Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

Image


Rizvan Qarabağlı: “Abidələr mühafizəsi hazırda bərbad vəziyyətdədir”

Ölkəmiz tarixin müxtəlif dövrlərinə aid tarix-mədəniyyət abidələri ilə zəngindir. Bütün yerli, regional və dünya əhəmiyyətli tarix-mədəniyyət abidələri Azərbaycan xalqının irsidir. Arxeoloji və təbiət, memarlıq abidələri ucqar kəndlərdən tutmuş paytaxt Bakıya qədər hər yerdə mövcuddur.

Məsələ burasındadır ki, abidələrimizlə bağlı uzun illərdən bəri mövcud olan bəzi problemlər hələ də qalmaqdadır. İlk növbədə abidələrimizin siyahıya alınması sahəsində ciddi problem var ki, hələ bu proses tam başa çatmayıb. Bu gün soruşsaq ki, ölkəmizdəki abidələrin sayı nə qədər? Bu suala birmənalı cavab almaq çox çətin olar. Tutaq ki, Mədəniyyət Nazirliyi bir rəqəm deyəcək, ekspertlər də başqa bir rəqəm. Ona görə də bütün abidələr qeyydiyyata alınmalıdır. Bildiyimiz qədər Mədəniyyət Nazirliyində hazırda bu proses başlayıb. Amma bu indinin işi deyildi, bu proses 30 il bundan əvvəl başlamalı və başa çatdırmalı idi. Amma bilindiyi kimi bu işlər görülməyib, görülsə də, tamamlanmayıb.

Abidələrimizlə bağlı ən ciddi problemlərdən biri də odur ki, hələ bir sıra abidələrin mühafizə zolaqları yoxdur. Xüsusən də ucqar yerlərdə, meşələrdə, dağlarda yerləşən abidələrin əksəriyyətinin mühafizə zonası olmadığı üçün ora mal-qara belə asanlıqla girə bilir. Bəzi abidələrin mühafizə zolaqlarının olmaması şərait yaradır ki, o ərazilərə müdaxilə olunsun. Bəzən yerli bələdiyyələr abidələrin ərazilərini sata da bilirlər. Biz arxeoloqlardan və ziyalılardan çox eşitmişik ki, bəzi bölgələrdə meşələrin içində yerləşən abidələrin ümumiyyətlə üzərində lövhə yoxdur ki, adam onun haqqında məlumat alsın. Düzdür, abidələrin üzərinə “Mədəniyyət Nazirliyi tərəfindən qorunur” yazılsa da, amma onların mühafizəsində ciddi nöqsanlar var. Yəni bu yeni deyil, köhnə “mirasdır”, nazirliyin yeni rəhbərliyi də bildiyimiz qədər bu problemləri aradan qaldırmağa çalışır.

Abidələrin mühafizə zolaqlarının olmaması, güclü qorunmaması nəticəsində insanların da müdaxiləsi ilə üzləşirlər. Vətəndaşlar özləri də bəzən abidələrə etinasız yanaşırlar, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin də məsuliyyətsiz münasibəti var. Amma bütövlükdə bu işlə nazirliyin aidiyyatı strukturları, yerli idarələr məşğul olmalıdır. Təmir-bərpa olunmalı olan abidələrimiz də az deyil. O abidələrin uzun illərdir bərpa edilməsi ləngiyir. Çox zaman maliyyə çatışmazlığından şikayət edirlər. Təbii, bu sahəyə məsul olan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəhbəri Zakir Sultanov abidələrin bərpasına ayrılan pulları mənimsəməsəydi yəqin bu problemlər indiyə qalmazdı. Çünki bu adam illərlə abidələrə ayrılan pulları şəxsi məqsədləri üçün istifadə edib.

Quba rayonun Qrız kəndindəki qədim Əbu Müslüm Məscidi, bu tarixi abidə o etinasızlığın qurbanı olub. Abidə illərdir bərbad vəziyyətdədir, materialları daşınıb aparılıb və başqa tikintilərdə istifadə edilib, ərazisi mal-qaranın örüş yerinə çevrilib, taxtalarından futbol oynamaq üçün qapı düzəldilib və sair. Nazirliyin aidiyyəti qurumu da problemi aradan qaldırmaq əvəzinə deyir ki, bərpa növbəti illərdə həyata keçirilə bilər.

Bir çox abidələrin hazırkı vəziyyətini bu sahəyə rəhbərlik edən məmurlar da yaxşı bilir, mütəxəssislər də...sadəcə, ortaya iradə qoyub fəaliyyətə başlamaq nədənsə çətin bir işə çevrilib.

“Abidələrin hamısının mühafizə zonası olmalıdır”

Memarlıq üzrə fəlsəfə doktoru, dosent,AMEA Memarlıq və incəsənət İnstitutu, aparıcı elmi işçi Rizvan Qarabağlı “Bakı-Xəbər”ə bildirdi ki, abidələrin mühafizəsi ilə bağlı ciddi problemlər mövcuddur və onlar aradan qaldırılmalıdır: “Abidələr mühafizəsi hazırda bərbad vəziyyətdədir. Bu məsələyə tamamilə yenidən yanaşmaq lazımdır. Mən rayonlarda çox oluram. Rayonların mədəniyyət şöbələrinə də gedirəm, orda cavan-cavan qızlar oturur, bunlar mühafizəçilərdir, guya abidələri mühafizə edirlər. Soruşuram ki, sən hansı abidəni mühafizə edirsən? Tutalım, deyir filan abidəni.O abidənin harda yerləşdiyini soruşanda cavab vermir, çünki o abidənin harda yerləşdiyini özü də bilmir. Bu sahə də pis vəziyyətədir. Bu yeni yanaşma tələb edir. Abilər elektronlaşmalıdır, hər bir abidəyə videokamera qoyulmalıdır, onlar mərkəzdən izlənilməlidir. Dağ rayonlarının hansına gedirsən bu sahədə problemlə qarşılaşırsan. Daşkəsən, Tovuz, Gədəbəy, Qazax, Şəmkir kimi rayonlarda dağlarda olan qədim alban məbədlərinin 99 faizi “mal tövləsidir”, əksəriyyəti mal tövləsi kimi istifadə olunur. Yəni vəziyyət belədir”.

R.Qarabağlı bildirdi ki, bəzi məbədlərin təqdimatında da təhriflərə rast gəlinir. “Sizə bir fakt deyim. Gəncədə Aqrar Universitetlə üzbə-üz bir məbəd var. O məbədi vaxtilə ruslar tikib, bizimkilər ona səhvən alban məbədi deyirlər. O kilsənin zəng qülləsində 8 ədəd sütun var, amma Mədəniyyət Nazirliyi götürüb onun üzərinəki lövhəyə “7 sütunlu məbəd” yazıb. O lövhə də tuncdan, əridilmiş metaldan tökülüb. Bilmirəm, onlar niyə 8 sütunu 7 sütun görür, mən bunu anlaya bilmirəm? Yəni 8 sütunu görmək bu qədərmi çətindir? Belə nümunələr çoxdur. Mən bunlardan birini dedim.

Abidələrin qorunması məsələsi ciddi bir mövzudur, özü də mübahisəli məsələdir.

Burda bir məsələ də var ki, abidələrin mühafizə zonası yoxdur. Abidələrin hamısının mühafizə zonası olmalıdır. Məsələn, abidədən bir on metr kənarda onun mühafizə zonasını çəkmək lazımdır ki, yerli bələdiyyələr o ərazini kiməsə, hansısa iş adamına, yaxud vətəndaşa sata bilməsin. Hər bir abidənin mühafizə zonası olmalı olduğu halda heç bir birində yoxdur. Abidələrin mühafizəsi çox aktual və vacib məsələdir. Məsələn, Pənah xanın birinci qalası Bayat qalası Ağcabədinin Bayat kəndində olub. Vaxtilə bu qalanın yerini şumlayıb taxıl əkiblər. Vəziyyət belədir” - deyə R.Qarabağlı bildirdi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin yaydığı xəbərlərdə tarix-mədəniyyət abidələrinin pasportlarının hazırlanaraq təsdiq edildiyi və mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı işlər görülüdüyü bildirilir.

Yeri gəlmişkən, son vaxtlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işləri gücləndirir, Ümid edirik ki, yaxın gələcəkdə mövcud problemlərin hamısı aradan qaldırılacaq. Abidələrin sayı həddən artıq çox olduğu üçün onların hamısını tez bir zamanda pasportlaşdırmaq, mühafizə zonalarını müəyyən etmək çətindir. Bu iş başdan görülsəydi indiyə bu problemlər qalmazdı. Amma dediyimiz kimi, bu illər əvvəldən qalan problemlərdir ki, bunu da kökündən həll etmək nazirliyin və onun müvafiq qurumunun üzərinə düşür...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ