şənbə günü, 17 oktyabr 2026
     

Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

Image


Həsən bəy Zərdabinin “Əkinçi”sindən rişələnən milli mətbuatımız düz 150 ildir ki, yol gəlir. Bu uzun yolun hər qarışı şərəflidir, müqəddəsdir. Bizlər o qutsallığın içindən sıyrılaraq günümüzdə var olmuşuq.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi respublikamızın hər yerində coşğu ilə keçirilir, bu irsi bu xalqa töhfə verən “əkinçi” babalarımızın ruhları hörmətlə, minnətdarlıqla yad edilir.

Mətbuatımızın 150 illik yubileyinə “Azərbaycan Nəşriyyatı” MMC də öz töhfəsini verib.

Azərbaycan Nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir. “Söz. Çap. Forma - birləşən dünyalar” şüarı altında keçirilən simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.

Simpozium çərçivəsində bir sıra görüş və tədbirlər keçirilir. O cümlədən, iyulun 18-də saat 18:30-da tanınmış azərbaycanlı fotoqraf Sənan Ələsgərovla görüş baş tutub.

İyulun 19-da saat 17:00-da misirli rəssam Məhəmməd Abouelnaqa ilə görüş təşkil olunacaq. İyulun 20-də isə məşhur mərakeşli rəssam Hassan Burkia ustad dərsi keçirəcək (11:00 – 17:00).

Simpozium “Azərbaycan” nəşriyyatında iyulun 22-dək davam edəcək.

“MətbuArt” beynəlxalq incəsənət simpoziumunda yaşanan duyğulu, mənalı anları, unikal əsərləri görmək üçün onun keçirildiyi yerdə olduq.

Həyəcanla, bir az da tələsik pilləkənləri qalxırıq, qalxdıqca hiss edirik ki, bizi qarşıda fərqli bir dünya gözləyir, fərqli qitələrdən, fərqli ölkələrdən gələn sənət adamları ilə görüşəcəyik. Zala daxil oluruq, təsəvvür etdiyimizdən də qat-qat maraqlı, rəngarəng mənzərini görür. Palitradan boylanan rənglərin səsini eşidirik, o səs bizə təlqin ki, edir bura təkcə sənət dünyasının kiçik bir parçası deyil, həm də bir dostluq mücəssəməsidir.

Rəssamlar, heykəltəraşlar işləyir, fərqli incəsənət növləri ilə məşğul olan insanların başı öz işlərinə qarışıb. Bəziləri başını qaldırıb bizimlə həmsöhbət olur, bəziləri isə sanki zala kimlərinsə daxil olduğundan xəbərsizdir. Öz işlərinə o qədər aludə olublar ki, ondan başqa heç nə görmürlər.

Katalin Verebiç: “Mən Azərbaycanı, gözəl Bakını çox sevirəm”

İlk yaxınlaşdığımız Macarıstanı təmsil edən Katalin Verebiç oldu. K.Verebiç Bakının gözəlliyinə heyran olduğunu dilə gətirir. Deyir ki, sanki sehrli bir aləmə düşüb. “İlk dəfə Bakıya on il əvvəl gəlmişəm və ötən illər ərzində Bakı inanılmaz dərəcədə dəyişib. Mən Azərbaycanı, gözəl Bakını çox sevirəm. On il əvvəl gələndə də köhnə şəhərlə yeni şəhərin bir arada olduğunu gördüm. Bu mənə çox müsbət təsir etdi. Çünki mən əsərlərimdə də köhnə və yeni dəyərləri birləşdirməyə çalışıram”.

Macarıstanlı rəssam onu da deyir ki, belə bir simpozimun keçirilməsi çox yaxşı haldır və burda bir-birini tanımayan fərqli sənət adamları tanış olur, bir-birinin işinə çox isti yanaşırlar”.

“Mətbuat, informasiya çənbəri”

Sonra diqqətimizi qəzetdən hazırlanan maraqlı bir iş cəlb etdi. Azərbaycanı təmsil edən Tural Möyüfov deyir ki, nə qədər qəzetdən istifadə etdiyini xatırlamır, amma hər “rulonda” təqribən 60-70 qəzet işlənilib: “Bu təqdim olunan indiki prosesdir. Sonra görüntüsü dəyişəcək, yana aşılacaq və ona yan tərəfdən də baxılacaq. Fikirləşirəm ki, bu həm də asılımış vəziyyətdə olsun. “Mətbuat, informasiya çənbəri”dir. Burda səhərdən axşama qədər informasiya axını ilə üzləşdiyimizi, qəzetdən, saytlardan, televiziyalardan informasiyalar aldığımızı göstərmək istəyirəm. Və eyni zamanda bir də görürük ki, özümüz də o informasiyanın içindəyik. Mən eyni zamanda Azərbaycan mətbuatının əhəmiyyətini, cəmiyyətdə oynadığı rolu, keçdiyi şərəfli yolu, ənələrini təqdim etməyə çalışmışam. Yumru formuladan istifadə etməkdə də məqsədim odur ki, informasiyanın daim hərəkətdə olmasını göstərim. Bu işi sırf simpozium üçün hazırlamışam”.

Praphatsorn Phooprasert: “Şəhərinizi çox bəyəndim”

Tailandı təmsil edən Praphatsorn Phooprasert ilə ünsiyyət qururuq, tərcüməçimiz Nuray Səfərova dərhal bizim sullarımızı ingilis dilində rəssam xanıma çatdırır. Bakıdan aldığı muncuqlar və digər aksesuarlardan istifadə edərək işlərini təqdim edir və muncuqları, digər nümunələri kağız lövhə üzərinə düzməklə əsər yaradacaq. “Bakıda ilk dəfədir oluram, şəhərinizi çox bəyəndim. Bu şəhər haqda əvvəl elə də geniş məlumatım yox idi, amma çox şadam ki, belə bir gözəl şəhərdə oluram.

Rəşid Əlşəşai: “İlk dəfə Bakıya 14 il əvvəl “Qala” festivalında iştirak etmək üçün gəlmişəm”

Rəşid Əlşəşai isə Səudiyyə Ərəbistanından gəlib və təqdim etdiyi işlər çox maraqlıdır, o, qəzet çapında istifadə olunan mətbəə aksesuarları yaradıb. Özünəməxsus fərqli yanaşma tərzi sərgiləyən rəssam deyir ki, çap işinin nə qədər əhəmiyyətli olduğunu göstərmək istəyib: “Sənət əsərinin təsviri, kağızın nəfəsi - bu enstalyasiya işində köhnə çap mətbəələrinin ayrılmaz bir parçası olmuş hava borularını yeni bir baxışla təqdim edirəm. Vaxtilə çap avadanlıqlarının davamlılığını təmin etmək üçün istifadə olunan bu metal borular bu gün “susqun şahidlər kimi keçmişin yaddaşını təcəssüm etdirir. Əsərdə borular üzərində çap görüntüləri yerləşdirilib. Bəzi kağızlar mürəkkəb izlərini daşıyır, bəziləri isə kənarlarından köhnəlmişdir, bütövlükdə keçmişin vizual panoramasını yaradır. Bu görüntülərin arxasından yayılan yumşaq işıq kağız qatlarını və onların incə teksturasını ön plana çıxarır, sanki keçmiş hələ də nəfəs alırmış təsiri yaradır. Eynilə bir zamanlar həmin boruda etdiyim kimi... Əsər sadəcə boruların keçmiş funksiyasını xatırlatmır, onları işıq, yaddaş və məna daşıyan bədii obyektlərə çevirir. İlk dəfə Bakıya 14 il əvvəl “Qala” festivalında iştirak etmək üçün gəlmişəm”.

Rəşid Əlşəşai deyir ki, 14 illik fasilədən sonra Bakını daha gözəl, daha da dəyişmiş görüb, “Bakı tamamilə dəyişib”.

Bir neçə azərbaycanlı rəssamla da tanış olduğunu deyən rəssam bildirdi ki, onlarla dostluq əlaqələri var.

“Şəhərinizi gəzməyə fürsətim olmayıb”

Norveçli rəssam Miree Abrahamsen rəssamlıqla 20 ildən çoxdur ki, məşğul olur: “Mən rəsmlərlə plastiki birləşdirib əsərlər yaradıram. İnanıram ki, mənim əsərlərin sizin xoşunuza gələcək. Hələ şəhərinizi gəzməyə fürsətim olmayıb, burdayam, işləyirəm”

Hassan Burkia: “Burda fərqli ölkələrdən fərqli rəssamların olması çox maraqlıdır”

Mərakeşli rəssamı işləyən görürük, fırçasını maraqlı bir əsər üzərində gəzdirir, insan simasının təsviri verilən əsərlə maraqlanırıq. Hassan Burkia bir üzü kişi, bir üzü qadın olan təsvir yaradıb. “Bu simpoziumu çox müsbət qiymətləndirirəm. Burda fərqli ölkələrdən fərqli rəssamların olması çox maraqlıdır. Burda hər kəs öz yaradıcılıq bacarığını, dünyaya baxışını ifadə edir”.

Cüzeppe Strano Spitu: “Plastik tullantılardan yenidən geri qayıdışı ifadə edirəm”

Cüzeppe Strano Spitu İtaliyanı təmsil edir, plastik su qablarından olduqca maraqlı əsərlər yaradıb, hətta işlərindən biri Novruz tonqalını xatırladır, tərcüməçimiz dedi ki, burda elə Novruz tonqalı təsvir edilib. Ətrafa müxtəlif ölçülü plastik butulkalar, qablar səpələnib, rəssam öz işini görür : “Plastik tullantılardan yenidən geri qayıdışı ifadə edirəm. Bu simpoziumda dörd fərqli işim təqdim edilir.

Azərbaycan mədəniyyəti çox zəngindir, mətbəxiniz də onun kimi. Bakı çox gözəldir. Heydər Əliyev Mərkəzinin unikallığına heyran oldum. Bu bina mənim üçün həm ona görə maraqlıdır ki, onun memarı Zaha Hadiddir. Şəhərinizin özəlliyindən biri də odur ki, Bakı çox təmiz şəhərdir”

Arlindo Arez: “Bakının havası Portuqaliyanın havasına çox bənzəyir”

Simpoziuma Portuqalyadan qatılan Arlindo Arez çox maraqlı və ünsiyyətcil bir insan təsiri bağışlayır, əsərləri haqqında ürək dolusu danışır, onların ifadə etdiyi mənanı izah edir. Bundan başqa deyir ki, Bakını çox sevib : “Bakının havası Portuqaliyanın havasına çox bənzəyir. Baxmayaraq ki, Portuqaliya Atlantik okeanın, Bakı isə Xəzər dənizinin sahilində yerləşir, amma iqlim cəhətdən bir-birinə çox bənzəyirlər. Burda özümü öz evimdə, öz şəhərimdəki kimi hiss edirəm”.

Misirli rəssam Məhəmməd Abouelnaqa Bakını çox sevdiyini, Cənubi Koreyanı təmsil edən Kim Qa-eulin isə əsərlərinin bizim tamaşaçıların xoşuna gələcəyini dedi.

Yerli rəssamlarla yanaşı ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən fırça ustaları doğrudan da sehrli bir aləmə qonaq etdilər bizi.

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunan bu sərgidə sözün əsl mənasında böyük ideya və məna, yeni çağrışlar, dostluq var. “Azərbaycan” nəşriyyatının rəhbəri Leyla Güləliyevanın diqqəti və həssaslığı bu arada gözmüzdən qaçmır, təbii xoş ünsiyyəti də günümüzü maraqlı etdi.

Rəssamlarla sağollaşıb, onlara yaradıcılıq uğurları arzusu ilə ayrılırıq...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ