Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Dərdin içindən doğulan könül çırpıntıları

Image


(N.Dəlidağlının yaradıcılığı haqqında düşüncələr)

Uşaqlığı, gəncliyi müharibə dövrünə düşən, həmin qaynar odun içərisində boya-başa çatan uşaqlar çox tez böyüyürlər. Onların ömrü neçə on illər artıq yaşamış, həyat təcrübəsinə yiyələnmiş insanın ömrünə bərabər olur. Daha tez yetkinləşir, müdrikləşir, bərkiyir, başqa cür desək, kişiləşirlər. Haqqında bəhs etmək istədiyim Namiq Dəlidağlı da həmin od-alovun içərisindən çıxmış, ömrünün otuz ilindən çoxunu doğulduğu el-obasından ayrı düşmüş, lakin əyilməmiş, sınmamış, vüqarını və mərdliyini qorumuş, qəlbinin hərarətini sevdiyi xalqına verməyə qadir olan istedadlı qələm sahiblərindən biri kimi yetişmişdir. Müasir şairlər sırasında N. Dəlidağlı sözə həssas və sayğılı münasibəti, az sözlə dərin mənalar ifadə etməyi bacarması ilə sevilən şairlərdən biridir. Yaradıcılığının ümumi mənzərəsinə nəzər salsaq, bu fikirlərimizdə nə qədər haqlı olduğumuz aydın görünər.

Poeziya çələngi insan ömrünün yaşanmış səhifələrindən hörülür. Onun rəngarəngliyi həyatın keşməkeşlərindən yaranır: sevinci də, kədəri də, sevgisi də, nifrəti də, mərhəməti və qəzəbi də bu çələngin cəlbedici gözəlliyinə diqqətimizi cəlb edir. Şairin qələmindən çıxan misralar ovqatımızı və könlümüza oxşayır, bizi öz sehrinə salır. Gözəl şeirdə biz özümüzü görürük, sevgimizi, kədərimizi bizimlə bölüşən şairin hisslərinə qatırıq. Bizə elə gəlir ki, şair öncə duyğu və düşüncələrimizə bələd olub, hisslərimizi oxuyub, yaşantılarımızdan xəbər tutub, sonra bunları möcüzəli sözün köməyi ilə özümüzə göndərib:

Qapınız döyüldü bir axşamçağı,

Sizə elçi gəldi, bizə ayrılıq.

Yenə niyyətini dəyişməmişdi,

Təzə libasında köhnə ayrılıq.

Daha toy havası başında sənin,

Yol gəldik şübhədən yalana qədər.

Ümidim hələ də can verməmişdi,

Aşıqlar “Vağzalı” çalana qədər...

...Məni nə havada buraxıb getdin,

Xar oldum obada, millət içində,

Mənim ciyərlərim alışıb yandı

Sənin elçilərin şərbət içəndə.

Daha xatirən də mənə uzaqdı,

Gəlir qulağıma bir soraq kimi,

Gördüm bu döyüşdə məğlub olmuşam,

Əlimi qaldırdım ağ bayraq kimi...

Şeirin dilinin axıcı lirizmi, lirik qəhrəmanın yaşantılarının sadə məcazlarla yüksək poetik təsviri qalan şeirlərinə müraciət etmədən Namiq Dəlidağlının yaradıcılıq istedadını qabarıq ifadə edir. “Axtarıram”, “Uzaqlardasan” və s. şeirlərdə həmin duyğular məharətlə ifadəsini tapmışdır.

Poeziyasevərlərə yaxşı məlumdur ki, sevgi hisslərinin təsviri ədəbiyyatın əbədi mövzularındandır. Əsrlərdən bəri bu hissin bədii sözlə ən yüksək və adi təsviri yumruq boyda insan qəlbinin bütün duyğularını tamamilə açmağı bacarmamışdır desək, yanılmarıq. Namiq Dəlidağlının yaradıcılığında bu mövzuya həsr edilmiş çox təsirli poetik nümunələr orijinallığı, deyim tərzinin özünəməxsusluğu ilə seçilir:

Bu dərd elə dil açıb,

Hicran çətin susacaq,

Xəyalım qapı-qapı

Hənirtini pusacaq.

İndi görən hardasan?

De yerini, gəlmirəm,
Sənə məktub yazmışam,

Ünvanını bilmirəm...

Həzinlik, lirik musiqi ovqatı bu şeirlərin canına hopdurulub. Oxuduqca hisslərin təbiiliyi və müəllifin səmimiyyəti oxucusunu öz sehrinə salıb arxasınca həmin kövrək notlara aparır. “Mənə şəkil göndərdin” şeiri bu baxımdan xarakterikdir:

Mənə şəkil göndərdin…
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
… Mənə şəkil göndərdin,
nə rəngli şəkildi…
Bomboz ağrılarıma
duz basar, “məlhəm” olar…
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar…
Mənə şəkil göndərdin….

Poeziyada bir dərd anlayışı var. Bu ifadə klassik ədəbiyyatımızdan üzübəri, demək olar ki, bütün şairlərin yaradıcılığında özünü göstərmiş, böyük şairlər yaşadıqları ictimai kədəri incələmədən onu dərd adı ilə ümumiləşdirmişlər. Dahi M.Füzuli:

Ucaldın qəbrimi, ey bidərdlər, səngi məlamətdən,

Ki, məlum ola qəbrim dərd əhlinə ol əlamətdən,- deyərkən kamilliyə doğru lirik qəhrəmanın tutduğu fəlsəfi yolu göstərir.

Yaxud:

O dərdlər ki mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar,-deməklə yaşantılarının hüdudsuz ağırlığını qələmə alır...

Ümumiyyətlə, şairin düşüncələri, lirik qəhrəmanın arzu və istəkləri ilə ictimai həyatdakı kataklizmlərin yaratdığı uçurumlar bədii yaradıcılıqda dərin kədər, ümumi dərd kimi qarşıya çıxır. Böyük ədibimiz Cəlil Məmmədquluzədənin təbirincə desək, “anlamaq dərdi” yaranır. Bu ifadə özünü dərk etmiş insanların sıxıntı və ehtiyacını, mənəvi mənliyindəki boşluğu və çatışmazlığı tam halda doğru-düzgün ifadə edir. Necə deyərlər, ”Yaman olur “anlmaq dərdi” (Xalq şairi Rəsul Rza). Şairin dünyaya sığışmaması( Nəsimi) fəlsəfi düşüncələri böyük ictimai kədər kimi ortaya çıxır. Həmin dərd Namiq Dəlidağlı yaradıcılığında şairin Tanrı ilə söhbəti şəklində ortaya çıxır:

...Bir yer göstər, çıxım gedim,
Yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.

...Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.

Namiq Dəlidağlının yaradıcılığında Qarabağa, Kəlbəcərə həsr edilmiş şeirlərdə də kədərin obrazlı təsir gücü çox qabarıqdır. Şair doğma el-obası ilə erməni təcavüzü nəticəsində dogulduğu torpaqlardan 30 ilə yaxşn müddətdə uzaq düşməyə məcbur edilmiş, ağır köçkünlük həyatı yaşamşdır. Hər gününün ağırlığı sözün təsvirinə sığışmayan həmin illərin izləri, təbii ki, onun yaradıcılığından qırmızı xətt kimi keçir. Bu şeirlərdə güclü kədərlə, itkilərindən doğan göynərtilərlə yanaşı, yaranmış vəziyyətlə barışmazlıq, yurda dərin sevgi onun azad ediləcəyinə sarsılmaz inam, qələbəmizə əminlik hissləri qabarıq ifadə olunmuşdur. Həmin şeirləri birləşdirən də bu xüsusiyyətlərdir. Lakin N. Dəlidağlı öz büyük kədərini, yurd itkisi sarsıntılarını qələmə alarkən oxucuları dərdi ilə yükləmir, əksinə bu dərdə, qəmə nikbin notlar qatıb daha gözəl gələcəyə inamını ifadə edir. Uşaqlığını, gəncliyin ilk çağlarını yaşadığı el-obanın itkisi, xarabazarlığa çevrilmiş ev-eşiyi, viran qoyulmuş bağça-bağı gözlərini doldurub ürəyini ağrıtsa da, bu yurdların abadlaşdırılacağına olan sonsuz inam onu bir an da tərk etmir. Doğulub boya-başa çatdığı, isti ocağında xoşbəxt illərini yaşadığı evin ermənilər tərəfindən yandırılaraq xarabazarlığa çevrilməsindən doğan ağrıları şair elegik tərzdə, dərin hüznlə belə bölüşür:

Ha alışam, yanam, gəlməz,

Ta bu gölə sonam gəlməz,

Atam gəlməz, anam gəlməz,

Daha xarabadı bu ev.

Köz qaralıb ocağında,

Sükut var hər bucağında,

Qonaq etməz qucağında

Nə dostu, nə yadı bu ev.

Yazının başlığında Namiq Dəlidağlını “kədərin içindən doğulan şair” kimi səciyyələndirmişdim. Ancaq məlumdur ki, dərd insanı daha da kamilləşdirir, onun qəlblərə verdiyi sevgi daha böyük və əzəmətli olur. Namiqin lirik qəhrəmanını sıxan dərdlər onu daxilən əzsə də, pessimizmə aparmır, içindəki dərdi böyüyən lirik qəhrəman bundan filosof və qəhrəman kimi kamilliklə çıxır.

Vətəni işğal altında olan insanların dözülməz ağrıları, kədəri də şairin toxunduğu həmin ictimai dərdlərdəndir. Şeirlərdə əksini tapan vətəndaş kədərinin güclü olmasının bir səbəbi müəllifin taleyindən keçən həmin ağrıları bilavasitə özünün və yaxınlarının yaşamasına şahidliyidir.

Şair əyilməzlik rəmzi Dəlidağa həm ana, həm sirdaş kimi yanaşır, onu şəxsləndirir, daha sərt olmağa səsləyir. Belə şeirlərdə Dəlidağ coğrafi məkan olmaqdan əvvəl poetik obrazdır.Bu dağ haqqında folklorumuzda, xalq arasında müxtəlif əfsanələr, rəvayətlər...dolaşmaqdadır. Zirvəsindən qarı əskik olmayan, “qar üstə qar yağan”, başı dumanlı, zümrüd çəmənli, çoşqun bulaqlı, ümman kimi geniş yaylaqlı, yurdumuzun binəli-bünövrəli əzəmət mənbəyi olan Dəlidağ, doğma Kəlbəcər Namiqin yaradıcılığınd qarşımıza başqa keyfiyyətdə təqdim olunur. Yağıların qarşısında əyilməzlik rəmzinə çevrilən yurd obraz səviyyəsinə qaldırılır. Nəhayət, Ordumuzun, Ali Baş Komandanımızın sayəsində bu inam gerçəkləşir:

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dürr daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı - sevinəcək,
qalmayacaq ağrısı - azarı, sevinəcək.
...Uluların torpağı - məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

N. Dəlidağlı poeziyası ilə tanış olduqca onun ədəbi-bədii düşüncədə tutduğu yeri, mövqeyi müəyyənləşdirmək mümkündür. Onun şeirləri mövzu və problematika baxımından müasirlik gücü ilə seçilir. Bu xüsusiyyət şerə, sənətə oxucü münasibətinin dəyişdiyi hazırkı dövrdə yazılmış şeirlərin əksəriyyəti böyük oxucu auditoriyası qazanır.

Bu yaxınlarda ədəbi ictimaiyyətimiz Namiq Dəlidağlı haqqında yeni bir xoş xəbər aldı: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi sükutu" adlı növbəti şeirlər kitabı Özbəkistanda nəşr edilib”. (“Xalq qəzeti”, 14.12. 2024-cü il)

Özbəkistan Respublikasının “İste'dod Ziya Press” nəşriyyatında "Sevgi sükutu" kitabı filologiya üzrə fəlsəfə doktoru Nargizaxon Ortiqova və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Muqimjon Nurboyevin giriş sözü və redaktorluğu ilə 500 nüsxə tirajla çap edilmişdir. Şeirləri özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü Xusniddin Xaitov çevirmişdir.

Bu vaxta qədər beş publisistik toplunun müəllifi, həmmüəllifi olan N. Dəlidağlının “Sevgi sükutu" kitabı müəllifin ölkədən kənarda isə nəşr edilən ilk şeirlər kitabıdır. Hazırda Namiq Dəlidağlı yaradıcılığının ən coşqun dövrünü yaşayır. Müəllifə can sağlığı, taradıcılıq uğurları diləyir, yeni, daha gözəl və mükəmməl şeirlərini gözləyirik.

Hüseyn Şahbəndəyev,

Əməkdar müəllim



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ