şənbə günü, 21 noyabr 2026
     

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin

Image


Min illər ərzində Türkiyənin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. Türkiyədə hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları var. Türkiyəni tanımaq bu bölgələrin tanıtımından başlayır. Türkiyənin tarixində özünəməxsus yeri olan Mardin haqqında oxucularımıza bu yazımızda məlumat verəcəyik.

Mardin Türkiyənin böyük əyaləti və əhalisinin sayına görə iyirmi altıncı olan bir şəhəridir. 2021-ci il statistikasına görə Mardinin əhalisi 862,757 nəfərdir. Mardin Cənub-Şərqi Anadolu Bölgəsinin Dəclə vadisində yerləşir. Bu bölgə Suriya ilə həmsərhəddir.

Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləri ilə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.

Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.

Mardin adı ərəb mənbələrində Maridin, suriyalı mənbələrdə isə Marde kimi qeyd olunur. Sözün mənşəyi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə görə, Mardin sözü III əsrdə Ərdəşirin burada məskunlaşdığı döyüşçü tayfası Mardesdən gəlir. Bəzi mülahizələrə görə, “Qalalar” mənasını verən Merdindən gəlir. Bu gün istifadə edilən ad ərəb mənbələrində qeyd olunan Maridindən gəlir.

Mardin vilayətində tarixin qədim dövrünə aid tapıntılar var. Artuklu Universiteti şəhərciyindəki Hırbe Helale yaşayış məskənində aparılan qazıntılar zamanı tapılan daşlar Paleolit ​​dövrünə aid edilir. Neolit ​​dövrünə aid tapıntılar Dargeçit rayonunun İlisu yaxınlığında yerləşən Boncuklu Tarla yaşayış yerindən tapılıb. Gene Derik qəsəbəsindəki Kerküşti Höyükdə aparılan qazıntılar nəticəsində Kalkolit dövrünə aid qalıqlar aşkar edilib. Kemaliye kurqan və Tilki Təpə kurqanlarında da Xalkolit dövrü keramikalarına rast gəlinmişdir. Nusaybin rayonundakı Girnavaz Höyükdə erkən tunc dövrünə aid qalıqlar tapılmışdır. Bundan əlavə, bölgədə 36 kurqanda tunc dövrünün müxtəlif dövrlərinə aid tapıntılar aşkar edilmişdir. Bu dövrə aid tapıntılar Mardin-Nusaybin yolu üzərindəki Gırharrin Höyük, Mardin dağlarının cənubundakı Girnavaz və Yuxarı Dəclə hövzəsində Giricano, Kavusan Höyük, Siirt Türbe kurqan, Üçtəpə, Visittəpə və Qre Dimse kurqanlarında da rast gəlinir. Tarixi abidələrlə zəngin olan Mardində istənilən tarixi dövrə aid abidələrə rast gəlmək mümkündür. Mardini dünyanın açıq muzeyi də adlandırmaq olar. Bütün inanclara aid olan tarixi abidələrlə zəngin bu bölgə məhz bu səbəbdən turistlərin sevimli məkanına çevrilib.

Mardin, yalnız Cənub-Şərqi Anadolu bölgəsi deyil, dinlərin, dilləri və mədəniyyətlərini ortaq məxrəcədə birləşdirən Türkiyənin ən xüsusi qorunan yerlərindən biridir. Keçmişözündə əks etdirən bu qədim bölgədə indi də bu sivilzasiyanın izlərini özündə qoruyur. Kilsələr, şüşə evlər, maraqlı bir arxitektura olan kənd evləri, ərazi məzarları, mərtəbəli və daş evlər demək olar ki, Mardində saysız hesabsızdır. Yolunuzu bu bölgəyə salsanız , gəzməklə qurtarmayacaq bir tarixlə üz-üzə qalacaqsınız. Mədəni irs, tarixi dəyərlər, təbii gözəlliklər və sükunətli küçələrə sahib olursunuz. Səfər zamanı müxtəlif insanlarla görüşüb danışa uzun müddət söhbət etmək imkanı əldə edəcəksiniz.

Minillik tarixi özündə əks etdirən Mardində rəngli, gözəl, tarixi alış-veriş məkanlarını görmək mümkündür. Beləliklə Mardini ziyarət etməklə tanış ola biləcyiniz ən gözəl məkanları diqqətinizi çatdırırıq.

Mardin Evləri

Tarihi Mardin Taş Evleri Hakkında Bilmeniz Gerekenler - Emlakjet Haberleri

Dünyada daş sənətkarlığının ən möhtəşəm əsərlərindən biri sözsüz ki, Mardindəki Daş evlərdir. Orta Əsr memarlığına aid daş evləri Mardinin ən yerlər siyahınızın ilk sırasında yer alır. Bölgədə asanlıqla yerləşən sarı əhəngdaşı daşından düzəldilmiş Mardin evlərinin ən böyük özəlliyi evlərin qışda isti, yayda sərin olmasıdır. Tuya Dağı yamaclarındakı dar küçələrdə gəzərkən görəcəyiniz evlərin görkəmi, divarlarına işlənən bəzəmələr bu evlərə daha da gözəllik qatır.

Ulu Məscid

Mardin Ulu Məscidi • Yeri, Şəkilləri və Haqqında Məlumatlar • Mədəni  İnventar

Mardindəki daha bir möhtəşəm tarixi məkan Bazar içərisindəki Ulu Məscididir. Məscidin hansı tarixi dövrdə və memar tərəfindən tikildiyi

məlum deyil. Mardinin ən qədim məscidi hesab edilən bu möhtəşəm tikili , 2 minarəli olaraq inşa edilmişdir. Ağqoyunlu, Məmlük və Osmanlı dövrlərində tarixi aşınmalara məruz qalan məscid indiki görkəminə 1967-ci ildə sahib olub. Bu məsciddə onu qoruyan və xidmət edən 10 səhabələrinin adları yazılıb.

Mardin qalası

Mardin qalası

“Qartal Yuvası” adlandırılan Mardin Qalasının X əsrdə inşa edildiyi qeyd edilir. Tarixi dəyəri qədər mənzərəsilə da sizləri ovsunlayacaq olan qala, görkəmi və möhkəmliyi bir çox şairə ilham qaynağı olmuşdur. Bir neçə dəfə güclü zəlzəyə davam gətirən bu məşhur qala yerli sakinlər tərəfindən məhz buna görə Qartal yuvası adlandırılır.

Mardin Muzeyi

Tarixin sirli şəhəri: Mardin haqqında bilmədiklərimiz - FOTO

Osmanlılara qədər bölgəyə hakim olan mədəniyyətlərə aid tapıntıların nümayiş etdirdiyi Mardin Muzeyi, 1942-ci ildə yaradılmışdır. 1995-ci ildən bəri fəaliyyət göstərdiyi binası isə 1895-ci ildə Antakya Patriarxı Ignatios Bəhram Banını tərəfindən Süryani Katolik Patriarxlığı kimi inşa edilib. Arxeologiya və etnoqrafiya olmaq üzrə 2 fərqli hissəni özündə əks etdirən muzeydə tarixi əhəmiyyətə malik əşyalar nümayiş etdirilir.

Dara xarabalıqları

Dara Arxeoloji Sahəsi Su Quruluşları • Yeri, Şəkilləri və Haqqında  Məlumatlar • Mədəni İnventar

Mardində turistlərin ən sevimli yerlərindən biri olan , dünyanın ən qədim şəhərlərindən biri Dara Mezopotamiya xarabalıqlarıdır. Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır. Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır.

Zinciriye Mədrəsəsi

📍Zinciriye Mədrəsəsi, Mardin Mardin qalasından sonra şəhərə açılan 2-ci ən  gözəl mənzərə buradandır🔭 Bura 14-cü əsrdə tikilib və əsas funksiyası  adından da görüldüyü kimi tədris olub, həmçinin rəsədxana, bir müddətlik  zindan və

Tarixi görünüşünə və tikinti arxitekturasına görə seçilən Zinciriye Mədrəsəsi 1385-ci ildə inşa edilib. Tarixi araşdırmalara görə bu mədrəsə həmin dövrdə bu ərazini işğal edən moğollar tərəfindən inşa edilib. Əlverişli mövqeyinə görə keçmişdə bu yer rəsədxana kimi istifadə edilib.

Kırklar Kilsəsi

Gəziləcək yerlər - Mardin - Gezmeli.az

Təkkə Mahallesidəki Altunboğa Mədrəsəsi, Məlik Mənsur Əhməd Kiçik dövründə vəzirlik edən Altun Buğa tərəfindən 1364-ci ildə inşa edilib.

Mardin çarşı

Mardin Revaklı Çarşı - Mardin Turları ve Tur Fiyatları - Mührü Kil  TurMardin Turları ve Tur Fiyatları – Mührü Kil Tur

Zəngin mədəniyyəti özündə əks etdirən Mardində həm də gözəl çarşı bazarlar var. Mardindəki məşhur çarşı da öz tarixi və ənənəsi ilə turistlərin ən sevimli məkanlarından biridir.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ