şənbə günü, 21 noyabr 2026
     

Rusiya ilə Azərbaycanın sahəvi əməkdaşlıq layihələri bir-bir ləğv olunur...

Image


Aydın Xan Əbilov: “Bizim etirazlarımız sivil formadadır, bu, mədəniyyət tədbirlərinin ləğv edilməsi, ictimai və mədəniyyət xadimlərinin narazılığı şəklində bildirilir”

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət hadisəsi, beş vətəndaşımızın qətlə yetirilməsi, bir neçəsinin həbs edilməsi, üzərlərində məhkəmə qurulması, onlara qarşı ağır ittihamlar irəli sürülməsi faktları Azərbaycanda ciddi narahatlıqla və narazlıqla qarşılanır.

Rəsmi dövlət qurumlarımız da Rusiyanın davranışlarına adekvat addımlar atırlar.

Bildiyimiz kimi, Azərbaycanın Mədəniyyət Nazirliyi bəyanat yayaraq bildirib ki, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.

Azərbaycanın Rusiya ilə bir sıra mədəniyyət tədbirlərini ləğv etməsinin nə kimi təsiri və effekti olacaq?

“Bu elə bir təsir, təzyiq vasitəsidir ki, bununla Rusiyada, eləcə də başqa ölkələrdə soydaşlarımıza qarşı kobud münasibətə, ayrıseçkiliyə, təzyiqə son qoyula bilər”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə bildirdi ki, Rusiyada azərbaycanlılara qarşı baş verən məlum faciəvi hadisədən sonra Azərbaycan və Rusiya cəmiyyətlərində iradlar, etirazlar, narazılıqlar yarandı. “Bir çox hallarda bu kimi hadisələr zamanı güzəştlərə gedilirdisə bu dəfə cəmiyyət o güzəştlərə getmək istəmir. Özünü hər zaman Azərbaycanın strateji müttəfi sayan Rusiyada soydaşlarımıza qarşı belə bir hadisə baş verməsindən təəssüflənirik. Ona görə də, həm cəmiyyət, həm ziyalı təbəqəsi, həm mədəniyyət və ictimai təsisiatlarımız bu məsələyə öz etirazlarını bildirməli idilər. Müxtəlif istiqamətdə rəsmi səfərlərdən imtinadan sonra, sözsüz ki, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin, konsertlərin, festivalların, tamaşaların, sərgilərin və sairin ləğv olunması da gözlənilməz deyildi. Mədəniyyət Nazirliyinin qəbul etdiyi bu qərarı biz normal qarşılayırıq. Biz bunu geosiyasi, geomədəni etiraz, təzyiq vasitəsi kimi qəbul etməliyik. Rusiya dünyanın ən böyük dövlətlərindən biridir, orda bizim soydaşlarımız, digər türkdilli xalqlar və müsəlmanlar da yaşayır. Bizim Rusiyaya olan isti münasibətlərimiz müqabilində onların bizə qarşı etdikləri qəbuledilməzdir. Biz bunu təəssüflə qarşılayırıq. Rusiya dövlət qurumlarında, yaxud başqa bir istiqamətdə işləyən və özünü dövlətin gözündə “işləyən təşkilat” kimi göstərmək istəyən qurumların bu cür hadisələr törətməsi, əlbəttə ki, ədəbi, mədəni, ictimai, sosial, elmi əlaqələrə, dövlətlərarası münasibətlərə sərinlik gətirir. Ona görə də bu hadisələrə etiraz olaraq mədəniyyət tədbirlərinin ləğv olunması qərarı tam yerindədir. Bu elə bir təsir, təzyiq vasitəsidir ki, bununla Rusiyada, eləcə də başqa ölkələrdə soydaşlarımıza qarşı kobud münasibətə, ayrıseçkiliyə, təzyiqə son qoyula bilər.

Bizim ictimai-siyasi xadimlərimiz, yazıçı və şairlərimiz, sənət adamlarımız, dövlət qurumlarımız vətəndaşlarımıza qarşı olan bu tip məsələlərə həmişə öz etirazlarını bildiriblər. Bu dəfə baş verən dəhşətli hadisəyə də biz öz etirazlarımızı bildiririk. Bizim etirazlarımız sivil formadadır, bu, mədəniyyət tədbirlərinin ləğv edilməsi, ictimai və mədəniyyət xadimlərinin narazılığı şəklində bildirilir.

Azərbaycan Mədəniyyət Nazirliyinin bu addımını Rusiya normal qəbul etməlidir. Bu ona görə edilib ki, Rusiya baş verən hadisəyə məntiqli bir cavab versin və soydaşlarımızın, vətəndaşlarımızın narahatlığına son qoyulsun. Hadisə zamanı öldürülən azərbaycanlıların ailələrinə təsəlli olacaq addımlar atılsın, həbs edilənlərlə bağlı ədalətli qərar qəbul edilsin, onlardan və ailələrindən üzr istənilsin, varislərinə təzminat ödənilsin. Bu da bir daha belə bir hadisənin törədilməsinin qarşısını ala bilər”.

A.X.Əbilov qeyd etdi ki, vaxtilə Rusiyanın təyyarəsi səhvən vurulanda Azərbaycan qarşı tərəfdən üzr istədi, bütün müvafiq addımları atdı, amma Rusiya nə mülki təyyarəmizin vurulmasına, nə digər hadisələrə, nə də son baş verənlərə görə məsuliyyətini dərk edib müvafiq addım atmadı.

A.X.Əbilovun sözlərinə görə, biz sivil formada etirazımızı bildirməliyik, lazım gəlsə beynəlxalq sferada, Avropa məhkəməsində də bu məsələ ilə əlaqədar hüquqi addım atılmasına nail olmalıyıq. “Nəinki Rusiyada, hətta başqa ölkələrdə vətəndaşlarımızın başına gələn bu kimi hadisələrə sussaq, etiraz bildirməsək bu silsilə xarakter daşıyacaq və 60 milyonluq dünya azərbaycanlıları dövlətimizə arxayın olmayacaq.

Bu baxımdan, indiki vəziyyətdə nazirliyin, mədəniyyət adamlarının, ictimai-siyasi xadimlərin atdıqları addımlar məntiqlidir. İnanmaq istəyirik ki, nə Rusiyada, nə də başqa ölkələrdə azərbaycanlılara qarşı analoji hadisə bir daha baş verməyəcək”-deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ