şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Multikulturalizm, sivilizasiyalararası dialoqun möhkəmlənməsinə rəvac verən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu - Azərbaycan təcrübəsi...
Tarix: 27.04.2016 / 01:32
Bölmə: Layihə
Bütün dünyaya sülh, əminamanlıq, barış mesajları ünvanlayan Azərbaycan tolerant, multikultural bir ölkə kimi dünyada tanınır, qəbul olunur. Ölkəmizdə davamlı olaraq sülh, barış, humanizm, mədəniyyətlərarası dialoq tədbirləri keçirilir. Bəllidir ki, bu tədbirlərin hər biri də dünya üçün böyük əhəmiyyət daşıyır və faydalı olur. Məlum olduğu kimi, aprel ayının 25-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.
Aprelin 27-də başa çatacaq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərir. Bu forumun keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu forumda Azərbaycanın, onun dövlət siyasətinin, sahib olduğu mədəniyyətin, inkişaf etmiş iqtisadiyyatının, eləcə də ölkəmizin turizm potensialının, ümdəsi isə Qarabağ həqiqətinin dünyaya çatdırılması üçün əlverişli şərait yaranıb. Sülhün, barışın, əminamanlığın carçısı, tərənnümçüsü, tərəfdarı olan Azərbaycan dövləti Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna böyük önəm verir. Dünyanın diqqəti həmin tarixdə bir daha məmləkətimizə, onun həqiqətlərinə yönəlib. Dünyanın müxtəlif ölkələrindən gələn yüksək vəzifəli insanlar, dövlət başçıları, beynəlxalq qurumların nümayəndələri Azərbaycanda olarkən müşahidə etdilər ki, Cənubi Qafqazda bütün xalqlar, respublikalar, dinlərin nümayəndələri sülh, barış içində yaşayır, regionda olduqca zəngin, çoxmillətli, çoxdinli bir palitra formalaşıb, o palitraya xələl gətirən ancaq ermənilərdir. Bölgədə sülhün pozulmasında xüsusi rol oynayan ermənilərin Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğal etməsi acı reallıq kimi hər kəsi narahat etməlidir. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bölgənin ritmi pozulub desək yanılmarıq.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib və bu sahədə silsilə tədbirlər keçirilir. Onu da vurğulayaq ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da multikulturalizm ilinə çox böyük töhfədir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanan Sazişin təsdiq edilməsi haqqında imzaladığı sərəncam bu sahəyə göstərilən diqqətin nümunəsidir.
Qeyd edək ki, aprelin 25-də açılışı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredovun, Bruney-Darüssalam dövlətinin xarici işlər naziri Jok Seng Limin, Mərakeşin dini yardım və islam işləri naziri Əhməd Toufiqin, Birləşmiş Ərəb Əmirliyinin tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassiminin və xarici işlər naziri Jasem Əl-Əlinin, İsveçin təhsil naziri Gustav Fridolinin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr Şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynaynın, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesayın, habelə digər ölkələrin hökumət və dövlət nümayəndələrinin iştirak etdiyi bildirilir.
"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb. Məlumatlara görə, forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə edilir. Forum, regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edib. Forumda, həmçinin, ümumiləşmə və nifrətin aradan qaldırılması, əks təsir yolu ilə sosial inteqrasiyanın artımında KİV-in məsuliyyəti və imkanları müzakirə olunur.
Onu da bildirək ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakıda Gənclər Forumu keçirilib. Forumda dünyanın 110 ölkəsindən təxminən 150 gənc lider iştirak edib. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə olduqca aktual fikirlər səsləndirilib.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsini alqışlayanlar az deyil. Millət vəkili Elman Nəsirov yerli mətbuata deyib ki, tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil: "BMT bu tədbirin Bakıda keçirilməsini məsləhət bilib və bu təklifi Azərbaycan Prezidenti İlham Əliyev müsbət qiymətləndirib. Bakıda keçirilən Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrıseçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. BMT belə bir önəmli tədbirin Azərbaycanda keçirilməsini istəyib. Çünki Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərir. Təbii ki, bu da BMT-nin diqqətindən yayınmayıb. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan edib ki, Azərbaycanda multikulturalizm əsrlərlə formalaşmış bir adət-ənənədir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, ictimai sifarişdir, gələcəyimizin zəmanətçisidir. Buna görə də BMT forumun Azərbaycanda keçirilməsində maraqlıdır və bu, təşkilatın seçimidir".
Məlum olduğu kimi, milli, dini, mədəni müxtəlifliyin ünvanı olan Azərbaycan dünyada multikulturalizm, tolerantlıq mərkəzi kimi tanınır. Bu gün Azərbaycanda heç bir millətin nümayəndəsi, sağlam dinlərin təmsilçisi problemlə üzləşmir.
Onların fəaliyyəti, təhsili, təmsil etdikləri mədəniyyət tanınır və bunun üçün onlara böyük şərait yaradılıb. Ölkəmiz beynəlxalq aləmdə multikulturalizm modelinə sahib bir dövlət kimi tanınır və təqdir edilir. Bilirik ki, multikulturalizmi bir dəyər sisteminə çevirən dövlətimiz ölkəmizdə yaşayan bütün xalqlara, toplumlara eyni gözlə baxır. Məlum olduğu kimi, Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edir və bundan qürur duyurlar. Dünya üçün böyük əhəmiyyət daşıyan forum paytaxtımızda yüksək səviyyədə keçirilir. Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsindən dünya dövlətləri nəticələr çıxaracaq. Çünki dünyanın bir sıra ölkəsindən multikulturalizm məkanı Azərbaycana qonaqlar gəlib və ölkəmizdəki əminamanlığı, sülhü, millətlərin harmoniyasını duyurlar. Azərbaycan dünya üçün tolerantlıq, multikulturalizm evidir və bu evin sakinləri dostluq, qardaşlıq ovqatında yaşayır.
BMT Sivilizasiyalar Alyansının müxtəlif sivilizasiyaları təbliğ edən zəngin proqramı təşkil edilib. Aprelin 25-də müzakirə edilən problemlərdən biri qaçqın böhranı ilə bağlı olub. Uzun illərdir qaçqın böhranı ilə üzləşən Azərbaycana bu dərd tanışdır. Erməni fitnəsi sayəsində böyük sayda yurddaşımız öz dədə-baba ocaqlarından didərgin düşüb. "Qaçqın böhranı inkişaf etmiş ölkələrin strukturunda problem yaradıb və iqtisadi resurs çatışmazlığına səbəb olub"-bu fikir BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu çərçivəsində keçirilən biznes simpoziumda "Qaçqın böhranının həlli üçün özəl sektorun cəlb edilməsi" mövzusunda əməkdaşlıq toplantısında səsləndirilib.
Toplantıda "Educom" şirkəti idarə heyətinin üzvü Holger Heyms, "Embawood" ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov və Qlobal Saziş Şəbəkəsinin Braziliya üzrə əməkdaşı Vanessa Kelano Tarantini qaçqın böhranı ilə bağlı müzakirələr aparıblar.
Toplantıya moderatorluq edən V.Tarantini bildirib ki, II Dünya Müharibəsindən bu günə qədər 60 milyon insan öz torpaqlarından didərgin düşüb. Qlobal qaçqın böhranı Avropa, Mərkəzi Asiya və Afrikada bir sıra problemlər yaradıb. Həmçinin qaçqın böhranı səbəbindən insanların bir yerdən başqa yerə köçməsi inkişaf etmiş ölkələrin strukturunda problem yaradıb və resurs çatışmazlığına səbəb olub. Hökumətlər, beynəlxalq qurumlar, vətəndaş cəmiyyətləri və donor təşkilatlar yaranmış qaçqın böhranının həlli ilə bağlı yeni yollar tapmaq və resurs çatışmazlığını aradan qaldırmaq üçün ciddi addımlar atmağa başlayıb.
V.Tarantini qeyd edib ki, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da bu işə böyük töhfələr verəcək, özəl sektorun cəlb edilməsinə imkan yaradacaq. "Embawood" ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticəsində ölkəmizin qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz yurdundan zor gücünə qovularaq qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsinin dövlət siyasətinin dialoq və sülhə əsaslandığını sübut etdiyini bildirən R.Alməmmədov deyib: "Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu işə xarici investorlar da cəlb edilir və sərmayələr qanunla qorunur. Buna görə də Azərbaycan dünyada baş verən iqtisadi böhrandan ən az əziyyət çəkən ölkələrdəndir. İqtisadiyyatın uğurla inkişafı, yeni texnologiyaların tətbiqi və qeyri-neft sektoruna yetirilən diqqət inkişafımızın strukturunu möhkəmləndirir. Bu siyasət qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini də asanlaşdırır.
Yaranmış qaçqın böhranının daha düzgün idarə edilməsi üçün bütün təşkilatların və qurumların birgə fəaliyyət göstərməsinin önəmini vurğulayan "Educom" şirkətinin idarə heyətinin üzvü Holger Heyms onların biznes əməliyyatlarını, yeni biznes modellərini, investisiyaları, innovasiyaları və texnologiyaları bir araya gətirərək tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb.
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu davam edir. Forumun rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. AZƏRTAC xəbər verir ki, aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
Tədbirdə, həmçinin, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edib.
BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti nümayiş etdirilib, forumda İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, "beyin mərkəzləri"nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.
Bakıda keçirilən Forumun əhəmiyyəti haqqında kifayət qədər müsbət rəylər var. Multikulturalizm məkanı olan Azərbaycanda belə bir tədbirin baş tutması göstərir ki, bizim ölkə sülh və barış içində yaşamaq niyyətindədir və bu istiqamətdə mesajları beynəlxalq aləmə çatdırır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 07:02
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ