Cümə axşamı günü, 13 avqust 2026
     

Aktyor və aktrisalar Mehriban Ələkbərzadəyə qarşı - Türkiyədən də etiraz gəldi...

Image


Akademik Milli Dram Teatrı: “Teatrımızın adıçəkilən aktyorlarının etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşırıq”

Uzun müddətdir ki, Dövlət Akademik Milli Dram Teatrı ətrafında xoşagəlməz söz-söhbətlər dolaşır.

Daha dəqiq desək, Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadəyə qarşı ayrı-ayrı aktyorlar müxtəlif ittihamlar səsləndirirlər, onu kobudluqda, aktyorlarla pis rəftar etməkdə ittiham edirlər. Biz son günlər xalq artisti Əli Nurun, əməkdar artistlər Mehriban Xanlarovanın və Münəvvər Əliyevanın M.Ələkbərzadənin idarəçilik üsuluna qarşı etirazlarını mətbuatdan oxumuşuq. Onların fikrincə, M.Ələkbərzadə teatrdakı aktyor və aktrisalara qarşı ayrı-seçkilik etməklə yanaşı hətta teatrda kifayət qədər peşəkar səhnə xadimləri olduğu halda başqa teatrlardan aktyor və aktrisalar dəvət edir.

Məsələn, Mehriban Ələkbərzadənin Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırladığı tamaşada Ağabəyim ağa rolu üçün gənc aktrisa Günəş Tegini dəvət etməsi ciddi narazılıq doğurub.

Aktrisa Mehriban Xanlarova buna etirazını bildirib və mətbuata müsahibəsində “illərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!”-deyib. Aktrisa başqa bir müsahibəsində həmçinin deyib ki, teatrda vəziyyət düzəlməsə Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı bəzi faktları açıqlayacaq. Onun "Mehriban Ələkbərzadənin fəaliyyəti haqqında hansı faktları açıqlayacağına gəlincə, M.Xanlarova “Hələlik onu deyə bilmərəm. Gözləyirəm, görək nə olur. Mən təklif eləmişəm ki, teatrda açıq iclas keçirilsin. Mehriban Ələkbərzadənin mənə nə sözü-sualı var, versin, cavabını faktla, sübutla alsın. Nə mən, nə Münəvvər Əliyeva, nə də Əli Nur heç bir fikri fakt olmadan danışmırıq. Lazım gələrsə, çox faktları açıqlayacağıq. O qədər şeylər var, hələlik susmaq mövqeyindəyik”-deyib.

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, xalq artisti Əli Nur da mətbuata açıqlamasında M.Ələkbərzadəyə qarşı ittihamlar irəli sürüb: “Mehriban Ələkbərzadəni teatra mən gətirmişəm. O vaxtı “pojarnı” ştatında idi. Onu bir ovucumda saxlayıb, gətirib İncəsənət universitetinin o vaxtkı rektoru Aslan Aslanova təhvil vermişəm! Buna görə töhmət də almışam. 1 il boyunca onun adını afişalarda rejissor asistenti, bədii rəhbər yazdırmışam. İndi özünü göylə aparır, o nə bilir ki, teatr sənəti, rejissor sənəti, aktyor sənəti nədir? Məni görüb saymır, başını aşağı salır. Deyir ki, mən şəhid falan bilmirəm. Heç kimə hörmət qoymur. Tariyel Vəliyev 19 il onu televiziyada öyrətdi. Bildiyi bir şey yoxdur! Mən həqiqəti deyirəm. Onun qoyduğu tamaşaları sadalayıb, təhlil edərəm. Mehribana yaltaqlana bilmərəm. Teatrı ediblər bardaqxana. Nə ağsaqqalı var, nə də qarasaqqalı”.

Akademik Milli Dram Teatrının aktriası, əməkdar artist Münəvvər Əliyeva da müsahibəsində M.Ələkbərzadədən narazılıq edib. “...Həmkarım Mehriban Xanlarovaya dəstək olaraq teatrımızın repressiya dövrü yaşadığını qeyd etmişəm. 1992-ci ildən teatrda işləyirəm, daim baş rolları oynamışam.

Problem “teatrda rol davası edirik” məsələsi yox, pərdəarxasında baş verənlərdir. Teatra rəhbərlik edən şəxs bütün işçilərə qarşı ədalətli olmalıdır. Bütün kollektiv ondan narazıdır, amma təzyiq altında olduqlarına görə susur və susdurulurlar. Görünür, bədii rəhbər rejissor kimi fəaliyyət göstərdiyi illərdə müəyyən məhdudiyyətlər yaşayıb və daxilində hansısa kini qalıb, ona tamaşa hazırlamaq haqqı verilməyib. Yaxud tamaşa qoyulanda məhdudiyyətlə üzləşib. Sanki teatr Mehriban Ələkbərzadənin şəxsi mülküdür...”-deyə M.Əliyeva bildirib.

M.Ələkbərzadənin ünvanına daha sərt ittiham isə Türkiyədə fəaliyyət göstərən Əməkdar incəsənət xadimi, tanınmış aktyor Məlahət Abbasovadan gəlib. “Mən hər zaman Azərbaycan və Türkiyə arasında mədəniyyət körpüsü qurmağa çalışmışam. Xaricdə yaşasaq da, Azərbaycanın təbliğatı ilə məşğul olan sənət adamlarıyıq və gördüyümüz işləri hər kəs bilir. Türkiyədə iki peşəkar azərbaycanlı aktyor var: mən və Cahangir Novruzov. Hər zaman iki ölkənin teatrları arasında əlaqə yaratmağa çalışmışıq.

Lakin təəssüf ki, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər olduğu müddətdə bu əməkdaşlıq mümkün deyil. İstanbul Şəhər Teatrlarının bədii rəhbərinin müavini kimi Mehriban Ələkbərzadəni teatrda ziyarət etdim və işbirliyi üçün müraciət etdim. O isə açıq şəkildə bildirdi ki, nə qədər ki, burada çalışır, mənim teatrda fəaliyyət göstərməyimə imkan verməyəcək.

"Nə qədər mükafat alsan da, səni rejissor kimi qəbul etmirəm. Yuxarıdan tapşırıqla gəlsən belə, məşqində iştirak edib ən kiçik problemi tapıb, tamaşanı dayandıracağam", - dedi. Bu sözlər teatr rəhbərinə yaraşmayan, etikadan kənar bir yanaşma idi.

Mən isə Mehriban Ələkbərzadədən peşəkarlıq gözləyirdim. Çünki dünyada tanınan bir teatrın təmsilçisi kimi qarşısına getmişdim. Lakin illər keçsə də, Mehribanın daha da qısqanc və intriqalarla dolu bir insan olduğunu gördüm. Bu davranış teatr rəhbərinə yaraşmaz. Mən gülərək otağına girdim, gülərək də çıxdım. Çünki onun bu cılız davranışına əhəmiyyət vermədim”.

Bundan başqa aktrisa bildirib ki, Şimali Kiprdə Mehriban Ələkbərzadə Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoyub, amma tamaşa yaxşı qarşılanmayıb: “Tamaşa başdan ayağa pornoqrafiya səhnələrindən ibarət idi. Tamaşanın iki-üç nümayişindən sonra Mehriban Ələkbərzadəni Bakıya göndərdilər, onu qovmuş kimi etdilər. Elə bir Azərbaycan əsərini o vəziyyətdə səhnələşdirmək biabırçılıq idi. Şimali Kipr Dövlət Teatrından rəsmən Mehriban Ələkbərzadəni qovdular...”

M.Abbasovanın və digər aktyor və aktrisaların M.Ələkbərzadəyə qarşı irəli sürdükləri ittihamlar gerçəkdən də çox ciddi ittihamlardır.

Ümumiyyətlə, M.Ələkbərzadə Akademik Milli Dram Teatra gələndən sonra bu kimi ittihamlar, açıqlamalar səngimək bilmir, bu ittihamları isə səhnədə öz sözünü demiş sənətkarlar dilə gətirir.

“Azdarama”da nə baş verir? M.Ələkbərzadənin ünvanına səsləndirilən ittihamlar nə dərəcədə həqiqətdir? O, onu ittiham edənlərə hansı cavabı verəcək?

Dövlət Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq ki, M.Ələkbərzadənin mövqeyini öyrənək.

Teatrın mətbuat xidmətindən göndərilən rəsmi açıqlamada deyilir: “Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib.

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.

Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib. Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s. daxildir.

Son iki ildə teatr ciddi uğurlara imza atıb. Aleksandrinski Teatrında "İblis və..." tamaşasının premyerası keçirilib. Bu, Azərbaycan teatr tarixində olmayan hadisədir. Belarus və Gürcüstan milli teatrları ilə Memorandum imzalanıb. 2025-ci il ərzində hər iki ölkəyə qastrol səfərləri olacaq.

Günəş Tekin dəvətli aktrisa hesab olunmur. O, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək.

Ümumiyyətlə, teatrın truppasının potensialını gücləndirmək, yeni yaradıcılıq işlərinə aktyor bazası yaratmaq üçün digər teatrlardan aktyorların dəvət olunması hər zaman baş verib və bu, zəruri yaradıcı prosesdir. Tarixə nəzər salsaq, müxtəlif teatrlardan dəvət olunan gənc, orta və yaşlı aktyorlar Akademik Milli Dram Teatrında tamaşalara dəvət olunub və bu gün teatrın ən tanınmış üzvlərinə çevriliblər. Misal olaraq, Fatma Qədirinin, Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın, Məlik Dadaşovun, Siyavuş Aslanın adını çəkə bilərik. Həmçinin bu gün teatrımızda çalışan, bir-birindən maraqlı rollar yaradan Cəfər Namiq Kamalın, Əli Nurun, Sabir Məmmədovun, Mehriban Zəkinin, Münəvvər Əliyevanın, Almaz Amanovanın və başqalarının adını qeyd edə bilərik.

Teatrımızın adıçəkilən aktyorlarının etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşırıq. Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”.

Mətbuat xidmətindən bildirdilər ki, bu rəsmi açıqlamadan əlavə, hansısa fikir bildirmək niyyətində deyillər. M.Abbasovanın M.Ələkbərzadəyə ünvanlanan ittihamlarına gəlincə, teatrdan bu məsələyə ümumiyyətlə münasibət bildirilmədi.

Qeyd edək ki, baş verənlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. Hətta bəzi sosial şəbəkə istifadəçilərinə görə, guya bu narazılıq hansısa qüvvələr tərəfindən teatra zərbə vurmaq üçün hazırlanıb ortaya atılıb, aktyorlarla M.Ələkbərzadə arasında qəsdən qarşı durma yaradılıb.

Baş verən bu hadisəyə ölkənin Mədəniyyət Nazirliyindən hələlik hər hansı bir reaksiya yoxdur. Bütün hallarda bu narazılıqların kökündən araşdırılmasına ciddi ehtiyac var. Çünki bu teatrda nə baş verdiyi çoxlarına qaranlıqdır, teatr tam aydınlıq gətirmir, M.Ələkbərzadə də danışmır...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ