bazarlarda mövsümi Egey meyvə-tərəvəzləri, yerli bazarlarda isə əl işi tekstil və keramika məhsulları təqdim olunur.

Bu cür bazarlarda alış-veriş etmək həm yerli istehsalçıları dəstəkləmək, həm də bölgənin mədəniyyətini yaxından hiss etmək üçün əla fürsətdir. Burada Egey mətbəxinin ləziz təamlarını dadaraq özünüzü tam bir yerli kimi hiss edə bilərsiniz. Xüsusilə orqanik zeytun yağı və bal almağı unutmayın.

Didim süfrəsində Egey ləzzəti

Söhbət yeməkdən düşmüşkən, Didim Egey mətbəxinin incə dadlarını kəşf etmək üçün mükəmməl ünvandır. Günlər burada ənənəvi səhər yeməyi ilə başlayır – süfrədə təzə tərəvəzlər, göyərtilər, zeytunlar, əlavə bakir zeytun yağında isladılmış xırt-xırt çörək, eləcə də əncir və üzüm kimi yerli meyvələrdən hazırlanan ev marmeladları üstünlük təşkil edir.

Nahar və şam yeməklərində isə mövsümi tərəvəzlərdən və yerli otlardan – məsələn, dəniz börülcesi (dəniz qulançarı) və şevketi bostan (tikanlı ot) ilə hazırlanan zeytun yağlı yeməklər süfrəyə gətirilir. Bu yeməklər çox vaxt iştahaaçan qəlyanaltılar və ya yüngül əsas yeməklər kimi təqdim olunur. Yanında rəngarəng salatlar və təzə tutulmuş dəniz məhsulları isə süfrəyə xüsusi ləzzət qatır.

Egey dənizinin bərəkəti sayəsində süfrələr çipura, levrek, ahtapot, kalamari və karides kimi dadlı dəniz nemətləri ilə zəngin olur. Bütün bunlar Didimdəki tətilinizi unudulmaz bir qastronomik səyahətə çevirəcək.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ