Hülya Avşar "pul qazanmayan kişilərə hörmət etmirəm" dedi, sosial media çalxalandı...

Türkiyəli müğənni Hülya Avşar son açıqlaması ilə gündəmi zəbt edib. Onun verilişlərin birində “Məndən az qazanan kişiyə hörmət etmərəm” sözləri sosial mediada geniş müzakirələrə səbəb olub.
H.Avşarın bu fikirləri tənqid atəşinə tutulub. İstifadəçilər onun sözlərinə “hörmət insanlığa görə olmalıdır, pula görə yox”, “özünə hörmət edən kimsə sənin hörmətinə möhtac deyil” və “80-ci illərin məşhurlarını artıq qadağan etmək lazımdır” kimi sərt reaksiyalar bildiriblər.
Mətləb