Bazar ertəsi günü, 05 oktyabr 2026
     

120-dən çox musiqi müəlliminin əksəriyyətinə "0" bal yazılıb...

Image


Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir. Fevralın sonunda musiqi məktəblərində fəaliyyət göstərən müəllimlərin attestasiyası aparılıb.

Proses ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edib. Sosial şəbəkələrdə attestasiyadan keçə bilməyən müəllimlərin musiqi məktəblərindən işdən çıxarıldığına dair məlumatlar yayılıb. Hətta 3 aprel tarixində sertifikasiya imtahanlarından keçə bilməyən bir qrup musiqi müəllimi etiraz aksiyası keçirib. Aksiyada 100-dən yuxarı müəllim iştirak edib.

Günel Novruzova: “Sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin hamısı işdən çıxarılıb”

Aksiyada iştirak edən musiqi müəllimi Günel Novruzova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin hamısı işdən çıxarılıb: “Sualların əksəriyyətinə cavab yazmışıq, amma hamımıza "0” bal yazıblar. İmtahanda iştirak edən 120-dən çox müəllimin hardasa 80 nəfəri keçə bilməyib. Odur ki, haqqımızı Mədəniyyət Nazirliyində aradıq. İştirakçıların bir tələbi var. İşimizə bərpa olunmaq. Bu qədər müəllimi birdən-birə işdən azad etmək olmaz”.

Mədəniyyət Nazirliyi: “Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ vardır”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə bunlar bildirildi: “Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlanılıb. Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ilin son rübündə növbəti ildə müəllimlərin attestasiyanın keçirilməsi təhsil müəssisələrinin iş planına daxil edilib, müəllimlərə müvafiq bildirişlər göndərilməklə yanaşı, onlara ən azı 3 ay əvvəl attestasiya proqramları təqdim edilib. Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb. Komissiyaların tərkibinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20-yə yaxın professor və dosenti, eləcə də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, ixtisaslaşmış musiqi və incəsənət məktəblərinin təcrübəli müəllimləri daxildir. Attestasiyada iştirak edən pedaqoji heyətin maarifləndirilməsi ilə bağlı sistemli kommunikasiya planı icra edilib. Bakı, Sumqayıt və Abşeronun 40-dan çox məktəblərində görüşlər keçirilib, eyni zamanda attestasiya komissiyasının üzvləri, müəssisələrin rəhbər heyəti, həmkarlar ittifaqının təmsilçiləri ilə prosesin düzgün təşkilinə dair çoxsaylı görüş və təlimlər təşkil edilib. Attestasiya prosesinin təşkil olunduğu Bakı Xoreoqrafiya Akademiyasında zəruri avadanlıq və alətlərlə təchiz olunmuş mərkəz yaradılıb. Burada təhsilverənlərin attestasiya prosesinin yüksək keyfiyyətli videoçəkilişi aparılıb və arxivləşdirilib.

2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Bununla belə, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Attestasiya prosesində iştirak edən bütün müəllimlərə əmək qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən attestasiyanın nəticələrinə dair müvafiq bildirişlər göndərilməkdədir. Eyni zamanda, attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverənə təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək. Tutduğu vəzifəyə uyğun hesab edilməyən yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq.Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ vardır. Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulubdur”.

Kamran Əsədov: “Müəllimlərin ikinci imtahan şansı verilmədən birbaşa işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin əsaslarına ziddir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, martın 18-də keçirilmiş sertifikasiya imtahanı nəticəsində musiqi müəllimlərinin böyük bir hissəsinin işdən azad olunması və onların etiraz aksiyası keçirməsi bu prosesin həyata keçirilməsində ciddi sistem problemlərinin olduğunu ortaya qoyur: “İddialara görə, imtahanda iştirak edən 120-dən çox müəllimin 80%-ə yaxını, yəni 80 nəfəri keçid balını toplaya bilməyib və onların bir hissəsinə “0” bal yazılıb. Bu, təkcə texniki yox, həm də hüquqi və pedaqoji baxımdan araşdırılmalı olan ciddi problemdir. Əvvəla qeyd etmək lazımdır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və davamlı inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, “Ümumi təhsil müəssisələrində müəllimlərin sertifikatlaşdırılması Qaydası”nın 3.1-ci bəndində göstərilir ki, sertifikasiya müəllimin bilik və bacarıqlarını, fənnə dair tədris imkanlarını qiymətləndirməyə xidmət etməlidir və bu, onların fəaliyyətinə müsbət təsir göstərmək məqsədi daşıyır. Lakin reallıqda bu məqsədlərə xidmət etməyən yanaşma müşahidə olunur. Əgər imtahanda iştirak edən müəllimlərin böyük əksəriyyəti uğursuz nəticə göstərirsə, bu, ya imtahan suallarının qeyri-mütənasib çətinliyindən, ya qiymətləndirmə sistemindəki texniki nasazlıqdan, ya da metodologiyanın uyğun olmamasından xəbər verir. Musiqi kimi yaradıcılığa əsaslanan və praktiki bacarıqlar tələb edən bir fənnin yalnız test üsulu ilə qiymətləndirilməsi onun mahiyyətinə ziddir. Musiqi müəlliminin bacarıqları təkcə nəzəri biliklə yox, həm də pedaqoji yanaşması, səs duyumu, şagirdlərlə işləmək qabiliyyəti ilə ölçülməlidir. Müəllimlərin bildirdiyinə görə, əksər suallara cavab verilsə də, yekun nəticə “0” bal kimi qeydə alınıb. Bu halda “İnzibati İcraat Haqqında” Qanunun 11-ci maddəsinə əsasən şəffaflıq və vətəndaşın məlumat alma hüququ təmin edilməlidir. Müəllimlərə cavab vərəqlərinin surəti təqdim edilməli, nəticələr tam izah edilməlidir. Əgər texniki səhv və ya proqram təminatında problem olubsa, bu halların aradan qaldırılması üçün müstəqil araşdırma komissiyası yaradılmalıdır. Sertifikasiyanın hüquqi nəticəsi – işdən azad olunma – yalnız o zaman tətbiq edilə bilər ki, müəllimə real, obyektiv qiymətləndirmə və yenidən iştirak imkanı verilsin. Hazırkı durumda müəllimlərin ikinci imtahan şansı verilmədən birbaşa işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinə, yəni əmək müqaviləsinə xitam verilməsinin əsaslarına dair müddəalara zidd ola bilər. Bu məsələ sosial ədalət və insan hüquqları kontekstində də narahatlıq doğurur. Sertifikasiya prosesi müəllimlərin inkişafına xidmət etməlidir. Bunun müsbət tərəfləri sırasında təhsildə keyfiyyətin artırılması, müəllimin özünü inkişaf etdirməyə təşviq olunması, pedaqoji biliklərin yenilənməsi kimi meyarlar var. Lakin proses yanlış tətbiq edilərsə, bu, motivasiyanın sönməsinə, kadr itkisinin artmasına, xüsusilə də bölgələrdə müəllim çatışmazlığına gətirib çıxarır. Musiqi müəllimliyi kimi ixtisaslar üzrə kadr tapmaq onsuz da çətindir. Bu sahədə birdən-birə onlarla müəllimin sistemdən uzaqlaşdırılması tədrisin davamlılığına zərbə vurur. Dünya təcrübəsinə nəzər yetirdikdə, inkişaf etmiş ölkələrdə müəllimlərin qiymətləndirilməsi zamanı təkcə test imtahanlarına əsaslanılmır. Məsələn, Finlandiyada müəllimlərin bilikləri əsasən fakültə səviyyəsində və müəllim hazırlığı zamanı qiymətləndirilir, sonradan isə sertifikasiya yox, davamlı peşəkar inkişaf kursları tətbiq olunur. Almaniyada isə müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi məktəb rəhbərliyi, həmkar rəy və pedaqoji fəaliyyətin nəticələri ilə ölçülür, test mərkəzli sistem deyil. Cənubi Koreyada belə sistemlərdə müəllimlərə təkrar imtahan və hazırlıq kursları təklif olunur və onların işdən çıxarılması son variant kimi nəzərdə tutulur. Müsbət tərəf odur ki, müəllimlərin keyfiyyətini artırmaq niyyəti ilə aparılan bu proses əgər düzgün tətbiq edilərsə, təhsil sisteminə fayda verə bilər. Ancaq qiymətləndirmə ədalətli, şəffaf və fənn spesifikasına uyğun olmalıdır. Hər fənnin öz təbiəti nəzərə alınmalı, musiqi kimi bədii fənlər üçün alternativ qiymətləndirmə metodları (praktiki təqdimat, portfoliolar, şagirdlərin nailiyyətləri əsasında analiz və s.) tətbiq edilməlidir. Nəticə olaraq, bu məsələyə yalnız müəllimlərin şəxsi problemi kimi deyil, ümumi təhsil sisteminin keyfiyyəti və gələcəyi baxımından strateji məsələ kimi yanaşılmalıdır. Müəllimlərə ikinci imtahan şansı verilməli, nəticələr müstəqil ekspertiza tərəfindən təhlil edilməli və texniki nasazlıqlar aşkarlanarsa, cavabdehlik daşıyan orqanlar bunu rəsmi şəkildə etiraf etməlidir. Təhsil sistemində əsas məqsəd müəllimi itirmək yox, onu daha güclü, daha hazırlıqlı və daha motivasiyalı etmək olmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ