Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi

Image


Mayın 11-də dünyaşöhrətli heykəltəraş, Azərbaycanın Xalq rəssamı Fuad Əbdürrəhmanovun anadan olmasının 110 illik yubileyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşəbbüsü ilə “Fuad Əbdürrəhmanovun monumental həyatı” adlı xatirə gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev açaraq bildirib ki, Bakını gəzərkən insanları ayaq saxlamağa, düşünməyə və tariximizi xatırlamağa vadar edən möhtəşəm abidələrlə rastlaşırıq. Dahi Nizami, bütün zamanların böyük söz ustadı Füzuli, qəhrəmanlıq simvolu Mehdi Hüseynzadə, çağdaş Azərbaycan qadınının obrazı və s. Bütün bu abidələri milli təfəkkür prizmasından qavradıqda tariximizlə, insanlığa böyük töhfələr vermiş tarixi şəxsiyyətlərimizlə fəxr edirik. O anlarda bəlkə çox az adam bu heykəllərin nə zaman və kim tərəfindən yaradıldığı barəsində düşünür. Bu heykəllərin möhtəşəmliyi və monumentallığı insanları o qədər cəlb edir ki, onun yaradıcısı haqqında düşüncələr arxa plana keçir. Bu hər şeydən əvvəl bir sənətkarın yaradıcılıq uğuru, onun peşəkarlıq məharətinin ən yüksək göstəricisidir. Əsl sənətkar diqqəti özünə yox, yaratdığı əsərə cəlb edə bilir, öz kimliyini yaratdığı sənət əsərinin əzəməti və orijinallığı arxasında görünməz edir. Bu, Fuad Əbdürrəhmanov üslubudur, bu, onun böyük istedadının və yaradıcılıq qabiliyyətinin təzahürüdür və dünya miqyasında belə sənətkarların sayı çox deyil. Fuad Əbdürrəhmanovun yaradıcılığını bütövlükdə göz önünə gətirdikdə tariximizin ən parlaq zamanlarını, milli düşüncəmizin təkamül prosesinin, ən görkəmli şəxsiyyətlərini birlikdə, bir arada sıralanmış halda görürük. Nizami, Füzuli, Azad Qadın, Səməd Vurğun, Mehdi Hüseynzadə ̶ bu sıralamada biz Azərbaycan tarixinin zirvələrini görürük.

Ürəyində öz xalqına belə böyük bir sevgini yaşadan və onu monumental heykəllərə çevirən Fuad Əbdürrəhmanov milli heykəltaraşlığımızın əsasını qoyub, onun ilk məktəbini yaradıb. Onun yaratdığı sənət əsərləri təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata vəsiqə qazanıb və bu gün də yaşayır. Bu da Azərbaycan sənətkarlıq incilərinin bəşəri dəyərlərə çevrilməsinin gözəl bir nümunəsidir. Fuad Əbdürrəhmanov şəxsiyyəti, onun yaradıcılığı və bütün yaradıcılığı boyu izlənə bilən zəngin daxili aləmi böyük mədəni irsdir, böyük bir akademiyadır. Əminəm ki, bu gün də, gələcəkdə də hər bir sənət adamının bu akademiyadan öyrənməyə ehtiyacı var və həmişə də olacaq. Fuad Əbdürrəhmanov Azərbaycan xalqı üçün, dünya mədəniyyəti üçün dəyərli bir miras qoyub. Bu gün bütün dünya Nizaminin, Füzulinin, Rudəkinin, İbn-Sinanın simalarını Fuad Əbdürrəhmanovun gözləri ilə görür və tanıyır. Mübaliğəsiz deyə bilərik ki, vaxtilə Üzeyir bəy Hacıbəyli Azərbaycan milli musiqi mədəniyyətimizin inkişafı üçün nələr edibsə, Fuad Əbdürrəhmanov da milli heykəltaraşlıq sənətimizin formalaşmasına və inkişafına o qədər böyük töhfələr verib”, ̶ deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxışında Azərbaycan heykəltəraşlıq sənətinin banisi və layiqli nümayəndəsi, milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş və özünün dəyərli bədii yaradıcılığı ilə Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Həsən oğlu Əbdürrəhmanovun 1915-ci ildə Azərbaycanın qədim və zəngin sənətkarlıq mərkəzlərindən olan Şəki şəhərində dünyaya göz açdığını iftixarla vurğulayıb. F.Əbdürrəhmanovun Azərbaycan incəsənətinə göstərdiyi xidmətləri əsl tarix olduğunu diqqətə çatdıran Elşən Zəkəriyyəbəyli arzusunu bildirib ki, milli heykəltaraşlıq məktəbimizin banisinin doğulub böyüdüyü Şəkidə xatirəsinin əbədiləşdirilməsi çox məqsədəuyğun olardı. Bu, həm də böyük sənətkarın əziz xatirəsi qarşısında yerinə yetirməli olduğumuz mənəvi borcumuzdur”, ̶ deyə E.Zəkəriyyəbəyli deyib.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxışında xüsusi bir məqama toxunub: “Sənət vərdişlərinə Rusiyanın “şimal paytaxtı”nda dövrünün məşhur plastika ustaları olan Sinayski, Boqatıryov və Manizerin emalatxanalarında bu sənətə yiyələnən Fuad Əbdürrəhmanovun janr etibarilə rəngarəng olan yaradıcılıq yoluna nəzər salsaq, onda deməliyik ki, rəngkar təhsilli Fuad ali təhsil almağa yollanana kimi özünün plastikaya olan sevgisini və bu sahədə professional vərdişlərə necə yiyələndiyini yaratdığı bir neçə portretdə göstərə bilmişdi. Bunlar hazırda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində nümayiş etdirilən mütəfəkkir M.F.Axundzadənin (1932), dramaturq C.Cabbarlı və Ə.Haqverdiyevin (1933), aktyor H.Ərəblinskinin (1934), bəstəkarlardan Ü.Hacıbəyli, M.Maqomayev və A.Zeynallının (1934) portretləridir. Sonradan görkəmli heykəltəraş kimi tanınan F.Əbdürrəhmanovun ilk plastika təcrübəsi kimi dəyərləndirilən bu portretlərində nə qədər realist-gerçəkçi sənət ənənələri duyulsa da, bu əsərlərdəki plastika özünəməxsusluğunu, geniş bədii ümumiləşdirmələrə meyl göstərməsini onun gənclik dönəminin uğuru saymaq olar. F.Əbdürrəhmanov dəzgah və monumental heykəltəraşlığı sahəsində bir çox uğurlu əsərlər yaratmışdır. Azərbaycan incəsənət tarixinə nəzər salsaq görərik ki, F.Əbdürrəhmanovun yaradıcılığından əvvəlki dövrlərdə ümumiyyətlə ölkədə professional heykəltəraşlıq sənəti əcnəbi sənətkarların Bakıya dəvəti ilə inkişaf etdirilmişdirsə də, həmin tişə ustalarının yaratmış olduğu nümunələrdə milli xüsusiyyətlərin olmaması özünü qabarıq şəkildə büruzə verirdi”. Lətifə Məmmədova vurğulayıb ki, F.Əbdürrəhmanov mənsub olduğu milli mədəniyyətin qaynaqlarından yaradıcı şəkildə istifadə etməklə, müəllimlərindən mənimsəmiş olduğu professional sənət metodlarını ustalıqla əlaqələndirərək əsl sənət inciləri yaratmışdır.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Üsküdar Universitetinin rektoru Nəzifə Güngör Bakıya səfəri ərəfəsində yaradıcılığına böyük dəyər verdiyi, Bakının hər guşəsində yaratdığı sənət nümunələrini sevərək izlədiyi ustad sənətkarın xatirəsinə həsr olunmuş anım tədbirində iştirak etməkdən qürur duyduğunu bildirdi. Sənətşünas qeyd etdi ki, F.Əbdürrəhmanov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya biçimini, həndəsi kəsişmələrin estetik tutumunu və surətlərin mənəvi-daxili aləmlərini qabartmaq bacarığını qeyd etməliyik. F.Əbdürrəhmanov heykəltəraşlıq sahəsində məhsuldar fəaliyyəti ilə çox yaddaqalan obrazlar qalereyası yaratmışdır. Nəzifə Güngör bildirib ki, F.Əbdürrəhmanovun yaradıcılığına ümumi nəzər yetirsək, görərik ki, sənətkarın Şərq ədəbiyyatına, Şərq fəlsəfəsinə xüsusi bir sevgisi olmuşdur. Onun daha çox orta əsr Şərq mütəfəkkir şairlərinin və alimlərinin yaddaqalan obrazlarını yaratması da bu fikrimizi təsdiqləyir. F.Əbdürrəhmanov Azərbaycanla yanaşı Orta Asiyada milli heykəltəraşlıq məktəbinin formalaşmasında mühüm xidmətlər göstərmişdir. Bu barədə hətta özbək sənətşünası Abdulla Umarov yazırdı ki: “Özbəkistan və Tacikistanın monumental heykəltəraşlığının formalaşmasında Azərbaycan heykəltəraşlarının, xüsusi ilə də F.Əbdürrəhmanovun böyük təsiri olmuşdur”.

Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli söylədi ki, Fuad Əbdürrəhmanovun Şərqin görkəmli söz ustadı Firdovsinin 1934-cü ildə 1000 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkil olunan sərgiyə təqdim etdiyi “Atıcı” əsəri heykəltəraşın hətta çox gənc yaşda məna-məzmun baxımından əhatəli plastika nümunələri yaratmaq potensialına malik olduğunu sərgiləyir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində şairin rəsmi qəbul olunmuş rəngkarlıq və heykəltəraşlıq portreti olmadığından onun yaradılması üçün müsabiqə keçirilmişdir. 1939-cu ildə elan olunan bu müsabiqədə o dövrün həm tanınmış, həm də yenicə yaradıcılığa başlayan heykəltəraşları iştirak edirdilər. 60-a qədər layihənin müəllifləri arasında M.Anikuşin, V.Petrov, V.Sinayski, K.Motovilov, K.Merabişvili, A.Manuylov, P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı və b. sənətkarlar var idi. Açıq və qapalı keçirilən bu sənət yarışması bir neçə mərhələdən sonra çoxlarının hələ yaxşı tanımadığı gənc Fuad Əbdürrəhmanovun qələbəsi ilə yekunlaşır. F.Əbdürrəhmanovun İkinci dünya müharibəsi dövründə yaratdığı xalq qəhrəmanları Koroğlu, Babək və Cavanşirin barelyefləri heykəltəraşın xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəmanlara, milli azadlıq mübarizlərinə sevgisinin bariz təzahürü idi. Bu gün də bu surətlər gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsində əvəzsiz sənət əsərləri – mənəviyyat qaynaqlarıdır”, – deyə Könül Vəlibəyli fikirlərini yekunlaşdırdı.

RHMİB-nin sədri Arzu Bağırova çıxışında bildirib ki, Könül xanımın da öz nitqində qeyd etdiyi kimi, Azərbaycan ədəbiyyatının korifeyi Nizami Gəncəvinin obrazına müraciət etməyi qarşısına məqsəd qoyan F.Əbdürrəhmanov tarixi ikonoqrafik qaynaq olmadan son dərəcə inandırıcı, xarakterik cizgiləri ilə yaddaqalan surət yaratmağa nail olmuşdur. Qüdrətli sənətkar özünün sənətkarlıq məharətini sübut etməklə, həm də mənsub olduğu zəngin mədəniyyət xəzinəsinin istinad mənbəyini tamaşaçılarına işarə etmişdir. N.Gəncəvinin Bakı şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsi şairin Gəncədəki heykəli kimi özünün bədii xüsusiyyətləri və obrazın yüksək işlənilmə imkanları baxımından heykəltəraşlıq sənətinin ən kamil əsərlərindən sayılır. N.Gəncəvinin fiquru sol ayağı irəliyə doğru hərəkətdə, sağ əli ilə geyimindən yapışmış, sol əlində əlyazmasını bükülmüş formada tutaraq, nəzərləri uzaqlara dikilmiş və dərin xəyallar aləminə dalmış vəziyyətdə təsvir edilmişdir. Müdrik və şərq qiyafəli, Nizaminin məğrur duruşunda, başının qürurlu hərəkətində,eləcə də düşüncəli çöhrəsində dövrünün çatışmazlıqlarına və saray mühitinin dəbdəbəliyinə nəfsi ilə qalib gəldiyi asanlıqla duyulur.

Professor Ahmed Sami El Aydi öz çıxışında Fuad Əbdürrəhmanov yaradıcılığına şamil olunan yüksək sənətkarlıq məziyyətlərini onun Düşənbədə ucaldılmış dahi tacik şairi Rudəkinin abidəsində hiss olunduğunu xüsusilə vurğuladı. Heykəltəraş tərəfindən surətin xarakterik cizgiləri yaddaqalan bədii ifadə vasitəsi ilə açıldığı və uğurlu kompozisiya quruluşunun həllinə nail olunduğunu söyləyən natiq Rudəkinin çöhrəsindən dərin psixoloji və dramatik əhval-ruhiyyə aydın şəkildə sezildiyini diqqətə çatdırdı. Şahın əmri ilə kor edilmiş, əzab və mərhumiyyətlərə qərq edilən, məzlum şair sanki, irəliyə uzadılmış əlindəki əsası ilə, haqq-ədalətin hələ qarşıda olduğuna işarə edir. Bu, sənətkarın ən təsirli əsərlərindən biridir”, – deyə Ahmed Sami el Aydi fikirlərini yekunlaşdırdı.

Sənətşünas Turə Dünyamalıyeva çıxışında vurğulayıb ki, heykəltəraşın yaradıcılığında monumental abidələrlə yanaşı, dəzgah plastikası nümunələri geniş yer almışdır. “Gənc fəhlə” (1961), “Kubalı Xesus” (1963), “Peşə məktəbinin əlaçı tələbəsi Xəlilovun portreti” (1962), “Tacik şairi Rudakinin portreti” (1965), "Sədrəddin Ayninin portreti” (1965), “Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portreti” (1966), “Avtoportret” (1969) əsərlərində hər bir obraza xas olan səciyyəvi xüsusiyyətlərin yaddaqalan plastik tutum aldığını görmək mümkündür. Bu portretlərin uğurlu alınmasında müəllifin gips, mərmər, tunc materiallardan istifadə etməsinin duyulası rolu olmuşdur. F.Əbdürrəhmanov həyatı boyu daim yüksək sənət amallarına sadiq qalaraq, yaratdığı sənət nümunələri ilə Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi kimi öz adını Azərbaycan incəsənət tarixinə əbədi həkk etmişdir.

Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbirin sonunda çıxış edərək Fuad Əbdürrəhmanovun yaradıcılıq dünyasını tam şəkildə canlandıran mədəni ocağın yaradılmasına ehtiyac duyulduğunu vurğylayıb. Bu təşəbbüsün həyata keçirilməsi üçün heykəltəraşın yaradıcılıq irsindən kifayət qədər material qaldığını deyən Lətifə Məmmədova qeyd edib ki, görkəmli sənətkar Fuad Əbdürrəhmanovun yaradıcılığı bütövlüyü ilə elə seçilir ki, bu bütövlük onun sənətkar “mən”ini və dəst-xəttinin özünəməxsusluğunu şərtləndirmiş, sənətkarın adını ölməzliyə qovuşdurmuşdur. “Yaddaqalan maraqlı obrazlar qalereyası, zəngin bədii yaradıcılıq fəaliyyəti və ən əsası Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk görkəmli nümayəndəsi kimi həmişə qədirbilən xalqımızın və sənətsevərlərin qəlbində yaşayacağı birmənalıdır”, – deyə Lətifə Məmmədova çıxışını yekunlaşdırıb.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva böyük sənətkarın xatirəsini həzib misralarla yad edib:

“Fuad həyat gətirmişdi heykəllərə,
Fuad heykəl həyatına köçüb getdi...”

Sonda tədbir iştirakçılarına Millət vəkili Cavanşir Feyziyevin layihə rəhbərliyi ilə ərsəyə gələn “Monumental həyat” filmindən fraqmentlər nümayiş olunub.
Tədbir Xalq rəssamı Fuad Əbdürrəhmanovun Fəxri Xiyabandakı məzarını ziyarətlə başa çatıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ