Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

Image


İlham Qəhrəman: “Bunlar ayıblarına kor olmaqdan, hələ məni məhkəməyə də veriblər”

Xeyli müddət əvvəl Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxan tanınmış şair İlham Qəhrəman "Mən Yazıçılar Birliyini niyə tərk etdim?" yazısında atdığı addımın səbəblərini açıqlayıb. İ.Qəhrəman AYB sədri Anara və qurumun rəhbərliyində təmsil olunanlara qarşı fikirlər səsləndirib.

“AYB sədrindən həmişə yaradıcılığıma və şəxsimə qarşı ögey münasibət gördüm. Anar AYB tərəfindən xaricdə yayımlanan heç bir antologiyaya mənim adımın düşməyinə imkan vermədi, dövlət hesabına heç bir xarici səfərə və yaradıcılıq ezamiyyətinə getmədim” - deyə bildirən İ.Qəhrəman həmçinin qeyd edib ki, AYB onu mənzil bölgüsündə də nəzərə almayıb.

AYB sədri Anara qarşı ağır ittihamlarlarına görə Azərbaycan Yazıçılar Birliyi şair İlham Qəhrəmanı məhkəməyə verib.

“Onlar mənə qarşı nə etmək istəsələr, məndən adekvat cavab alacaqlar”

AYB-nin onu məhkəməyə verməsinə İlham Qəhrəmanın mövqeyini öyrəndik.

- Sabunçu Məhkəməsindən AYB-nin iddia ərizəsini götürdüm. Orda AYB-dən 3 nəfərin adı keçir ki, guya mən onların ictimai imicinə zərbə vurmuşam və onların şərəf və ləyaqətini təhqir etmişəm. Dedikləri hamısı şər-böhtandır. Mən heç kəsə şər-böhtan atmamışam.

- Üç nəfərdən biri Anar müəllimdir, bəs digər ikisi kimdir?

- Rəşad Məcid və Anarın müşaviri Rauf.

Mən də öz tərəfimdən Prokurorluqdan və DTX-dən xahiş edəcəyəm ki, dediklərimi dəqiq araşdırsınlar. Mənim Yazıçılar Birliyi haqqında səsləndirdiyim tənqidi fikirlərin heç birində böhtan yoxdur.

AYB-dən çıxmaq haqqında ərizə verəndən sonra 1 ay gözlədim. Heç kəs maraqlanmadı ki, ədəbiyyat qarşısında bu qədər xidmətləri olan bir adam niyə birdən-birə AYB-nin sıralarını tərk etdi? Bu da mənə bərk yer etdi.

- Siz ev bölgüsündən də, başqa məsələlərdən də narazısınız. Nə baş verib?

- Ev bölgüsündə mənə qarşı böyük ədalətsizlik etdilər. Yəni xidmətlərimi qiymətləndirmədilər. AYB-də meyarlara qiymət verilmir. Təsadüfi adamlar təqaüdə layiq görülür, üzvlüyə qəbul olunur. Bütün bunlar ciddi qələm adamlarında sarsıntıya səbəb olur. AYB cəmiyyətin bir parçasıdır. Orda baş verən ədalətsizliklər cəmiyyət üçün həm də nümunədir - pis mənada.

Anarın jurnalistin “ev hansı meyarla bölünür” sualına verdiyi cavab absurddur - kim bizi inandırsa ki, evi yoxdur, evi ona veririk. Bu cavabdan sonra adamın ayağının altından yer qaçır.

- Məqalənizdə kifayət qədər ciddi ittihamlar var. Siz AYB sədrinin şəxsinizə və yaradıcılığınıza münasibətdə laqeyd olduğunu qeyd etmisiniz. Sizə qarşı bu münasibətin səbəbi nə olub sizcə? Niyə laqeyd olublar sizə?

- Məncə bu sualı Anara ünvanlamaq lazımdır. Elə mən də onu bilmək istəyirəm.

Eldə bir məsəl var - Tükü yatımına darayarlar. Mən həm də tükü yatımına darayan adam deyiləm.

Demək olar ki, birinci şeir kitabımdan (“Gülüm yarpıza döndü”) başqa bütün şeir, foklor, publisistika kitablarımın hamısı AYB üzvü olduqdan sonra çap olunub.
Şeir kitablarımı kənara qoyuram, 6 il ərzində Azərbaycanı dolaşıb qaçqın-köçkün laçınlılardan “Laçın folkloru” toplayıb çap etdirdim (hazırda AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə ikinci, genişləndirilmiş nəşri çapdadır), 14 ilə o taylı-bu taylı Azərbaycanda Sarı Aşığın irsini toplayıb “Gül dəftəri” kitabını çap etdirdim (kitab iki dəfə çap olunub), Aşıq Alının “Nə qaldı” kitabını (bütün təcnislərindəki cinas sözlərə düzgün ətək şərhi verməklə) çap etdirdim (“Nə qaldı” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Aşıq Alının yeni mənbələrdən əldə edilmiş 10 şeirilə ikinci nəşrə hazırlanır). Laçın-100 ədəbi antologiya 400 illik dövrü əhatə edir. “Zəngəzur butası” aşıq havası mənə aiddir. Həm də ən yüksək səviyyədə.

Bunlar bu qədər meyarlara dəyər verməyən insanlardı. Bunlar ayıblarına kor olmaqdan, hələ məni məhkəməyə də veriblər. Laçında bir el məsələ var - Kəkotu, ağzının ipini çək otu. Daha qaradan artıq rəng yoxdur. Axıra qədər gedəcəm.

- AYB məhkəmə ilə bağlı addım atıb. Siz nə etməyi düşünürsüz? Vəkil tutmaq barədə düşünürsüzmü? Ümumiyyətlə, məbəd saydığınız bir qurumun sizi məhkəməyə verməsi sizə necə təsir etdi? Bu gözlənilən idimi?

- Hələ açıqlanası çox şeylər var. Gözləyirəm. Məncə, məhkəmə Rəşad Məcidin tədbiridir.

Mənim vəkil tutmaq üçün maddi imkanım yoxdur.

Yaxınlarda 2 kitabımın çapı üçün bankdan kredit götürmüşəm. Vəkillər Kollegiyasına pulsuz vəkillə təmin olunmağımla bağlı müraciət edəcəm.

- Məhkəmənin vaxtı yəqin hələ bilinmir, yoxsa bilinir?

- Məhkəmənin ilk iclası aprelin 10-na təyin olunub.

- AYB-dən istefa verdiz, yazınızda demisiz ki, Anarın dövrü bitər, mən məbədə qayıdaram. AYB-ni nəzərdə tutmusuz. Anar müəllim 40 ilə yaxındı bu quruma sədrlik edir, getmək fikri də yoxdur. Mətbuatın yazdığına görə, növbəti sədr seçkisində də namizədliyini verəcək. Bu halda, siz AYB-də hansısa bir dəyişikliyə inanırsız?

- Ötən qrultyada tribunadan çıxış edib dedi ki, bu dövrü də məni seçin, gələn seçkidə namizədliyimi verən deyiləm. Bildiyim qədərilə, daha bu onun son sədrlik müddətidir. Qaradan artıq rəng yoxdur. Onlar mənə qarşı nə etmək istəsələr, məndən adekvat cavab alacaqlar.

Sadəcə, mən hələlik abrımı gözləyirəm.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ