Üç il öncə vəfat edən məşhur türkiyəli aktrisa Fatma Girikin ölümündə səhlənkarlıq iddiası ilə başladılan məhkəmə prosesi başa çatıb. Türkiyə mediasının yazdığına görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada yekun qərar qəbul edilib. Qərarda bildirilib ki, "Yeşilçam" ulduzuna göstərilən müalicədə səhlənkarlıq olmayıb və cinayət təqibinə ehtiyac qalmayıb. Ekspertiza rəylərinin başa çatmasından sonra hazırlanan hesabatda aktrisanın COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat etdiyi, tibbi müdaxilədə hər hansı bir səhvə yol verilmədiyi qeyd olunub.
Mətləb