Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Kitab mağazalarının “təqdimat biznesi” niyə və kimlərin narazılığını doğurub?..

Image


Son dövrlər paytaxtda fəaliyyət göstərən kitab mağazalarında tez-tez gənc və orta nəsil yazarların imza günlərinin, kitab təqdimatlarının təşkil olunduğunun şahidi oluruq. Maraqlıdır ki,  kitab mağazaları özləri buna maraq göstərirlər.

Onların yazarların imza günlərinə və kitab təqdimatlarına hansı səbəbdən belə maraq göstərməsinin ilginc tərəfləri ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan iddialara gorə, kitab mağazaları kitab təqdimatları ilə bağlı müəlliflərdən yüksək məbləğdə pul alırlar. Deyilənlərə görə, məsələn, kitab təqdimatı keçirən yazar gərək bir saat üçün mağazaya 200 manat pul ödəsin. Həftə sonları üçün isə kitab mağazaları qiyməti 300 manata qaldırır. Yazarlar deyir ki, kitab mağazaları yazarların kitab təqdimatları və imza günləri tədbirlərindən onsuz da hərtərəfli qazanır - həm reklam olunur, həm də məhsullarını satır, üstəlik də yazarlardan yer haqqı tələb edirlər. Ümumiyyətlə, bu nə dərəcədə düzgündür ki, hərtərəfli qazanan kitab mağazalarıdır, yazarlar isə heç nə qazanmır?

Yazarlara hansı kitab magazaları qiymət “oxuyur”? Onlara qarşı hansı mübarizə üsulu seçilməlidir?

  • Tural Turan: “Hazırkı durumdan ən çox zərər çəkən ədəbi mühitin gənc nümayəndələridir, gənc yazıçılarda, şairlərdə kitab mağazalarına ödəməyə bu məbləğ yoxdur”

AYB Gənclər Şurasının üzvü Tural Turan “Bakı-Xəbər”ə bildirdi ki, bu problemi ilk dəfə sosial şəbəkələrdə gənc yazar, jurnalist Ulucay Akif ictimailəşdirib və yazarların diqqətini bu ciddi məsələyə yönəldib. T.Turan qeyd edir ki, ümumiyyətlə bütün kitab mağazalarında bu problemlər müşahidə olunur, pulsuz kitab təqdimatı, imza günü keçirən kitab mağazası, demək olar ki, yoxdur. “Bu məsələni bir neçə gün əvvəl Ulucay Akif qaldırmışdı. Kitab mağazaları arasında yazarlardan 200, 150, 100 manat istəyənlər var. Hansı kitab mağazaları yazarlardan yüksək məbləğ tələb etmir ki? Hamısı edir. Burada pulsuz söhbəti yoxdur. Sadəcə, pulsuz kitab təqdimatı keçirilən bir məkan tanıyırdım. O da Milli Kitabxananın açıq kitabxanasıdır ki, aydın məsələdir, qış vaxtı da soyuğa görə orada təqdimat keçirmək olmur. Mən sonuncu kitabımın təqdimatını pulsuz olaraq orada keçirmişdim. Bu isə 2018-ci ildə olmuşdu, sonra isə pandemiya düşdü. Burada günah şair və yazıçıların, kitab çıxaran müəlliflərindir. Yazarlar həmrəy ola bilmirlər. Bütün yazarlar yığışıb həmin kitab mağazalarına etiraz etməlidir. Eyni zamanda təklif  vermişdim ki, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi bu kimi nüanslara qarşı alternativ hazırlayıb qoymalıdır. Məncə, bu problemi Azərbaycan Yazçılar Birliyi (AYB) , Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar həll etməlidir. AYB kitab təqdimatlarına “Natəvan” klubunda yer verir, bu öz yerində. Eyni zamanda yazıçı və şairlərin açıq havada, eləcə də qapalı məkanlarda, əhalinin gur yerində kitab təqdimatı aksiyaları keçirilməsi üçün şərait yaradılmalıdır. Bu proses anlaşılmalıdır. Yəni Bakı Şəhər İcra Hakimiyyətinə zəng vur, onlardan yer istə, bu qurum da “hə” deyəcək, deməyəcək məlum deyil. Yaxud elə saat deyəcəklər ki, həmin saatda ora oxucu gəlməyəcək. Deyək ki, bu kimi bürokratik əngəllər və sair olur. Ona görə də, bu kimi məsələlərin üstünə AYB və Mədəniyyət Nazirliyi getməlidir. O vaxt təklif etmişdim ki, Milli Məclisin, Prezident Administasiyasının qarşısında kitab paradı, kitab təqdimatları keçirmək olar. Bu, dövlətin verdiyi xoş bir mesaj olar. Parklarda təqdimatlar keçirmək qeyri-mümkündür, müəyyən mənada bir az qeyri-etik alınır. Məsələn, Cavid parkında bu təqdimatları necə keçirəsən?

Yazıçılar, şairlər, yazarlar, xüsusən də gənclər belə bir situasiyada həmrəylik nümayiş etdirməlidir, kitab mağazalarına qarşı sözü bir yerə qoymalıdırlar. Hazırkı durumdan ən çox zərər çəkən ədəbi mühitin gənc nümayəndələridir, gənc yazıçılarda, şairlərdə kitab mağazalarına ödəməyə bu məbləğ yoxdur. Mütləq şəkildə hazırkı haldan narazı olan hər kəs bu məsələyə münasibət bildirməlidir”.

T.Turan deyir ki, gənclərin o kitab mağazarında təqdimat keçirməyə pulu yoxdur, ona görə də bu məsələdə gənclərə dəstək göstərilməlidir. “Çingiz Abdullayev, Anar o pulu verə bilər. Anar gedib Prezidentin ayırdığı pulla Yaponyada kitab çap etdirir. Amma 25-30 yaşlı gənc o pulu tapıb verə bilmir, qazandığı 300-500 manatdı, onu da versin nəşriyyatlara, kitab mağazalarına, özünə nə qalacaq?  Bu arada nəşriyyatlar kitab çapının da qiymətini qaldırıblar, 6-7 ay bundan əvvəlki qiymətlərlə indiki qiymətlər eyni deyil. Bilirsiz, bu artıq fəlakətdir. Məsələn, TEAS Press qiymətləri qaldırıb dağ başına qoyub. Kim alacaq? Sonra da deyirlər çap etdiklərimizi alan olmadı, əlimizdə qaldı. Nə qədər nəşriyyatlar var...”

T.Turan bildirir ki, problem çoxdur və onların həllinə nail olmaq lazımdır. O hətta təklif edir ki, yazarlar yığışıb qiymətləri qaldıran kitab mağazalarına və nəşriyyatlara qarşı aksiya keçirsinlər. “Amma hərəkət edən yoxdur. Hər kəs sakitcə yerində durur. Ona görə nəşriyyatlar, kitab mağazaları istədiklərini edirlər”- deyə T.Turan qeyd etdi.

  • Kənan Hacı: “2 saatlıq təqdimat üçün yazıçıdan 200-300 manat tələb edirlər”

Tanınmış yazıçı Kənan Hacı da bizimlə söhbətində bu sahədə vəziyyətin acınacaqlı olduğunu və yazarların heç bir gəlir əldə etmədiyini bildirdi: “Ümumiyyətlə, bizdə kitab sənayesi bərbad gündədir. Faktiki olaraq, yazıçı nəşr olunmuş kitabından bir qəpik qazana bilmir. Yazıçının işi kitab yazmaqdır, qapı-qapı düşüb kitab satmaq deyil. Marketinq işini nəşriyyatlar həyata keçirir və yaxud zəif həyata keçirir. Bütün hallarda qazanan nəşriyyat olur. Təqdimat məsələsi isə kitab satışı ilə məşğul olan mağazalar üçün əlavə gəlir mənbəyinə çevrilib. 2 saatlıq təqdimat üçün yazıçıdan 200-300 manat tələb edirlər. Bu, Azərbaycan reallığında fantastik rəqəmdir. Axı bu kitab mağazaları gerçək vəziyyəti bilirlər, üstəlik, satışdan pul qazanırlar, bunu bilə-bilə yazıçıdan pul tələb etmək fürsətcillikdən başqa bir şey deyil. Bəs yaxşı, naşir qazanır, kitab mağazası qazanır, bəs yazıçı niyə qazanmamalıdır? Burda məntiq hardadır? Ad olur ki, yazıçıya dəstək olurlar, amma yazıçıdan başqa naşir də qazanır, mağaza da. Yazıçıya nə qalır? Bunun bir adı var, istismar. Yazıçının imkansızlığından faydalanan nəşriyyatlar sadəcə pul qazanır, vəssalam”.

Qeyd edək ki, yazıçı, jurnalist, kulis.az-ın baş redaktoru Ulucay Akif “Facebook”da kitab mağazalarını sərt tənqid edib. O bildirib ki, bu mağazalar imza günləri, kitab təqdimatları ilə bağlı müəlliflərdən yüksək məbləğdə pul tələb edirlər: “Libraff mağazasında kitab təqdimatı etmək istəyən yazıçı gərək hər saat üçün mağazaya 200 manat (həftəsonu isə hətta 300 manat) pul ödəsin. Digər kitab mağazalarında da qiymətlər təxminən eynidir. Yəni təqdimat və imza günlərinin minimum 2 saat olduğunu nəzərə alsaq, gərək müəllif kitab mağazasına 400-600 manat məbləğində pul ödəsin. Bu məbləğ yazıçılarda, xüsusən də gənc yazarlarda nə gəzir?”.

Baş redaktor eyni zamanda belə kitab mağazalarının kitabın satışından gələn gəlirin 40 faizini də yazıçıdan tələb etmələrinin vicdansızlıq olduğunu söyləyib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ