Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

Image


Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir, əksinə, günü-gündən daha da alovlanır. Sanki gözəgörünməz bir əl var və bu əl teatrda sakitliyin təmin olunmasını istəmir.

Bilirik ki, bu il aprelin 4-də Akademik Milli Dram Teatrında keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib və nəticədə də bəzi aktyorlar arasında qarşıdurma baş verib. Mediada və sosial şəbəkələrdə yayılan iddialara görə, İ.Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik baş verib. Hətta o da iddia olunur ki, gərginlik fiziki qarşıdurmaya çevrilib və F.Hüseynov Ə.Nura “əl qaldırıb”. Ə.Nur isə dəfələrlə bu məsələyə sosial şəbəkə hesabında aydınlıq gətirib və deyilənləri təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını bildirib.

Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub, teatrın kollektivi ilə görüşüb onların şikayətlərini, fikir və təkliflərini dinləyib.

Əksəriyyət ümid edirdi ki, nazirin “Azdramada” görüş keçirməsindən sonra orda sular durulacaq və bütün problemlər, qarşıdurmalar arxada qalacaq, kollektiv yalnız yaradıcılıq uğurları ilə gündəmə gələcək. Təəssüflər olsun ki, nazirin teatra gəlişindən sonra da problem səngimədi, biz mətbuatda əməkdar artist Mehriban Xanlarovanın, Əli Nurun teatrın bədii rəhbəri Merhriban Ələkbərzadəyə qarşı ittiham dolu fikirlərini oxuduq. Bu gün də Ə.Nurla F.Hüseynov arasında qarşıdurmanın mövcud olduğu deyilir.

Son yayılan məlumata görə isə, Xalq artisti Əli Nur Əməkdar artist Füzuli Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. “Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq”-deyə Ə.Nur açıqlamasında deyib.

Füzuli Hüseynov: “Mən elə adda adam tanmıram”

Ə.Nurun onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsinə münasibət bildirməsi üçün Əməkdar artist Füzuli Hüseynovla əlaqə saxladıq. F.Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, məşqdə olduğu üçün danışa bilmir. Əli Nurun onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsinə gəlincə, F.Hüseynov “Mən elə adda bir adam tanmıram”-deyə bildirdi.

Əli Nur: “Bu kobudluğuna, xuliqanlığına görə Füzuli Hüseynov teatrdan xaric olunmalıdır”

Əli Nur isə “Bakı-Xəbər”ə bildirdi ki, nazir teatra gəlib-gedəndən sonra da problem öz həllini tapmadı: “Bu məsələ hələ ki, öz həllini tapmayıb. Əlaqədar qurumlar məsələdən xəbərdardır və mənə deyiblər ki, baş verənlər araşdırılacaq. Hadisə baş verəndən sonra məni rəsmi qurumlara dəvət ediblər, Prezident Administrasiyasında olmuşam. Baxıb görürəm ki, hadisənin üstündən iki ay keçib, amma heç bir ölçü götürülməyib. Heç bir tədbir görülmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etdim.

Daxili İşlər Nazirliyindən də mənimlə əlaqə saxlayıb məsələ ilə məşğul olduqlarını dedilər.

Hadisənin səhərisi günü məni Yasamal rayon prokuroru çağırdı ki, bu teatrda nə baş verib?”.

Ə.Nur qeyd etdi ki, F. Hüseynov ona qarşı aqressiv davranış sərgiləyib və nəticədə xoşagəlməz hadisə baş verib: “Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.

Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Lakin o, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir”.

Hadisənin baş verməsi barədə Ə.Nur bunları dedi: “Teatrda Bədii Şuranın iclası idi. Qaydalara görə, Şuranın iclasında da teatrın aktyor və aktrisaları iştirak edir. Həmin iclasda Bədii Şuranın üzvləri olaraq mən, xalq artistləri Sabir Məmmədov, Rafiq Əzimov, Zemfira Nərimanova, ədəbi hissə müdiri Cavid Zeynalov, İlham Əsgərov, Mehriban Ələkbərzadə və Əməkdar artist Füzuli Hüseynov iştirak edib. Ömründə bir kitab, bir qəzet oxumayan, nəzəriyyəni bilməyən, dünya teatrından xəbəri olmayan Əməkdar artist Füzuli Hüseynov da Bədii Şuranın üzvü seçilib. İclasda teatrın perspektivləri haqqında danışmağa başladılar. Mehriban Ələkbərzadə gəlib mənim qarşımda durub “Əli müəllim, dur danış” dedi. Bildirdim ki, danışmaq istəmirəm. Nəsə situasiya mənim xoşuma gəlmədi. Füzuli ayağa durub dedi ki, biz belə edəcəyik, elə edəcəyik. Yenə də Mehriban Ələkbərzadə mənim danışmağımı israr etdi. Rafiq Əzimov danışdı. Samir Məmmədov gördü ki, Mehriban Ələkbərzadə mənim danışmağımı çox israr edir, “Əli müəllim danışmaq istəmir, qoyun mən danışım” dedi. Sabir Məmmədov danışdı. Direktor iclası bağlamaq istəyəndə bu (Füzuli Hüseynov) dedi ki, dur sən də danış, danışmasan getməyəcəyik. Bundan da əvvəl Nurəddin Mehdixanlı mənə demişdi ki, səni iclasda Mehriban Ələkbərzadə Füzuli ilə vuruşduracaq. Mən də dedim ki, mənim Füzuli ilə nə işim var, heç kəslə vuruşan deyiləm. Mən də teatrımızın dünya şöhrətli teatr olmasından, Londonda Kral Sarayında Abbas Mirzə Şərtifzadənin Otello rolunda şəklinin olmasından, bütün SSRİ-nin vaxtilə bu teatrla fəxr etməsindən, bu tetarın şərəfli bir yol keçməsindən və sairdən danışdım. Dedim ki, burda elə rejissorlar işləməlidir, elə tamaşalar hazırlamalıdırlar, o tamaşalar hadisəyə çevrilməlidir, dünyaya çıxmalıdır, o tamaşanı dünya qəbul etməlidir, bura uşaq-muşaq yeri deyil, bura məhəllə teatrı deyil, Akademik Milli Dram Teatrıdır. Bura prezidentin teatrıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, bu mənim teatrımdır. Burda təsadüfi rejossorlar tamaşa qoymamalıdır. Çünki burda adını çəkmədiyim rejissor bir eybəcər tamaşa qoymuşdu, sonra da bir uşağı dəvət etmişdilər. Mən danışdıqca Füzuli də mənə yerindən söz atırdı. Birdən hirslənib ayağa durdu, söyüş söyə-söyə üstümə hücum etdi ki, səni bu dəqiqə öldürəcəyəm, vuracağam. Tez bunun qabağını kəsib qucaqladılar, sürüyə-sürüyə zaldan çıxarmaq istəyirdilər, bu da məni hədələməyə davam edirdi. Mən də onun qarşısında şax dayanmışdım və öz-özümə deyirdim ki, bu nə özbaşnalıqdır, bu nə cinayətdir? Nazirlə görüşdə də demişdim ki, teatrın 152 illik tarixində belə hadisə olmayıb ki, aktyor aktyoru söyüb üstünə hücum çəksin. Özü də mənim kimi aktyora qarşı bunlar edilib. Mən Xalq artistiyəm, qəhrəman atasıyam. İkincisi də mən nə danışmışam? Teatın estetikasından, yaradıcılıqdan danışmışam. Yəni bu teatrın estetikası başqa teatrların estetikasına bənzəmir, burda yüksək səviyyəli tamaşa qoyulmalıdır, rolları güclü aktyor və aktrisalar oynamalıdır. Rejissor hadisə yaratmalıdır. Nə isə onu zaldan çıxardılar. Direktorun yanına gəldik və direktor dedi ki, bu məsələni ört-basdır edək...Razılaşdım. Bir neçə gün sonra bəzi media orqanları yalan məlumat yaydılar ki, “Azdramada” insident olub və Əli Nuru aktyorlar “döyüb”. Belə bir hadisə baş verməyib axı. Yalan məlumatlar yayıldı, buna da kütlə inandı. Biri ağ yazdı, biri qara yazdı. Axı məni niyə hörmətdən salırsınız? Füzuli kimdir ki, məni döysün? O məni döyə bilməz axı. Mən güləşçiyəm. O mənimlə düşmənçilik etməmişdən əvvəl Xalq aristi Nurəddin Mehdixanlı ilə danışmır, Xalq artistləri Sabir Məmmədovla, Kazım Abdullayevlə, Əməkdar artist Rövşən Kərimduxtla düşməndir. Sən kimin yolu ilə gedirsən? Teatrda aktyor aktyorla da düşmən olar? Bütün xalq artistləri ilə düşməndir. Bunun da hamısının səbəbkarı Mehrbian Ələkbərzadədir. O, aktyoru aktyorla, aktrisanı aktrisa ilə vuruşdurur. O, bədii rəhbər postuna layiq deyil.

Füzulini paxıllıq və hikkə yerindən oynadır...”

Ə.Nur bildirdi ki, F.Hüseynovla bağlı konkret tədbir görülməlidir: “Onunla bağlı nə kimi tədbirlər görüləcəyini hüquq-mühafizə orqanları bilir. Mən onların yerinə heç nə deyə bilmərəm. Mən onu bilirəm ki, bu kobudluğuna, xuliqanlığına görə Füzuli Hüseynov teatrdan xaric olunmalıdır.

Mənim fikrim belədir, ilk dəfədir sizə deyirəm. Füzuli teatrda mövqeyini itirib. Onun yeri çayxanadır, bütün günü orda nərdtaxta oynasın...”

Ə.Nur sonda bildirdi ki, onun barəsində dezinformasiya yayan, yalan məlumatlar tirajlayan media orqanlarını, saytları da məhkəməyə verəcək, hər birindən 50 min manat məbləğində təzminat tələb edəcək...

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ