Bazar günü günü, 14 iyun 2026
     

Muzey və kitabxanalarda təbliğat...

Image


Bütün dövrlərdə cəmiyyətlərdə istənilən məsələnin təbliğ edilməsi insanlara təsirsiz ötüşməyib. Ayrı-ayrı qüvvələr təbliğat vasitələrindən istifadə etməklə öz məqsədlərini, dünyagörüşlərini yayıblar. Əlbəttə, biz burada daha çox faydalı, maarifçi, vətənpərvərlik ruhunun güclənməsinə təsir edən amillərdən danışırıq, onları nəzərdə tuturuq.

Muzeylər, kitabxanalar, bu və digər mədəni-maarif ocaqları xalqımızın həyatında həmişə mühüm rol oynayıb. Vaxtilə mədəni-maarif ocaqlarında İkinci Dünya müharibəsi qəhrəmanları və Birinci Qarabağ müharibəsi qəhrəmanları ilə bağlı silsilə tədbirlər keçirilir, onların qəhrəmanlığını təbliğ edirdilər. Bu gün də muzey və kitabxanalarda, məktəblərdə keçirilən mədəni maarif tədbirlərində biz müasir qəhrəmanlarımızı daha yaxından tanıya bilirik. Sevindirici haldır ki, tədris proqramlarına da tarxi qəhrəmanlarımızla yanaşı müasir qəhrəmanlarımız barədə də geniş məlumatlar salınıb, şagirdlərə onların igidliyi, vətənpərvərliyi bir örnək kimi göstərilir. 

Muzey və kitabxanalarda müasir qəhrəmanlarımız necə təbliğ olunur?

Azərbaycan xalqı tarixən öz igid oğulları, düşmənə göz dağı verən, sinəsini yağı gülləsinə sipər edən, canını vətənə qurban verən övladları ilə də şöhrət tapıb. Biz Azərbaycan oğullarının qəhrəmanlığı barədə tarixin hər çağından soraq alırıq. Sevindirici haldır ki, o qəhrəmanlıq ənənələri bu gün də yaşamaqdıdır, bu müqəddəs yolun on minlərlə yolçusu var. 4 günlük Aprel savaşında, Tovuz döyüşlərində, 44 günlük vətən savaşında, 24 saatlıq lokal antiterror tədbirlərində biz Azərbaycan oğullarının yaratdığı qəhrəmanlıq epopeyasına yenidən şahid olduq. Məlumdur ki, vətən uğrunda canını fəda edən şəhidlərimiz bardə çoxlu sənədli filmlər çəkilib, məqalələr yazılıb, kitablar çap edilib. Biz bu sahədə Mədəniyyət Nazirliyi yanında Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi möhtəşəm layihələr, nəşr etdiyi kitabları (Xatirə Kitabı redaksiyası  ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi olan "Şəhidlər ölməz, vətən bölünməz" silsiləsindən yazılan seria kitablar nəzərdə tutulur-İ.S ), xüsusi buraxılışları, cildlikləri, çəkdiyi sənədli filmləri xüsusi qeyd etmək istəyirik. Çünki onlar Azərbaycanın qəhrəmanlarının ömür və döyüş yolunun təbliğinə, tanıdılmasına, yaddaşlarda yaşadılmasına yönəlik işlərdir. O nəşrlərin də, filmlərin də mədəniyyət ocaqlarında, muzeylərdə, kitabxanalarda geniş təqdimatları keçirilir. Ümumiyyətlə, təkcə Xatirə Kitabının layihələri deyil, başqalarının da yazdığı kitabların təbliğində muzeylərimiz, kitabxanalarımız aktivlik göstərir, tədbir təşkil edirlər, sərgilər açırlar. Bütün bunlar qəhrəmanlıq irsimizin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə imkan yaradır. Şəhidlərlə bağlı anım tədbirlərinin keçirilməsi, şagirdlərin, incəsənət xadimlərinin qatqısı ilə kecələrin düzənlənməsi də muzey və kitabxanaların iş planına daxildir. Məsələn, 27 sentyabr Anım Günü ənənəvi olaraq ölkəmizin bütün muzey və kitabxanalarında qeyd edilir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, canlarını torpaqlarımız uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Anım Günü tədbirlərinə şəhid ailələri, qazilər, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri, rayonların ictaimi nümayəndələri qatılırlar. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi işığında onların yaratdıqları qəhrəmanlıq salnaməsindən danışılır. Onu da qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi başda olmaqla ölkə muzeylərində  şəhid və qazilərin şəxsi əşyaları qorunur. Muzeylərin Vətən Müharibəsi fondunda bu əşyaların qorunması tarixi qələbəmizi əks etdirən material kimi öyrənilir və təbliği olunur. Muzeyin şanlı tariximizin əbədiləşdirilməsi istiqamətində  xeyli işlər görülüb. Azərbaycan Tarixi Muzeyində 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradılıbı, həmçinin həmin dövrdə ölkədə ilk dəfə olaraq 44-günlük müharibənin tarixini əks etdirən sərginin açılıb. Muzeylərin bu kimi tədbirləri keçirməkdə məqsədləri gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin, Vətən Müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarətdir. Muzeylər həm də Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin  ailə üzvlərini və qaziləri də gənc nəslə tanıdır.

Vətən müharibəsindən sonra İstiqlal Muzeyində də 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımızı, qazilərimizi təbliğ edilir. Bir sözlə, muzey və kitabxanalar bu istiqamətdə geniş işlər görür.

"Müasir möhtəşəm qəhrəmanlıq irsimiz gənc nəslin yaddaşına həkk olunmalıdır"

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, müasir qəhrəmanlarımızın təbliğatında mədəni-maarif ocaqları xüsusi rol oynayır. Kitabxanalarda şəhidərimizə, qazilərimizə həsr olunan kitabların olduğunu vurğulayan alimin sözlərinə görə, bu da onların təbliğatına geniş şərait yaradır: "Müasir qəhrəmanlarımızın gənclərimiz arasında geniş təbliğ olunmasında muzey və kitabxanalar da mühüm işlər görür. Hər bir kitabxana, hər bir muzey yerləşdiyi ərazidə  yaşamış olan şəhidlərin, orada yaşayan qazilərin ayrıca güşələrini yaratmalıdır, onlar haqda məlumatlar, kitablar sərgiləməlidirlər. Azərbaycan cəmiyyətinin əsas qəhrəmanı qazilərimizdir, şəhidlərimizdir. Kitabxana və muzeylərdə bu istiqamətdə işlər daha da gücləndirilməlidir. Monitorlar quraşdırılmalı o monitorlarda qəhrəmanlıq dastanı yaradanlar təbliğ edilməlidir. Çünki bizim müasir möhtəşəm qəhrəmanlıq irsimiz gənc nəsilin yaddaşına həkk olunmalıdır. Kitabxana və muzeylər müasir texnologiyanın günücndən istifadə edib bu sahədə daha geniş işlər görməyi planlaşdırmalıdır".

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

14.06.2026 / 20:57
Rusiyalı strateqdən Qərbə görünməmiş nüvə təhdidi... İlk hədəfi də açıqladı - yer üzündən silinəcəklər...

14.06.2026 / 20:11
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert...

14.06.2026 / 18:23
ABŞ-ın 30-dan çox ölkədə azı 120 bioloji laboratoriyası ortaya çıxdı - Kəşfiyyat rəhbərindən ŞOK ETİRAFLAR...

14.06.2026 / 18:07
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

14.06.2026 / 17:45
Dünya sülh gözləyərkən İsrail Beyrutu vurdu –Trampın planları pozulur, İranla saziş dalana dirənir...

14.06.2026 / 16:27
İrandakı mühafizəkarlar Tehran-Vaşinqton razılaşmasına qarşı çıxdı - Qalibaf və Ərakçi hədəfdə...

14.06.2026 / 15:10
ABŞ-İran sazişi nə vaxt imzalanacaq? – Vaşinqton bu gün deyir, Tehran isə...

14.06.2026 / 14:47
"15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır" – ŞƏRH

14.06.2026 / 14:31
İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

14.06.2026 / 13:58
İran–ABŞ sazişi üçün “rəqəmsal imza mərasimi” planlaşdırılır

14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

14.06.2026 / 13:45
AZAL-dan qərar - Naxçıvana bu günə olan bütün uçuşlar ləğv olundu...

14.06.2026 / 12:53
Nizamidə narkokuryer 30 kiloqrama yaxın narkotiklə yaxalandı

14.06.2026 / 12:08
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14.06.2026 / 11:55
İranda Xameneyinin mərasimləri səbəbindən imtahanlar təxirə salına bilər

14.06.2026 / 11:32
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev dühasının təntənəsi -MDU rektoru yazır

14.06.2026 / 11:17
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verdi

14.06.2026 / 10:35
Ağdamda mağazaya İLDIRIM DÜŞDÜ, güclü yanğın başladı...

14.06.2026 / 08:15
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ