Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

Image


Fərman Qarabağlı: “Samir Cəfərovun bu qeyri-obyektiv sözünü eşidəndən sonra…”

Bəzən ayrı-ayrı status daşıyan şəxslər televiziya çıxşlarında ya bilmədən, ya da məqsədli şəkildə elə fikirlər bildirir, elə yersiz müqaysələr aparırlar ki, bunu tamaşaçılar əsasən müsbət qarşılamır. Əslində, tamaşaçı istəyir ki, obyektiv fikir eşitsin, şəxsiyyətlər arasında müqayisələrin aparılmasını qəbul etmir, müqayisə aparılarsa da bu reallığa söykənsin. Çox təəssüf ki, tanınmış sənət adamları əksər hallarda tamaşaçının mövqeyini nəzərə almaq istəmir, elə bilir onun dediyi söz aksiomadır. Unudur ki, onun bu fikrini tamaşaçı birmənalı qarşılamaya bilər.

“...Haqqı danmaq olmaz”

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) televiziya kanallarında yayılan belə fikirlərə qarşı hər zaman mövqeyini bildirir. Bu dəfə də o, bizimlə söhbətində azərbaycanlı tenor, opera ifaçısı, xalq artisti Samir Cəfərovun telekanallardan birində səsləndirdiyi bir fikirə münasibət bildirdi: “Bu yaxınlarda televiziya kanallarından birində xalq artisti Samir Cəfərov bir xanəndə (F.Qarabağlı həmin xanəndənin adının qeyd edilməsini məsləhət bilmədi-İ.S) haqqında dedi ki, o, bu muğamı Xan Şuşunskidən, Yaqub Məmmədovdan, Arif Babayevdən, Süleyman Abdullayevdən (Dədə Süleyman) yaxşı oxuyur, onlar onun kimi oxuya bilməyiblər. Samir Cəfərovun bu qeyri-obyektiv sözünü eşidəndən sonra xəyalımda olub keçənləri canlandırdım.

1967-ci ildə Göyçay rayonundan Eyvaz Əhmədov adlı bir tələbə yoldaşım vardı, sonar biz onunla qardaş kimi olduq. Uzun vaxt idi ki, Opera Teatrında “Leyli və Məcnun” tamaşası getmirdi.

Günlərin birində Eyvaz mənə dedi ki, bilet al gedib tamaşaya baxaq, “Leyli və Məcnun” tamaşasında Məcnun rolunda Arif Babayev, Leyli rolunda Zeynəb Xanlarova çıxış edirdi. Tamaşa çox maraqlı keçdi. O tamaşada bir yer var, Məcnun oxuyur:

Sən Leyli deyilsən, ey pərizad,

Qaç, qəlbimi xunilə etmə bərbad!

Aldatma məni cünun deyib, qaç,

Qaç, eyləmə gül üzünlə Leylini yad.

İnanın ki, bu ifanı dinləyən insanın qolunun tükləri biz-biz olurdu. Tamaşanın lent yazısı var, arzu edənlər baxa bilərlər. Sonradan gedib o tamaşaya baxırdım və həmin səhnəyə baxıb çıxıb gedirdim. Görürdüm ki, çoxları da mənim kimi edir.

İllər keçdi, 1990-cı ildə “Leyli və Məcnun” tamaşası adını çəkmədiyim həmin xanəndənin iştirakı ilə tamaşaya qoyuldu. Məcnun rolunda o xanəndə, Leyli rolunda Qəndab Quliyeva çıxış edirdi.

O illərdə Eyvaz Göyçayda konserv zavodunun rəhbəri, şirə zavodunun direktoru idi. 1990-cı ildə Göyçay rayonun ispalkomu seçilmişdi.

Bir gün Eyvaz yenə zəng vurub dedi ki, “Leyli və Məcnun” tamaşasına dörd bilet al, dostlarımla gəlib baxacağam. Getdim bilet almağa kassada dedilər ki, bilet qurtarıb yoxdur. Çarəsiz qaldım və qardaşım kimi olan, ailəvi dostum, xalq artisti, böyük sənətkar Hacıbaba Bağırovun yanına “Muzkomediya”ya getdim. Vəziyyəti danışdım və dedim ki, beş bilet lazımdır. Hacıbab bir nəfərə zəng edib bizim üçün beş bilet təşkil etdi. Axşam gedib tamaşaya baxdıq, tamaşa qurtarandan sonra soruşdum ki, Eyvaz, nə deyirsən? Eyvaz dedi ki, bu xanəndəni mikrafonun qarşısında otuzdur və əlinə qaval ver oxusun. Göyçayda Eyvaza xan Eyvaz deyirlər.

“Orta mahur” muğamı xeyli vaxtdır oxunmurdu, oxuyanlar da “Orta Mahur”un “Vilayəti” şöbəsini oxumurdu, başqa şöbə oxuyurdu. Bir gün Eyvaz dedi ki, adını çəkmədiyim o xanəndə “Orta mahur” oxuyur, “Vilayəti” şöbəsini də oxudu. Dedi heç kəs belə “Orta mahur” oxumayıb. Dedim ki, səhv edirsən, oxuyublar. Qonaqlıqdan mərc gəldik. 1990-cı ildə Eyvaz Göyçayda ispalkom seçilməmişdən əvvəl şirə zavodunun direktoru idi. Dedim ki, “Vilayəti” şöbəsini Cabbar Qaryağdı oğlu oxuyub. “Belə oxuya bilməz” dedi. Lent yazısını qoydum Eyvaz qulaq asdı, dedim necədir? “Pis deyil” dedi. “Cahargah” muğamının canı “Mənsuriiyədə” olduğu kimi “Orta Mahur” muğamının da canı “Vilayəti” şöbəsindədir. Biz Eyvazla görüşdük, o həmin xanəndəni lent yazısını qoydu onun ifasında “Orta Mahur”a qulaq asdıq. Dedim ki, indi Cabbar Qaryağdıoğluna qulaq as. Eyvaz Cabbara qulaq asıb “ilahi, belə səs olar? O xanəndədən əla oxuyur” dedi. O xanəndə muğamları əla oxuyur, amma bu o demək deyil ki, o “Qarabağ şikəstəsi”ni Xandan yaxşı oxuyur.

Şirin danışığına qulaq asdığım, çox böyük hörmət etdiyim Abutalıb Səmədov öz kanalında sözləri Xan qızı Xurşudbanu Natəvana, musiqisi isə Şəfiqə Axundovaya aid olan “Neyçün gəlməz” mahnısını dörd-beş xanəndənin ifasında təqdim etdi. O verilişə qulaq asdım, Abutalıb müəllim həqiqətən də çox şirin danışır. O, həmin müğənnin də, Qədir Rüstəmovun da ifasını verdi. Mən zəng vurub Abutalıb müəllimdən soruşdum: “Çox xahiş edirəm, düzünü deyin, o manını kim yaxşı oxuyub?” Bir kəlmə “Qədir Rüstəmov” dedi.

Mənimlə qonşuluqda yaşayan və xətrini çox istədiyim Məhəmməd adlı Şuşalı bir oğlan məndən soruşdu, ağsaqqal, Qədir Rüstəmov yaxşı oxuyur, yoxsa adını çəkmədiyim o müğənni? Mən ona “səndən belə sual gözləməzdim, hayıf” dedim. O, gülümsəyib dedi ki, sizi yoxlamaq istəyirdim.

Hörmətli Samir müəllim, söz yox ki, sən yaxşı sənətkarsan, gözəl opera müğənnisisən, amma haqqı danmaq olmaz. Sənə də, operaya da böyük hörmətim var”.

F.Qarabağlı mərhum xalq artisti Canəli Əkbərovun bir televiziya müsahibəsinə də toxundu: “Bir dəfə televiziyada rəhmətlik canəli Əkbərov danışırdı ki, bir dəfə teatra gəldim və gördüm ki, Məcnun rolunda Arif Babayev oxuyur, mən inciyib getdim.

Canəli müəllimin gözəl səsi vardı, amma o Arif şirinliyində Məcnun ola bilməzdi, onun oxuduğu adamın qolunun tüklərini qabartmazdı. Arifin səsi başqa bir səsdir.

Məcnun rolunu rəhmətlik Üzeyir Hacıbəyov Hüseynqulu Sarabskinin səsinə yazıb. Sarabski qarabağlı deyil, Xızı rayonundandır. Amma o, onun səsinə yazıb. Sarabskidən sonra çox Məcnunlar olub-Əbülfət Əliyev, Qulu Əsgərov və başqaları çox yaxşı oxuyublar. Dədə Süleymanı da Məcnun roluna dəvət ediblər, hayıf ki, toyların dərdindən gedib oynamadı, oxumadı. Səhnəyə çox Məcnunlar gəlib, amma heç kim Arif Babayev şirinliyində oxuya bilməyib”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ