Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. Gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi “Run with you” mahnısı ilə təmsil edən "Mamagama" qrupu finala çıxa bilməyib. Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Mətləb