çərşənbə günü, 07 oktyabr 2026
     

Müharibə dövrü ədəbiyyatının yaradılması günümüzün əsas çağırışlarından biridir

Image


Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu və "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə "Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmələr keçirilib.

"Nəyimiz var və nəyə ehtiyac duyulur" altbaşlığı ilə keçirilən dinləmələrdə ölkənin tanınmış yazıçıları, jurnalistləri, ictimai xadimləri, şəhid ailələri iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dinləmələrin ümumi ruhunda özünü qa­barıq göstərən başlıca amil o olub ki, bugünkü  zəfərimizin gələcək nəsillərə çatdırılmasında  müstəsna rol oynayan keyfiyyətli ədəbi nümunələrin ortaya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasında dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azərbaycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanması­na mənəvi stimul verib. Ali Baş Komandanımız İlham Əliyevin rəhərliyi ilə hər cür igidlik nümunəsi göstərməyə hazır olan yeni nəslin təmsilçiləri üçrəngli bayrağımızı Xankəndinin, Şuşanın, Laçının, Kəlbəcə­rin ən uca zirvələrinə taxıblar. Bu isə həm də müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması yönümün­də milli ədəbiyyatımızın xalq qarşısında xidməti kimi dəyərləndirilir.

Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, tanınmış yazıçı, Əməkdar jurnalist Varis dinləmələrin məqsəd və məramını açıqlayaraq qeyd edib ki, 30 illik bir dövr ərzində torpaqlarımızın işğaldan azad olunması mövzusu daha da aktuallaşıb. Bu gün Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan "Hərb və sülh", "Əlvida, silah", "Qərb cəbhəsində dəyişiklik yoxdur", Ali və Nino" kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirib. 

"Son illər­də bu barədə çoxlu dəyərli əsərlər yazı­lıb, amma müqəddəs savaşı, xalqımızın mübarizə əzmini, ordumuzun qəhrəman­lığını dünya ədəbi platformasına çıxara biləcək bədii nümunələr hələ yetərincə deyil. Biz bu gün müharibə mövzusunun ədə­bi müstəvidə daha dolğun işıqlandırılma­sı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq bu vəzifələrin reallaşdırılması yollarını aramalıyıq".

Sonra "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO nəzdində Beynəlxalq Professional  Rəssamlar Ittifaqının üzvü Nigar Helmi Abbasbəyli çıxış edərək Qarabağ həqiqətlərinin dünyada tanınması işində mədəniyyətin ümdə vəzifələrindən bəhs edib, örnək olaraq özünün bir sıra Avropa ölkələrində nümayiş olunan "Qarabağ mirası" sərgisindən danışıb. Qeyd edib ki, mədəniyyətin bütün sahələrində, o cüm­lədən də bədii ədəbiyyatda müharibə mövzusunun aparıcı rolu daha da güc­ləndirilməli, bizə qarşı mənfur düşmənin apardığı mədəni soyqırımı faktları hər vasitə ilə ifşa olunmalıdır.

Əməkdar  elm xadimi, Dövlət mükafatı laureatı, Filologiya üzrə elmlər doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı müharibə dövrü ədəbiyyatından bəhs edərkən İkinci Dünya Müharibəsi dövründə Azərbaycanda yaranan ədəbiyyatı bir nümunə kimi qəbul etməyin vacibliyini vurğulayıb, həmin dövrdə ən məhsuldar yazıçı olan görkəmli ədib Mir Cəlalın yaradıcılığından bəhs edib, ədibin müharibə mövzu­sunda qələmə aldığı əsərlərinin, xüsusən "Vətən yaraları"nın hazırkı ədəbi nəsil üçün əsl örnək olduğunu konkret misal­larla əsaslandırıb.

Xalqımızın mübarizələrlə dolu şərəfli tarixi haqqında bir neçə sanballı əsərin müəllifi olan, 44 günlük müharibə barədə "Cığır" kimi sanballı bir roman ortaya qoyan yazıçı, Əməkdar mədəniy­yət işçisi Yunus Oğuz müasir ədəbi pro­sesdə müharibə mövzusunun tutduğu yer, yazılan əsərlərin təbliği, xarici dillərə tərcüməsi kimi ümdə məsələlərdən da­nışıb. Eyni zamanda ölkə kinematoqrafiyasının müharibə mövzulu ədəbiyyata biganəliyindən söz açıb. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müharibə dövrü ədəbiyyatı mövzusunu daha geniş anlamda qavramağın vacibliyinə diqqət çəkib. O, hazırkı Qarabağ müharibəsi, ötən əsrdəki İkinci Dünya Müharibəsi çərçivəsini bir qədər də genişləndirərək ötən əsrin əvvəllərində Azərbaycanın öncə Çar, ardınca bolşevik Rusiyası ilə apardığı mücadilələrə toxunub. Arxiv materialları əsasında araşdırdığı bu dövrdə mücadilələrdə fərqlənmiş Mirzə Nəsrulla Əmirov kimi fədailərən obrazlarını yaratmaqla bədii ədəbiyyatın gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhuna gətirəcəyi töhfələrdən bəhs edib. 

Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışıb. Və kitabxananın nəşr etdirdiyi, 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsullarınln toplandığı "Sən azadsan" kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz dərslik olacağını qeyd edib. 

Filologiya elmləri doktoru, "Bütöv  "Azərbaycan  bədii təfəkküründə Şuşa" kitabının müəllifi Esmira Fuad, Azərbaycan  Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin müdiri Sayman Aruz, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü, Səbail rayon Mərkəzi  Kitabxanasının  direktoru, Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova, Dövlət Qulluğu Müşaviri, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist, 1ci və 2ci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı kitabların, eyni zamanda "44 günlük savaşın 444 cəngavəri" 2 cildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış tele-jurnalist, "Xəzərin sahilində" layihəsinin rəhbəri, Sənətşunaslıq üzrə Fəlsəfə doktoru, 1ci Qarabağ müharibəsi Şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Şəhid Bakir Quliyevin qızı, Milli Qəhraman Seymur Məmmədovun bacısı, Azərbaycan Televiziyasının "Ədəbi abidələr" proqramının müəllifi, 8 il Hərbi vətənpərvərlik Proqramları Baş redaksiyasının redaktoru olmuş, döyüş bölgələrindən reportajları ilə tanınan jurnalist Təranə Bakirqızı, araşdırmaçı  jurnalist, Qarabağ müharibəsi Şəhidləri barədə silsilə kitabların müəllifi Aida Eyvazlı çxışlarında mövzuya dair fikirlərini bö­lüşüblər, maraqlı təkliflər irəli sürüblər. 

Habelə, 44 günlük müharibə ilə bağlı ortaya çıxan ən  ciddi layihələrdən biri, müharibə iştirakçıları olan şairləri bir araya gətirən "İgidlərin SÖZÜ" layihəsindən söz açılıb, layihənin rəhbəri, tanınmış şair, Dünya Poeziya Hərəkatının koordinatoru Nigar Həsənzadənin bu layihəni yaratmaq zərurəti qabardılıb, layihə üzvü Cavid Qasımov öz səngər şeirlərini səsləndirib. 

Tədbirdə həmçinin Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, heç vaxt üzünü görmədiyi Qarabağ uğrunda gedən  44 günlük Vətən savaşında tarix  yaradanların sırasında yer alan, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd və  Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşaraq müxtəlif medallarla təltif olunan Abbas Qasımov öz döyüş xatirələrini danışıb, onun anası İlkanə Qasımova isə bir əsgər anasının çəkdiyi iztirabları, məşəqqətləri dilə gətirərək müharibə ədəbiyyatı üçün yazıçılara yeni mövzu verib. 

Dinləmələr zamanı müharibə mövzusunun ədalət və sülh problemi ilə vəhdət təşkil etdiyinə və yazarların bədii nümunələrə məhz bu aspektdən yanaşmalı olduqlarına da diqqət çəkilib. Qələbəni bədii dillə əsaslan­dıran, təsəlli verən müharibə ədəbiyya­tının qəlbləri tərpədə bilməsi, hər kəsi yaxşı mənada həyəcanlandırması üçün yazarların bütün istedad və bacarıqlarını səfərbər etməsinin vacibliyi dönə-dönə vurğulanıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Kənan Məmmədli, "Ədəbiyyat və incəsənət"



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ