şənbə günü, 17 oktyabr 2026
     

“TÜRK” etnonimi və törələr- YUNUS OĞUZ yazır

Image


Əvvəlini buradan oxuya bilərsiniz:

https://olaylar.az/news/edebiyyat/596176

YUNUS OĞUZ

Bozqurd kultu

Ta qədimdən bütün kultlar içində bozqurd (börü, aşina) kultu daha çox fərqlənir. Belə ki, qədim türklərin inancına görə bozqurdlar Marsın yerdəki simvoludur və bozqurd onların əcdadı sayılır. Bəzi kultlar günümüzdə gündəmdən çıxsa da bozqurd kultu bu gün türklər arasında daha da genişlənir.

Bu kult bir çox ölkələrdə simvol (simgə) rolunu oynayır. Etrusk və italyanlarda dişi qurd onların simvoludur. Skandinaviyada əcdadlarına "Börü" deyilir, oğlunun adı isə Tordur. Almanlar badələri bir-birinə toqquşduranda "sum volf" deyirlər, yəni qurdun şərəfinə.
"Qurd" sözü toponim, etnonim, hidronimlərdə hələ də qalmaqdadır. "Göybörü" anlamının da rənglə heç bir əlaqəsi yoxdur və əski türklər belə hesab edirdilər ki, o ağ işıqla göydən enib və onlara yol göstərib, xilaskar rolunu oynayıb. Təsadüfi deyil ki, islamaqədərki dövrlərdə, müharibə zamanı türklər bayraqlarının (tuğların) uclarına qurd başı taxırdılar.
Qurdu başqa heyvanlardan fərqləndirən cəhətlərdən biri də onun etnoqrafik xüsusiyyətləridir. Belə ki, dastanlarda, nağıllarda, hətta şeirlərimizdə, deyimlərdə də qurdun adı çəkilir, insan özünü onunla müqayisə edir.
Qurdu söymək və ona qarğış etmək yaxşı əlamət hesab edilmirdi, hətta günah sayılırdı. "Qurd üzün mübarək" deyimi şanlı anlamına gəlirdi, qorxmaz, cəsur adama "qurd ürəkli" söylənilirdi. Ac adama isə "qurd kimi acımış", qorxmazlığı ilə seçilən cavanlara "qurd ürəyi yeyib", ağıllı, tədbirli insanlara "qoca qurd" deyimlərindən indi də istifadə olunur.
"Kitabi Dədə Qorqud" dastanında "əzvay qurd əniyinin erkəyində bir köküm var", "qara başım qurban olsun qurdum sana", "...qurd ilə xəbərləşim", N.Gəncəvidə, "Koroğlu" dastanında, B.Vahabzadənin, M.Arazın, X.Rzanın, R.Behrudinin, M.Yaqubun və başqalarının şeirlərində qurd haqqında bol-bol deyimlərə, söyləmələrə rast gəlmək olar.
Bəs bu xüsusiyyətlər nədən ibarətdir?
1. Bozqurd özgürdür, azadlıq sevəndir. Tələyə düşəndə pəncəsini çeynəyib qopardır və azad olur.
2. Bozqurd əhliləşmir.
3. Bozqurd fəsillərə (çağlara) görə həyat (yaşam) tərzi sürür. Belə ki, törəmə, nəsilartırma zamanı oturaq, köçəri heyvanların və quşların arxasınca ova gedərkən köçəri, dəyişkən həyat tərzi keçirir.
4. Bozqurd qorxmur.
5. Bozqurd pusquda gözləmir.
6. Yetim qalan qurd balasına sahib çıxır, ona qayğı göstərib bəsləyir.
7. Bozqurd xəyanəti bağışlamır.
8. Bozqurdun dişisi ölərsə, ailə qurmur, yalquzaq yaşam tərzinə keçir.
9. Sürüyə, davara hücum edərkən yalnız birini boğazlayıb aparır. Canavar isə digərlərini ya boğub öldürür, ya da yaralayır.
10. Bozqurd ovuna yeddi saniyədən çox baxarsa onu ovlayır.
11. Bozqurddan ovu qorxmasa, özünü döyüşə hazır göstərərsə ona toxunmur, çəkilib gedir.
12. Bozqurd dalaşarsa, dişi qurd gəlib yanında, boğazının altında (qurdlar boğazdan yapışır) dayanarsa, digər qurd savaşdan əl çəkir.
13. Bozqurd sürüsündə başda cavanlar, ortada qocalar və xəstələr, sonda isə sürü başçısı dayanır. "Qurd taktikası" döyüşünü türklər qurdlardan götürüb, adına "Turan taktikası" verilib. Belə ki, aypara halında düşməni ortaya salıb, çevrəni sonda qapadırdılar.
14. Bozqurd məğlub olana qədər deyil, ölənə qədər savaşır.
15. Bozqurd məğlub ola bilər, amma əyilməz, ovlanar, həbsə düşməz.
16. Bozqurd heç vaxt təkbaşına hərəkət etməz. Sürü onun üçün kollektiv xarakter daşıyır.
17. Yaşadığı əraziyə, ailəsinə, öz növündən digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç kim ala bilməz.
18. Qurdun ulaması birliyə çağırışdır.
Məhz bu xüsusiyyətlərinə görə bozqurdlar türklərə bənzədilir və türklərin simvolu (simgəsi) sayılır.
Göründüyü kimi dünyanın bir çox yerlərində, harada yaşamasından asılı olmayaraq, türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (simvolları) Bozqurddur.
Beləliklə türk dilləri altı qrupa bölünür:
1. Oğuz qrupu - Azərbaycan, türk, türkmən, qaqauz və Balkan türklərinin dilləri;
2. Qıpçaq qrupu - qazax, Qaraqalpaq, qırğız, Altay, Noqay, Krım tatarlarının dilləri;
3. Bulqar dil qrupu - Kazan tatar, başqırd, Qaraçay - balkar, kumık və qaraim dilləri;
4. Karluq-uyğur qrupu - özbək, yeni uyğur, sarı uyğur və salar dilləri;
5. Uyğur - oğuz qrupu - Tuva, tafalar (karaqas), xakas, şor, Baraba tatarları və Çulım tatar dilləri;
6. Çuvaş-yakut qrupuna yalnız iki qrup daxildir - çuvaş və yakut.
Göründüyü kimi türklərin bütün Avrasiya arealına yayılmasına baxmayaraq, Bozqurdu simgə (simvol) seçməsinin iki əsas səbəbi vardır.
1. Bozqurdun başqa heç bir canlıda olmayan xüsusiyyətləri, özəllikləri, üstünlükləri, ov tərzləri (taktikası), cəsurluğu və s.
2. Bozqurdun yer mənşəli olmaması, yəni göy mənşəli (gökqurd) - qutsal (müqəddəs) olması.
Sonda bütün yazılanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, türk inanclarına görə Bozqurd simgəsi (simvolu) özündə, əsasən üç funksiya cəmləşdirir:
1. Əcdadlarının göydən ağ işıqla enməsi;
2. Çətin vaxtlarda, savaşlarda, yol göstərən hami, yəni rəhbər;
3. Türklərin ruh bağlılığına görə xilaskar.
Və bunu araşdırmaçı İmran Verdiyevin "Bozqurd-Azadlığın və cəsarətin simvoludur" məqalənin iqtibası (sitat) ilə bitirirəm:
"Türk (Oğuz) - qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. "Kitabi Dədə Qorqud"dakı qurdun Salur Qazan tərəfindən "ər" adlandırılması ("Qarla yağış yağanda ər kimi duran") faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz "ər" semantemində birləşir. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, "Tanrı Milləti" olduqlarını dəfələrlə sübut etmişlər."

Türk duası

"Ulu Tanrı!
Hər şeyi yaradan Tanrı!
Yenilməz, yıxılmaz, ölməz, bitməz, yox olmaz Tanrı!
Suyu donduran, buzu əridən, buzdan su yaradan, suyu çaya çevirən, çaydan göl yaradan, göldə balıq gəzdirən Tanrı!
Quru dərələri dolduran, ota, ağaca can verən, otdan, ağacdan çiçək çıxardan, arıya bal verən Tanrı!
Günümüzü aydın edən, gecəmizi ulduzlarla süsləyən Tanrı!
Bizə yeni bir il bəxş edən Tanrı!
Bu il bizə bol ver, bolluq ver!
Otumuzu, otlağımızı bol et!
Atlarımızı, quzularımızı bol et!
Yağımızı, südümüzü, pendirimizi, qımısımızı bol et!
Yağışımızı, suyumuzu bol ver!
Ovlağımızı, ovumuzu bol ver!
Qızımızı, oğlumuzu bol ver!
Anamızı, balamızı, oğlumuzu, qızımızı, gəncimizi, yaşlımızı, bu Yer üzərində qara qüvvələrdən qoru, Uca Tanrı!
Yayımızı hədəfə tuşla, oxumuz hədəfə dəysin, qılıncımızı kəskin et!
Biləklərimizi gücsüz, ürəklərimizi ümidsiz qoyma!
Yaz keçsin yay gəlsin, yaydan sonra payız gəlsin. Payız xalqıma ağırlıq gətirməsin!
Türk çoxalsın, yaşam tərzimiz bəy kimi olsun!
Ac, çılpaq qalmasın, həmişə dirilik olsun!
Türk dövlətsiz olmasın, Türk xalqı başsız qalmasın, Türk xalqı törəsiz olmasın! Türk xalqını qoru!

AMİN!"

SON



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ