Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dünya azərbaycanlılarını birləşdirən ideologiyanın təcəssümü - qurultay...
Tarix: 08.06.2016 / 01:58
Bölmə: Layihə
Dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi respublikamızda dövlət siyasəti olaraq həyata keçirilir. Yer üzündə yaşayan azərbaycanlıların milli məfkurəyə sadiqliyi vacib məsələdir. Dünyanın harasında yaşamasından, işləməsindən asılı olmayaraq, hər birimizin əsas məqsədi Azərbaycan dövlətinə, dövlətçiliyimizə, azərbaycançılığa xidmət olmalıdır. Azərbaycan Respublikası dünya azərbaycanlılarının vətənidir, bura onların isti ana qucağıdır.
Bilirik ki, 2001-ci ildən başlayaraq ənənəvi olaraq Bakıda dünya azərbaycanlılarının qurultayları keçirilir. İyun ayının 3 və 4-də Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayı bir neçə gündür başa çatıb. Ancaq qurultayın yaratdığı təəssürat hələ də müzakirə edilir. Toplantıda səsləndirilən fikirlər, rəy və qənaətlər hamısı Azərbaycanın dövlət maraqları, azərbaycançılıqla sıx bağlıdır. Ekspertlər vurğulayır ki, Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi, ümumiyyətlə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir araya gəlməsi gənclərin tərbiyəsinə müsbət təsir edir.
Qeyd edək ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyevin mətbuatda gedən fikirlərinə görə, bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilən internetdən daha səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-birilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər. Əlbəttə, N.Əliyev bu fikirləri irəli sürərkən gənclərin internetdən Azərbaycan, azərbaycançılıq naminə istifadə etməli olduğunu önə çəkir. Təbii, hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başa çatmayıb, düşmən məkrli siyasət yürütməkdədir. Bu baxımdan, gənclərimiz, xüsusən də xaricdə təhsil alan, işləyən, ictimai həyatda öz sözünü deməyi bacaran gənclər erməni məkrinə qarşı barışmaz mübarizə aparmalıdır. Xaricdə yaşayan soydaşlarımız bu işdə daha çox maraqlı olmalıdır.
Qeyd edək ki, qurultayın panellərindən birində çıxış edən Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdır. Lobbiçilikdən danışan İ.Axundov bildirib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu əlaqəli fəaliyyət göstərir.
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev isə bildirib ki, ölkə başçısının qurultaydakı çıxışının əhəmiyyəti böyükdür: "Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər kəs bu işdə əlindən gələn köməyi əsirgəməsin".
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq sosial şəbəkələrdə gənclərin aktiv olmasının zəruriliyini bildirib. Qeyd olunub ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib. Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə, ölkəmiz haqqında reallıqların daha geniş arealda yayılmasında fəallıq göstərməlidir.
Norveç Azərbaycanlı Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev xarici ölkədə yaşayan həmvətənlərimizin həmin ölkələrin icraedici və qanunverici orqanlarında təmsil olunmasının zəruriliyini vurğulayıb.
Ukraynada azərbaycanlı gənclərin fəallığından danışan Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva isə xalqlar arasında münasibətlərin bu işdə önəmindən bəhs edib.
Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev isə deyib ki, diaspor fəaliyyətimizin önəmli aspektlərindən biri Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə dolğun çatdırılmasından ibarətdir.
Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Məmmədzadə qeyd edib ki, həmvətənlərimiz yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmalı, hər bir kəs yaşadığı ölkənin dilini, mədəniyyətini daha yaxşı bilməlidir.
Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğan qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı daha da artırılmalıdır: "Corc Vaşinqton Universitetində onların sayı nə qədər çox olarsa, bu, ölkənizin uğurudur. Ona görə də azərbaycanlı gəncləri universitetimizdə görməkdən şad olaram".
AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkandan fəaliyyətini əlaqələndirməyin əhəmiyyətindən danışıb. O, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resurslarının yetərli olmadığını, dünya azərbaycanlılarının da bu işə öz töhfəsini verməli olduğunu qeyd edib.
Qeyd edək ki, qurultayın panellərindən birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tədqiqatçı, "Türküstan və Cənubi Qafqaz: daşnaklar Fərqanədən Qarabağadək" kitabının müəllifi Şuxrat Salamov çıxış edərək Azərbaycan və özbək xalqlarının ortaq tarixi və mədəniyyətindən söhbət açıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov informasiya məkanında xarici KİV-lərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, xarici KİV-lərin böyük əksəriyyətinin biznes strukturu olması nəzərə alınmalıdır. Bu baxımdan müvafiq istiqamətdə fondun təşkili, eləcə də KİV-lərlə bağlı koordinasiya mərkəzinin yaradılması və bu işə peşəkar jurnalistlərin cəlb edilməsi faydalı olar.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mahir Həmzəyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında başqa xalqların da təcrübəsindən bəhrələnməyi təklif edib. Qeyd edib ki, 2006-cı ildə Litvada Qarabağ hadisələrini işıqlandıran litvalı jurnalistlər qrupu yaradılıb. Qrup informasiyanın təqdimatında müxtəlif janrlardan istifadə edir, Avropa düşüncə tərzinə uyğun materiallar hazırlayır. Lakin ümumilikdə hələ görüləsi işlər çoxdur, xüsusilə sosial şəbəkələrdə fəallıq artırılmalıdır.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov məruzəsində informasiya platforması yaratmağın zəruriliyini vurğulayıb.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür beynəlxalq təşkilatların nizamnamə və digər sənədlərində xalqların hüququna dair müddəaların real hadisələrə tətbiqində ikili standartların olduğundan söz açıb.
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının İsrail üzrə rəsmi əlaqələndiricisi Arye Qut isə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini qeyd edib və bu əlaqələrin davam etməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Hyuston Mərkəzi, Hyuston Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova xaricdə yaşayan azərbaycanlıların üzərinə ölkəni təmsil etmək baxımından böyük məsuliyyət düşdüyünü söyləyib və rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb.
Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin üzvü, "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka) türk diasporu ilə birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıb, türk diasporu cəmiyyətinin gücündən istifadə etməyin vacibliyini vurğulayıb.
Bildirək ki, bir neçə gün əvvəl Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.
Qeyd edək ki, iclasda qurultayın sənədləri qəbul edilib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyən edilib. Prezident İlham Əliyev Əlaqələndirmə Şurasının rəhbəri seçilib.
Onu da vurğulayaq ki, həmçinin, Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə qurultayın təşkilinə göstərdiyi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Müraciətdə bildirilib ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Müraciətdə Azərbaycanın regionun lider dövlətinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanla bağlı antitəbliğat kampaniyalarının qarşısının alınmasında "hücum taktikası"na keçən diaspor təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir.
Müraciətdə daha sonra bildirilib ki, hər il Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana çevrildiyini bariz göstərir.
Qurultay nümayəndələri bəyan ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səy və təşəbbüslərini birmənalı şəkildə dəstəkləyirlər.
Daha sonra müraciətdə qeyd olunur: "Cənab Prezident, Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, milli-mədəni irsimizin yaşadılması və təbliği, həmçinin, doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik".
Bu qurultayın keçirilməsini yüksək qiymətləndirən və onun əhəmiyyətini önə çəkən professor Arif Quliyev qeyd edib ki, Azərbaycanın milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığının qorunub saxlanması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir: "Buna görə də bu sahədə Azərbaycan dövləti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. İnanıram ki, Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında mühüm rol oynayacaq".
"AzərTAc"ın məlumatına görə, Arif Quliyev deyib ki, diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn prosesdə daha fəal iştirakını təmin etməkdir. Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərəcək.
"Dünya Azərbaycanlılarının IV Qurultayı həm xalqımızın, həm də bütün dünya azərbaycanlılarının yaddaşında mühüm tarixi hadisə kimi qalacaq" - bu sözləri isə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev qurultayın nəticələri haqqında danışarkən deyib: "Sözügedən tədbirin keçirilməsi bütün dünya azərbaycanlılarının ölkəmizin ətrafında birləşdirilməsində növbəti mühüm addım oldu. Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən qurultayda çıxışı ölkəmizin bütün dünyadakı diasporları üçün fəaliyyət proqramı idi. Dövlət başçısının tədbirdə səsləndirdiyi fikirlər, verdiyi mesajlar, etdiyi tövsiyələr, dünya azərbaycanlılarını sıx birləşdirməklə yanaşı, onlar arasında inteqrasiyanı möhkəmləndirəcək, eyni zamanda ölkəmizə daha sədaqət və cəsarətlə xidmət etməyə dəvət edəcək. Ölkə rəhbəri bildirdi ki, dünya azərbaycanlıları yaşadıqları ölkənin ictimai-siyasi, sosial, eləcə də media həyatında daha fəal olmalı, həmin ölkələrin parlamentində, hökumətində, bələdiyyələrində təmsil olunmalıdırlar. Bu çox vacib mesajdır və hesab edirəm ki, Azərbaycan Prezidentinin bu fikirləri ölkəmizin bir çox ölkələrdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq. Ölkə başçısı qurultayda çıxışı zamanı daha bir məqama toxunaraq digər ölkələrdə yaşayan azərbaycanlıların bir mərkəz ətrafında birləşməsinin zəif olması, bəzən onlar arasında müəyyən konfliktlərin, qeyri-səmimi münasibətlərin olması ilə bağlı fikirlərini bildirdi. Təbii ki, səbəbindən asılı olmayaraq, bu problemlər aradan qaldırılmalıdır. Bunun yeganə yolu Azərbaycanın səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləmək, həmçinin, Azərbaycan hökuməti tərəfindən verilən tapşırıqları qeyd-şərtsiz yerinə yetirməkdən ibarətdir".
Azərbaycan dövlətinin müasir tarixində önəmli rolu olan Dünya Azərbaycanlılarının Qurultayı böyük mahiyyət daşıyır. Ənənəvi qaydada keçirilən qurultaydan xaricdə yaşayan, lobbiçilik fəaliyyəti ilə məşğul olan insanlar, təşkilat rəhbərləri böyük fayda götürdü desək yanılmarıq. Ölkə başçısının tövsiyələri, dünya azərbaycanlılarına ismarıcları, məzmunlu çıxışı yaddaqalan nəticələr verəcək. Azərbaycançılıq, Azərbaycan naminə dünya azərbaycanlıları bu dəfə də bir oldu, həmrəylik ifadə etdilər. Azərbaycançılıq ruhunda işlər görən diaspor təmsilçilərimizin gələcəkdə də bu sahədə uğurlar əldə edəcəyinə ümid bəsləyirik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ