Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

Hollivud ulduzu, reper Uill Smit pərəstişkarları ilə bağlı maraqlı qərar qəbul edib. Belə ki, yeni albomu "Based on a True Story"nin tanıtımı üçün dünya turuna çıxacaq sənətçi, tur zamanı pərəstişkarları üçün ödənişli paketlər təqdim edəcək.
Təklif olunan paketlərdən biri 550 ABŞ dolları dəyərindədir. Bu xidmətdə aktyorla qrup şəklində foto çəkdirmək, xatirə məhsulları əldə etmək və səs yoxlamasında iştirak etmək imkanı daxildir.
Daha geniş imkanlar təqdim edən digər paket isə 1740 dollardır. Bu paket fərdi foto çəkilişi, səhnəyə ekskursiya, Uill Smitin imzaladığı plakat və səs yoxlamasına giriş imkanı ilə seçilir.
Mətləb