şənbə günü, 21 noyabr 2026
     

Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi

Image


Türkiyəyə səfər edən hər bir qonağın dadmalı olduğu ənənəvi təcrübələrdən biri türk səhər yeməyidir. Zəngin və çeşidli süfrəsi ilə seçilən bu mətbəx mirası, sadəcə bir qida qəbulu deyil, mədəniyyətin, qonaqpərvərliyin və birlikdə paylaşma dəyərlərinin təcəssümüdür.

Türk səhər yeməyi süfrəsində bir-birindən fərqli pendir növləri, yaşıl və qara zeytunlar, ev şəraitində hazırlanan xəmir məmulatları, təzə tərəvəzlər – xüsusilə pomidor və xiyar, müxtəlif üsullarla hazırlanmış yumurta növləri, qurudulmuş ətlər, isti və təzə çörək, mövsümi mürəbbələr, təbii bal və qaymaq təqdim olunur. Bu zəngin çeşidə, süfrənin ayrılmaz hissəsi olan və qonaqlara dəfələrlə təklif edilən ətirli türk çayı da müşayiət edir.

Bu ənənənin dəyəri və mədəni əhəmiyyəti səbəbindən türk səhər yeməyi mədəniyyəti hazırda UNESCO-nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməyə namizəddir. Eyni zamanda, dünya üzrə aparılan reytinqlərə əsasən türk səhər yeməyi “Dünyanın Ən Yaxşı 50 Səhər Yeməyi” arasında birinci yerə layiq görülmüşdür.

Exquisite Brunch Table Setting

Türk dilində səhər yeməyi “kahvaltı” adlanır. Bu söz “kahve” (qəhvə) və “altı” (əvvəli) sözlərinin birləşməsindən yaranıb və sözün əsl mənasında “qəhvədən öncə” deməkdir. Tarixən bu termin, qəhvə içilməzdən əvvəl yeyilən yüngül yeməyi ifadə edirdi. Lakin zamanla türk səhər yeməyi o qədər zəngin və doyurucu hal alıb ki, artıq səhərin əsas hadisəsinə çevrilib — yeyənləri saatlarla tox saxlayır və növbəti acma hissini xeyli gecikdirir.

Türkiyənin geniş və müxtəlif coğrafiyası, bu ölkəyə bölgələrə görə fərqlənən, yerli ləzzətlərlə zəngin səhər yeməyi mədəniyyəti bəxş edib. Şərqi Türkiyədə səhər yeməyi adətən günün ilk işığı ilə başlayır: erkən açılan şorbaçı dükanları və ciğer dürməyi (qaraciyər dürməyi) satan satıcılar, günə möhkəm bir başlanğıc etmək istəyənlərə ürəkdolusu yeməklər təqdim edirlər. Əksinə, Egey bölgəsində səhər süfrələri daha yüngül və təravətli olur: təzə tərəvəzlər, mövsümi göyərtilər, ləzzətli zeytunlar və məşhur Bergama tulum pendiri ilə zəngin süfrələr diqqət çəkir.

Bölgələr arasında fərqliliklər olsa da, bəzi məhsullar hər bir türk səhər süfrəsində daim yer alır. Bu ümumi paylaşılan ənənə isə türk səhər yeməyini təkcə qida deyil, eyni zamanda bir mədəni dəyər kimi təqdim edir.

Türk qəlyanaltısının vazkeçilməzləri

Pendir və zeytun türk səhər yeməyinin ən simvolik və ayrılmaz tərkib hissələrindəndir. Səhər süfrəsinin əsas mərkəzində ağ pendir dursa da, müxtəlif bölgələrdə fərqli yerli pendir növləri ilə bu zənginlik daha da artır. Ezine pendiri, Konya mavi küflü pendiri, Karsın yetişmiş kaşarı və Vanın otlu pendiri bu müxtəlifliyin yalnız bir neçə nümunəsidir. Zeytun isə hər zaman səhər süfrələrini daha da rəngarəng edir. Türkiyə, dünya üzrə zeytun və zeytun yağı istehsalında ilk beşlikdə yer alır və ölkənin ən böyük zeytun bağları Egey bölgəsində yerləşir. Qara və yaşıl zeytunlar, adətən zeytun yağı, yerli otlar və ədviyyatlarla qarışdırılaraq süfrəyə təqdim olunur və ölkənin hər yerində səhər süfrələrinə xüsusi ləzzət qatır.

Türk səhər süfrəsi eyni zamanda ölkənin məhsuldar torpaqlarının təzə tərəvəz və meyvə bolluğunu da əks etdirir. Mövsümi tərəvəzlər – xüsusilə yay aylarında şirəli pomidor və xırt-xırt xiyar, təzə göyərti və otlar – zeytun yağı və bir çimdik duzla süfrəyə verilir, pendir və zeytunla gözəl bir ahəng yaradır. Yay aylarında isə yeməyə bir qədər təravət və şirinlik qatmaq üçün süfrələrə tez-tez qarpız və yemiş də əlavə olunur – duzlu dadların arasında gözəl bir kontrast yaradaraq səhər süfrəsini tamamlayır.

Kahvaltı Sofrası Nasıl Hazırlanır? 5 Adımda Mutluluk Dolu Sabahlar - Nefis  Yemek Tarifleri

Yumurtalar, Türk səhər yeməyinin digər əsas simvollarından biridir və müxtəlif üsullarla hazırlanır. Ən sevilən yumurta növlərinə menemen (bibər və pomidorla birlikdə qarışdırılmış yumurta), sucuklu (ədviyyatlı türk kolbasası ilə qızardılmış) yumurta və son zamanlarda sosial mediyada böyük populyarlıq qazanan çılbır (sarğılı qatıq üzərində poşe yumurta) daxildir. Un məmulatları da türk səhər yeməyinin ayrılmaz hissəsidir. Hər süfrədə təzə, xırt-xırt çörək olsa da, simit (küncütlə örtülmüş bagel), poğaça (pendirdən kartofa qədər müxtəlif içliklərlə doldurulmuş un məmulatı), pişi (qızardılmış un məmulatı) və gözləmə (təzə göyərti, pendir, ət və ya kartofla doldurulmuş yastı çörək) kimi məhsullar da çox geniş yayılıb.

Köy Kahvaltısı Tadında ( Serpme Kahvaltı) - Nefis Yemek Tarifleri

Türk səhər yeməyi şirin sonluq olmadan tamamlanmaz. Süfrənin sonunda təbii bal və yaylaq heyvanlarının südündən hazırlanmış qaymaq mükəmməl bir cütlükdür. Evdə hazırlanmış və mövsümi meyvələrin ləzzəti ilə dolu türk mürəbbələri və marmeladları da sınanması vacib seçimlərdəndir. Və əlbəttə, bütün bunlar lalə formalı stəkanlarda süzülmüş, ətirli türk qara çayı ilə müşayiət olunur. Bu ləzzətlərin dadını çıxarın və gününüz gözəl keçsin!

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ