Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ən yeni dövlətçiliyimizdə azərbaycançılıq ideologiyasının başlanğıc dəyəri - Qurtuluş...
Tarix: 14.06.2016 / 00:44
Bölmə: Layihə
Azərbaycan xalqının ümidinin, müstəqil dövlətimizin taleyi tükdən asılı qaldığı bir zamanda xalq Heydər Əliyevi hakimiyyətə gətirdi. Xalqın tələb və istəyi, xeyir-duası ilə Azərbaycan dövlətinə rəhbərlik edən Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarı oldu. Bu gün çoxlarımız o günü çox yaxşı xatırlayırıq. Bu əlamətdar tarix o dövrdə uşaq olanların da yaddaşından silinməyib.
Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İnsanların sabaha, azacıq da olsa, ümidi yox idi. Bir tərəfdən ölkədəki xaos, qarışıqlıq, digər tərəfdən müharibə, başqa bir tərəfdən isə insanların çörəyə möhtac olması qarşımıza çox acı mənzərə açırdı. Xalqın keçirdiyi məşəqqətli günlər, çəkdiyi acılar artıq illərin o üzündə qalsa da, kədərli bir xatirə kimi unudulmayıb. O dövrdə çoxlarının yadındadır ki, el ağsaqqalları və ağbirçəkləri, ziyalılar, fikir adamları israrla bildirirdi ki, ümid Heydər Əliyevə qalıb, xalqı bu dərddən ancaq o qurtara bilər. Məlum olduğu kimi, xalqın təkid və tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ümummilli liderin gəlişi insanlara sevinc gətirdi, ümidsizlikdən qurtardı xalq. O ağır günlərdə Heydər Əliyevin xalqa simsar olması, həyatını təhlükəyə ataraq dövlətin, millətin etibarlı dayağına çevrilməsi unudulmazdır.
Heydər Əliyevin yenidən öz xalqına rəhbərlik etmək üçün qayıdışı Azərbaycan xalqının Milli Qurtuluş Günü olaraq bayram kimi qeyd edilir. Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.
Tarixçilərin qeyd etdiyinə görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərmiş Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi vaxt ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdıq, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoymaq həddinə çatmışdı. İki il əvvəl müstəqillik qazanmasına baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni uçuruma sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı səhv və xaotik addımlar vəziyyəti daha da gərginləşdirirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü, itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazirin və parlamentin sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun tabeliyində olan qüvvələr Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru hərəkət edirdi. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda qorxuya düşən AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Tarixçilər yazır ki, iyunun 9-da Heydər Əliyev Bakıya gəldikdən sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşdü. Böyük dövlət xadimi Gəncədən qayıtdıqdan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Milli Qurtuluş Günü ilə bağlı öz fikirlərini yerli mətbuata bildirib. 15 iyunun Azərbaycan dövlətinin tarixində taleyüklü xüsusi gün olduğunu vurğulayan C.Bəhramov bugünkü uğurlarımızın, nailiyyətlərimizin təməlində Heydər Əliyev siyasətinin dayandığını qədirbilənliklə yüksək dəyərləndirib: "15 iyun 1993-cü il tarixi Azərbaycan Respublikasının ən yeni tarixində müstəsna rolu olan bir gündür. Bu gün baş vermiş hadisə sonrakı dövrlər üçün əlbəttə ki, bir örnək olacaq. Nə üçün biz 15 iyun tarixini qeyd edirik? Çünki Heydər Əliyev tarixi hadisələri dərinliyinə, nöqtəsinə qədər bilirdi. O, 1967-ci ildə, hətta ondan əvvəlki dövrlərdə də dövlətin təhlükəsizlik orqanlarında işləyərkən tarixçi alimlərlə mütəmadi görüşürdü. 1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə onun maraqlandığı sənədləri ona veriblər. Özü də dəfələrlə söhbətlərində tarixçi alimlərimizə "sizin 1918-ci il hadisələrinə, XI Qızıl Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə münasibətinizi bilmək istəyirəm" deyirdi. 1945-ci ildə, 1956-cı ildə, 1967-ci ildə, 1972-ci ildə, 1977-ci ildə, 1985-ci ildə olan tarixi hadisələr, bir növ, 15 iyuna gedən yollardır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi insanlar öz vəsaitlərini xərcləyib millətin çiçəklənməsi üçün sərf etdilər. Heydər Əliyevə gəldikdə isə o, sovet dövlətinin bütün imkanlarını maksimum dərəcədə Azərbaycan xalqının inkişafına yönəltmişdi. Müasir Azərbaycanda müxtəlif sahələrdə çalışan rəhbər işçilərin əksəriyyəti 70-80-ci illərdə SSRİ-nin ən yüksək təhsil ocaqlarında oxuyan tələbələrdir. Başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla. O tələbələr içərisində mən də varam. Akademik Ziya Bünyadov deyərdi ki, bir tarixi hadisəni tədqiq etmək üçün ən azı 10 il vaxt lazımdır".
1993-cü ilin 15 iyununun xalqımızın və dövlətçiliyimizin xilas günü olduğunu qeyd edən C.Bəhramov deyir ki, Azərbaycan xalqı müdrik xalq olmaqla bərabər, həm də dünyanın ən qədim xalqlarından biridir: "Heydər Əliyev tərəfindən qurulan dövlətçilik mexanizmi dəqiq və səmərəli işləyir. Azərbaycanın iqtisadi cəhətdən, hərbi cəhətdən qüdrətlənməsi, beynəlxalq layihələrdə əsas aktor kimi, söz sahibi kimi, regional lider kimi iştirak etməsi təsadüfi deyil. Dövlətin qüdrəti varsa, potensialı varsa, düzgün idarə olunursa, şübhəsiz ki, o öz effektini verəcək. Elə buna görə də 15 iyun tarixinə baxanda Heydər Əliyevin xalq tərəfindən rəhbərliyə gəlməsi həyati zərurət idi. Son dövrlərdə Rusiya mətbuatında çap olunan çoxsaylı əsərlərin müəllifləri də belə bir faktı birmənalı şəkildə etiraf edirlər ki, əgər SSRİ-nin başında Heydər Əliyev kimi bir adam olsaydı, o dövlət yəqin ki, dağılmayacaqdı. Rusiya Federasiyasının Prezidenti V.Putin onun dəfn mərasimində belə bir ifadə işlətmişdi ki, Heydər Əliyev "siyasi qayadır". Bu təsadüfi deyil. Çünki keçmiş tariximizə nəzər salsaq, Atropat kimi sərkərdəmiz İsgəndər kimi bir dünya hökmdarını özünə dost edib. Babək kimi bir sərkərdə ərəb xilafətini qarşısında diz çökdürdü. 13 yaşında olan Şah İsmayıl bir dövlətin əsasını qoyub. Bunlar Azərbaycan xalqının yetişdirdiyi dühalardır. Nəhayət, bu torpağın XX əsrin II yarısında belə bir şəxsi dünyaya bəxş etməsi də təsadüfi deyil. O, dünyaya xüsusi missiya ilə gəlmişdi və bu missiyanı şərəflə yerinə yetirib. Vaxtilə Şah İsmayıl Xətai deyib: "Mən sizə üç şeyi vəsiyyət edirəm. Birincisi, möhtəşəm Azərbaycan dilimizi, ikincisi, vətənim Azərbaycanı, bir də bu torpağı qorumaq üçün qeyrət deyilən anlayışı qoruyub yaşadın". Heydər Əliyev bunu bacardı. Azərbaycanı qorudu, xilas etdi. O, Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etdi. Qurtuluş Günü mənim üçün vətənimin - Azərbaycanın xilası deməkdir".
Əlbəttə, Qurtuluş Günü minlərlə azərbaycanlının həyatında böyük rol oynadı. Müstəqil Azərbaycanın başının üstünü qara buludlar alanda, ölkəmiz dağılmaq təhlükəsinin bir addımlığında olanda Heydər Əliyev xalqımıza, dövlətimizə arxa-dayaq durdu. Xalqın etimadını yüksək səviyyədə doğruldan və bütün həyatını dövlət quruculuğuna həsr edən Heydər Əliyev Azərbaycan dövlətinə, Azərbaycan xalqına böyük töhfələr bəxş edib. Heydər Əliyev Azərbaycanı sevirdi, qoruyurdu, müdafiə edirdi, təəssübünü çəkirdi. 15 iyun - Milli Qurtuluş Gününü xalqımıza bəxş edən Heydər Əliyev xalq arasında böyük nüfuz qazanmışdı. Onun hər addımı xalq tərəfindən təqdir edilir, ona ümid yeri kimi baxılırdı. Bu gün də ziyalılar, tarixçilər, ictimai-siyasi xadimlər qeyd edir ki, Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, indi nə Azərbaycan vardı, nə də Azərbaycan xalqı. Haqlıdırlar. İş burasındadır ki, Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycanın parçalanmağını istəmirdi, onlar bu səbəbdən də Heydər Əliyevi özlərinə xilaskar seçdilər. Heydər Əliyev də Azərbaycanı qorudu. Ölkəmizdə yaşayan bütün xalqlar Heydər Əliyevin qayğı və diqqəti sayəsində öz mədəniyyətini, musiqisini, milli və dini dəyərlərini qoruya bilirdi. Bu gün də o ənənə davam etdirilir və Heydər Əliyev irsi geniş şəkildə təbliğ edilir. Azərbaycançılıq ideyasının ayrılmaz hissəsi olan bu təbliğat böyük bəhrə verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ