Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Qeyri-adi müsahibə

Image


Onu feysbuka qədəm qoyduğum ilk gündən yox, ondan 1 il sonradan tanımışam. Bu tanışlığın tarixi 7 il olsa da, əsli 7777-yə dayanır. Böyük-böyük işlərə imza atsa da, hələm-hələm nə özünü, nə də üzünü görən olub... Yox, o da "Kitabi–Dədə Qorqud" dastanındakı Bamsı Beyrək kimi üzündə niqabla gəzmir, amma təxminən o səbəbdən özünü göstərmir. Bir növ, tünlük yerləri sevmir, bədnəzərdən qorxur. Deyilənə görə, bu səbəbdən özünün şəxsi üzərrik plantasiyası da var. Səhnədə yox, səhnə arxasında qalmağı seçir. Yaxşı tamaşa hazırlayan rejissor kimi pərdə arxasından alqışları dinləməyi xoşlayır. Şəxsən tanışlığımız olmasa da, üzünü bir dəfə də olsun, görməsəm də, onu yazılarından, əməllərindən yaxşı tanıyıram.
Jurnalist olsa da, könlü müəllim, klaviaturası dəbistandır. Maarifləndirmə, öyrətmə əsas amalıdır. Onun "şinel"indən çox adam çıxıb, fikirlərindən faydalanıb, özündən öyrənib. Ən gözəl öyrətmə üsulu şəxsi nümunə olmasıdır. Tərifi sevmir, demək azdır, ondan zəndeyi-zəhləsi gedir, desəm, yanılmış olmaram. Odur ki, tərif etmirəm, yalnız olanı deyirəm. Tanışlığımızdan 2 il sonra birlikdə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin qurucularından olmuşuq. Ana dilimizin qızğın təbliğatçısı, Ş.İ.Xətayinin nəsihətlərinə əməl edənlərdən, "bir kəlmə ana dili sözünü bir qızıla dəyişmə"yənlərdəndir. Söz bilicisi, sözü Allah sanan, sözü dəyərli edən, sözü dəyərli olan, sözü həmişə ağzından bişirib çıxaran, düz sözə qiymət verən, düz sözlü, sözün mənasını dərindən bilən, mənalı söz danışan, sözün ciyərini sökən, dabbaqda gönünə bələd olan, az sözlə böyük mənalar ifadə etməyi bacaran, verdiyi sözün üstündə möhkəm duran, edə bilməyəcəyi işə görə heç zaman söz verməyən, söz verdisə, sonunda ölüm olsa belə yerinə yetirmək əzmində olan, yaxşı adamlardan ötrü, yeri gəlsə, Uxana belə getməyə qadir, Qulu Məhərrəmlinin təbirincə desək, "canlı ensklopediya" olan sözün qədrini bilən, sözünə, ana dilinə sadiq, Vasif Sadıqlının mayın 1-i doğum günüdür.

Əslində ad günü münasibətilə ondan müsahibə götürmək istəyirdim. Amma iş elə gətirdi ki, bununla 3-cü dəfədir ki, sualları hazırlasam da, bu müsahibə alınmır. Birinci dəfə ondan "Füzuli. Divan, İzahlar və şərhlər Vasif Sadıqlınındır" kitabı çıxan kimi kitabla bağlı müsahibə götürmək istədim, sualları da yolladım, amma alınmadı. Sonra FADMM-in 5 illik yubileyi ərəfəsində müsahibə suallarını göndərdim, yenə araya çox iş girdi, alınmadı. 3-cü dəfə də yenə ad günü ərəfəsində müsahibə almaq istədim, bu dəfə də razılıq olmadı. Mən də: "Heç eybi yox, deyib, Siz Siz olun, mən də mən, görək, kimə verər Allah?"– deyibən eləmədim tənbəllik, onun statuslarını ələk-vələk edib, onların əsasında özümə lazım olan cavabları tapıb maraqlı bir müsahibə hazırladım. O, Süni intellektdən müsahibə ala bilər, mən statuslar vasitəsilə təbii intellekdən müsahibə hazırlaya bilmirəm? Sualları xəyalən verirəm və Vasif Sadıqlının statusları cavab verir:

— Vasif Sadıqlı, Sizi ad gününüz münasibətilə təbrik edirəm. Niyə çox vaxt doğum gününə ad günü deyirik?

— Səbəb sadədir: Oğuzlar uşağa yalnız bir şücaət göstərəndə ad qoyardılar. Həmin gün onun həyatında mühüm gündür. Doğum gününün bayram edilməsi üçün isə elə bir səbəb yoxdur.

— Buğa bürcündənsiniz. Buğalar necə dua edirlər?

—Buğaların duası belədir: "Allahım, başqa bürcdən olanlara yazığın gəlsin. Bizə yazığın gəlib ki, Buğa bürcündənik".

— Niyə yazı çox sevirsiniz, payızı yox? Hətta feysbukda uzun illərdir ki, "yazçılar" və "payızçılar" arasında qatı "düşmənçilik" var. "Yazçılar"ordusunun başında Siz, "payızçılar"ın başında Firidun Ağazadə durur. Hər iki fəsil yağışlı fəsildir. Fərq nədədir bəs?

— Yazın yağışı belə şairanədir, payızın yağışı da prozaikdir. Payızda yağış yağanda Bakı Lyukbatan olur.

—Deyirsiniz ki, payız azərbaycanlı deyil, yaz azərbaycanlıdır. Səbəb?

—Payız azərbaycanlı deyil. Azərbaycanlı olsa, gecikərdi. O, vaxtından tez gəlir. Yaz azərbaycanlıdır. Hər zaman gec gəlir...

—Bəs qış?

—Qış fəsil deyil ee, əvvəlki fəsillərə rekviyemdir. Qış evi, yaz bayırı sevdirir.

—Tibetdə hökmü kim verir?

—Tibetdə hər hökmü bir şaman verir.

—Nəyə ölü deməyək?

—Ədəbi dil uğrunda ölən əsəb hüceyrələrinə ölü deməyin.

—TV-lərdə niyə bütün günü çal-çağırdır?

— Çünki, "o biri otaq"da ana dilinə işgəncə verilir. İniltisi eşidilməsin deyə belə edirlər.

–Eşq nədir?

—"Səndən xoşum gəlir"lə "Allah bəlanı versin!" arasındakı müddətə "eşq "

deyilir.

Eşq klassika kimidir, nə dəbə minir, nə də düşür. Dəbə minib-düşən başqa şeydi.

—Adamla futbol komandasının fərqi nədir?

—Adamla futbol komandasının fərqi odur ki, futbol komandası 1 səhvlə ən çox 3 xal itirib 1-2 pillə aşağı düşə bilər.

Amma adam 1 səhvlə 3-cü yerdən 103-cü, hətra 1003-cü yerə düşə bilər.

—Qafqazdakı ölkələr arasındakı fərq nədir?

—Qafqazda 3 ölkə var: biri 3 dəniz arası, biri 2 dəniz arası və biri də bir dəniz arası...

— Ukraynada günahsız qanlar axıdan Rusiyaya sözünüz?

—Qartalının hər iki başına kül olsun, ay Rusiya!

— Deyirlər, kişinin başına iş gələr...

—Kişinin başına iş gələr, amma işin başına da kişi gəlsə, yaxşı olar.

— Milli Məclisdəki deputatlara nə məsləhət görərdinuz?

—"Oğlu olan oğlunun, qızı olan qızının namizədliyini versin. Oğlu-qızı olmayanı qara çadıra oturdun, qarşısına qara kürü və qara qoyun yəxnisi qoyun, Yeyir, yesin, yemir, çıxıb getsin..."

Mən deyirəm ki, bir dənə 82 yaşlı deputata ayda 4 min verməkdənsə, iki nəfər 41 yaşlı deputat seçib, hərəsinə 2 min manat maaş vermək yaxşıdır.

—Ən çox qucaqlaşma nə zaman olur?

—Ən çox qucaqlaşma bir seçki vaxtı olur, bir də makaron reklamında olur...

— Azərbaycanın ən yaxşı bacardığı sahə nədir?

— Azərbaycanın ən yaxşı bacardığı sahə qeyri-azırbaycanlı olmaqdır.

– Deyirlər, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış, buna münasibətiniz?

—Qar niyə güvənilən dağa yağır, başına dağ qəhətdur? Hiddətlənirəm...

—İndi ədəbi dili hərə bir tərəfə sürükləmək istəyir. Son zananlar dilə çoxlu türk sözləri gətirməklə ədəbi dili "zənginləşdirmək" fikrindədirlər. Sizcə?

— Cənublularla şimalılıar bir-biri ilə Vaqifin, Şəhriyarın, Mirzə Cəlilin dili ilə anlaşmalıdır, başqa bir ədəbi dillə yox.

–Orfoqrafiya lüğətindən qoşa "y"li sözlərin çıxarılmaması üçün mübarizə aparanlardansınız. O zaman bir xahişiniz olub, Nə xahiş etmişdiniz?...

— Əgər məni öldürsələr, qoşa "y" məsələsinə görə öldürəcəklər. Xahiş: Mənə ayaqüstə heykəl qoydurarsınız. Hər tərəfimdə boyuma uyğun (1 m 75 sm hündürlükdə) bir "y" hərfi. Qolumun hərəsini bu "y"ların haçasına keçirmiş vəziyyətdə dayanıram, pyedestalda isə belə yazarsınız: Diyari-eşqə sultanəm, İsa, mən və zamanımda,

Vəzirimdir qoşa "y"lar, dayanmış iki yanımda.

—Apastrofu niyə ləğv etdilər?

—Özünü yaxşı aparmırdı, hərflərə yuxarıdan aşağı baxlrdı.

Həriflər 2 eyni hərfin qoşa dayanmadından da qorxdular.

—Deyirlər, dünya yaxşı adamlardan xali deyil və dünyada yaxşı adam olmasa, yaşamaq çətindir...

– Əgər sizə elə gəlirsə ki, dünyada heç olmasa bircə yaxşı adam olmasa, yaşamaq çətindir, onda bir yaxşı adam tapın.

Dünya, bəlkə, yaxşı adamlardan xali deyil.

—Tapa bilməsək?

—Əgər tapa bilməsəniz, birinə təklif edin ki, yaxşı adam olsun.

Dünya, bəlkə, utancaq adamlardan xali deyil?

—Əgər bu da alınmasa?

–Əgər bu da alınmasa, birini təpiyin altına salıb boynuna qoyun ki, o, yaxşı adamdır.

Bu, dəqiqdir, alınacaq. Çünki

dünya qorxaq adamlardan xali deyil.

—Dünyada yaxşı adam çoxdur?

—Dünya yaxşı adam rolunu oynayan pis adamlarla limhalim doludur.

— Bəs yaxşı alim? İndiki zamanda yaxşı alimin qayğıları nə olmalıdır?

–Yaxşı alimin qayğıları bunlar olmalıdır:

–Necə edək ki, İraq türkmənləri Azərbaycan ədəbi dilindən istifadə etsin.

— Necə edək ki, İranda yaşayan Azərbaycan türkləri Azərbaycan ədəbi dilindən istifadə etsin.

İki ədəbi dili yonqarlayıb bir ədəbi dil yaratmaq olmaz, olsa da, bu şərdir, cəhalətdir.

Formalaşmış aydan arı ədəbi dili yonqarlayıb başqa bir dilə oxşatmaq isə natamamlıq kompleksinin təzahürüdür və xəyanətdir.

— Maraqlı və özünəməxsus cavablara görə Sizə təşəkkür edirəm. Bizə tövsiyəniz?

—Ağıllı olun, xoşbəxt olun. Əgər sizə elə gəlirsə ki, xoşbəxt deyilsiniz, heç olmasa ağıllı olun.

Metroya minməyin, liftə minməyin, Cin atına minməyin; Ruhdan düşməyin, tələyə düşməyin, gözdən düşməyin— hər şey yaxşı olacaq...

Gülyaz Əliyeva



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ