Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb. Müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi. Emin məlumat yayaraq konsertin keçirilməyəcəyini bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.
Mətləb