şənbə günü, 21 noyabr 2026
     

Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalı və multikulturalizm...

Image



Musiqi mədəniyyətimiz xalqımızın zəngin sərvətləri sırasında xüsusi yer tutur. Multikulturalizm və tolerantlıq məkanı olan Azərbaycan bu və digər cəhətləri ilə dünyada tanınır. Bilirik ki, son illər davamlı olaraq ölkəmizdə bir sıra beynəlxalq musiqi festivalı keçirilir. Bu festivalların adları kimi məzmun və mahiyyəti də fərqlidir. Son illər Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə müxtəlif festivallar keçirilir.
Onlardan biri də "İpək yolu" Beynəlxalq Musiqi Festivalıdır ki, artıq ənənəvi xarakter alıb. Geniş miqyası əhatə edən festival Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilir. İttifaqın saytında vurğulanır ki, musiqi ictimaiyyətinin maraqlarına cavab verən bir sıra beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və təşkilatçısıdır ki, onlardan da ən önəmlisi son iki-üç ildə reallaşan "İpək yolu" Beynəlxalq Musiqi Festivalıdır. İttifaqın saytında qeyd edilir ki, bu festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi "İpək yolu"nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqları arasında musiqi vasitəsilə dialoq quraraq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Festivalın özəlliyi ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı konsertlər əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlərin və tarixiliyin qovuşması musiqiyə yeni səslənmə aşılayaraq, onun bəşəri mənasının daha dərindən dərk olunmasına yol açır. Bu festivalda yaxın və uzaq xarici ölkələrdən bir çox qonaqlar və musiqiçilər iştirak edir.
Onu da vurğulayaq ki, "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə Şəkidə, II festival 2011-ci ildə Bakıda, III festival yenidən Şəkidə böyük müvəffəqiyyətlə baş tutub. Qeyd edək ki, ittifaq bu festivalı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirir. Bu festivalın maraqlı cəhətlərindən biri odur ki, burada xaricdən gələn qonaqlarla birgə yerli musiqiçilər də, o cümlədən Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri də təmsil olunur.
2011-ci il iyunun 28-dən iyulun 1-dək davam edən "İpək Yolu" II Beynəlxalq Musiqi Festivalı həm janr, həm də üslub baxımından çox geniş və rəngarəng bir sənət aləmini əks etdirdi: Avropa və Azərbaycan klassik musiqisi, romantizm və avanqard, muğam və "Etno-caz", orta əsrlərin folklor musiqisi və poeziya, teatr və rəssamlıq... İncəsənətin müxtəlif növlərinin - musiqi, teatr, poeziya, rəsm əsərlərinin bir araya gətirilərək parlaq çalarlarla nümayiş etdirilməsi, bir-birindən fərqli məkanlarda - şəhərimizin musiqi salonlarında və muzeylərində, qədim tarixi-memarlıq abidələrində və teatrlarında baş tutan konsertlərin, tamaşaların və yeni multimediya layihələrinin təqdimatı böyük bir sənət bayramı əhval-ruhiyyəsi yaratdı.
Festivalın bədii rəhbəri - UNESCO-nun "Dünya artisti", Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu musiqi festivalının böyük əhəmiyyətə malik olduğunu dəfələrlə qeyd edib. III Beynəlxalq Musiqi Festifalı da yaddaqalan oldu. 2012-ci ildə Şəkidə keçirilən festival Azərbaycanın ən zəngin memarlıq abidələrindən biri - Şəki Xan Sarayının 250 illiyi ilə üst-üstə düşüb. Qeyd edək ki, "İpək yolu" Beynəlxalq Musiqi Festivalına Norveç, Koreya, Türkiyə, İran, Ukrayna, Yaponiya, Polşa və başqa ölkələr iştirak edir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "İpək yolu" Beynəlxalq Musiqi Festivalı haqqında çıxışında bildirirdi: "...Sevindiricidir ki, Azərbaycanın dilbər və səfalı guşələrindən biri olan Şəkidə ənənəyə çevrilmiş yay festivalı, Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən dəvət olunmuş tanınmış musiqiçi və kollektivlərin görüş məkanına çevrilib. Bu musiqi bayramı milli-mənəvi dəyərlər, incəsənət və musiqimizin təbliğində xüsusi yer tutur".
Onu da qeyd edək ki, Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının repertuarına ölkəmizdə yaşayan azsaylı xalqların milli musiqi, folklor və rəqs nümunələri daxil edilib. Bu da təsadüfi deyil. Çoxmillətli ölkəmizdə, azərbaycanlılarla yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər, avarlar, saxurlar, udinlər, yəhudilər, tatarlar və digər milli və etnik azlıqlar əsrlər boyu mehriban dostluq və qardaşlıq şəraitində yaşayıb. Ölkəmizdə müxtəlif dinlərə sitayiş edən 30-dan artıq xalq və etnos tarixən uzunmüddətli birgəyaşayış şəraitində özünəməxsus mədəni və folklor ənənələrini qoruyub saxlamışlar. Azsaylı xalqların əlvan musiqi folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratması, öz mədəni irsini qoruyub inkişaf etdirməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin mövcud olduğunun bariz sübutudur.
Məlumatlara görə, festivala Azərbaycanda yaşayan kürdlərin "Shero" musiqi qrupu da qatılıb. Bildirilənə görə, 2008-ci ildə yaranan bu qrup ölkəmizdə keçirilən folklor bayramlarında fəal iştirak edir. Azsaylı xalqlardan olan tatların "Xınayaxdı" folklor kollektivinin çıxışı da festival tamaşaçıları tərəfindən hər zaman böyük maraqla qarşılanıb. Şabran rayonunun Dağbilici kənd mədəniyyət evi nəzdində fəaliyyət göstərən kollektivin repertuarını əsasən el mərasimləri, xalq və əmək mahnıları təşkil edir.
Ölkəmizdə yaşayan tatarların Bakıda fəaliyyət göstərən "Tuqan tel" mədəniyyət mərkəzinin ansamblının çıxışı tamaşaçıların ürəyincə olub. 1996-cı ildə yaradılan bu ansambl Azərbaycanda və Rusiyada keçirilən bir sıra tədbirlərdə, görkəmli tatar şairlərinin xatirə gecələrində iştirak edib, diplom və mükafatlara layiq görülüb. Kollektivin repertuarını tatar mahnı və rəqsləri, el mərasimlərindən səhnələr təşkil edir.
Festival tamaşaçıları ayrı-ayrı vaxtlarda Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışını da alqışlarla qarşılayıb. Kollektivin bədii rəhbəri Xəyyam Kələntərlidir. Kollektiv konsertdə "Moskovskaya kadril" və "Russkaya plyasovaya" rəqslərini ifa edib.
"Suvar" ləzgi mahnı və rəqs ansamblı da maraqla qarşılanıb hər zaman. 1996-cı ildə Bakıda yaradılan bu ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksək səviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2009-cu ildə "Xalq kollektivi" fəxri adına layiq görülüb. Azərbaycanda yaşayan ahısqa türklərinin rəqs ansamblı da festivala qatılır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov mətbuata bildirib ki, Azərbaycan İpək Yolunun üzərində yerləşdiyinə görə bu coğrafiyada müxtəlif dövrlərdə böyük sivilizasiyalar bir-birilə qarşılıqlı əlaqədə olub: "Azərbaycanda ta qədimlərdən bəri bir-birilə qaynayıb qarışan müxtəlif xalqlar, onların daşıdığı və tapındığı dəyərlərin gəlişdirdiyi mədəniyyətlər ölkəmizdə uzun əsrlərin sınağından çıxmış multikultural mühit formalaşdırıb. Bu mühitin inkişafında, əlbəttə, xarici təmaslar da böyük rol oynayıb. Maraqlıdır ki, multikulturalizm mühitinin özü bu mühiti tarixən formalaşdırmış xalqların, etnik qrupların folkloruna təsirsiz qalmayıb. İndi ayrı-ayrı xalqların folklor nümunələrində də multikulturalizm ideyalarının qədim izlərinə rast gəlmək mümkündür. Belə ideyalar zaman keçdikcə etnik müxtəliflik iştirakçıları olan qrupların multikulturalizm üzərində köklənən ənənələrinin yaranmasına və bu ənənələrin inkişafına da səbəb olur. Bu mənada müxtəlif xalqlara və etnik qruplara məxsus folklor ənənələri Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq və multikulturalizm ideyalarına da işıq tutur.
Təsadüfi deyil ki, İpək Yolunun üzərində yerləşən Şəki şəhərində eyni adda Beynəlxalq Musiqi festivalı keçmişlə gələcəyi, başqa bir ifadə ilə, ənənə ilə müasirliyi bir-birinə qovuşduran bir mədəniyyət tədbiri oldu. Festivalın keçirildiyi yer-İpək Yolu üzərindəki tolerantlıq məkanı kimi karvansaray da bu mənada rəmzi səciyyə daşıyırdı.
Məşhur mütəfəkkir İbn Xəldun keçmişlə gələcəyi müqayisə edərkən deyir ki, bu ikisinin bir-birinə oxşarlığı suyun suya bənzəməsindən daha artıq dərəcədədir. Keçmişlə gələcəyin müqayisəsinin metafizik baxımdan bu cür təqdimatı Şəkidəki festivalın məzmun və mahiyyətini anlamaq üçün "intellektual açar" rolunu oynaya bilər. Məzh bu festival çərçivəsində Azərbaycan multikulturalizmi və müxtəlif xalqların folklor nümunələri keçmişlə indinin və gələcəyin funksional bağlarını vəhdət şəklində bizlərə təqdim etdi.
Müasir dünyada multikulturalizmin və tolerantlığın ciddi zərbələr aldığı bir məqamda belə bir festivalın keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycanda yaşayan müxtəlif xalqlar və etnik qrupların bu tədbirdə iştirakının təmin edilməsi dövlət əhəmiyyətli işlərdən biri kimi qəbul olunmalıdır. Bu festival bir daha Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm münasibətlərini "folklor dili" ilə dünyaya çatdırdı. Məhz belə tədbirlər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdullayevin təbirincə Azərbaycanın multikultural təhlükəsizliyi üçün böyük töhfələr verir".
R.İlyasov vurğulayıb ki, müasir elm fəlsəfəsində tədqiqat obyektləri intersubyektiv, yəni subyektlərarası məzmun və mahiyyət daşıyır. Onun yazdığına görə, bu mənada humanitar sahəyə aid folklor nümunələri də məşhur alman filosofu H. Qadamerin ifadəsi ilə, "üfiqlərin qovuşması"(fusion of horizons) sahəsinə daxildir: "Belə ki, müxtəlif anlayış və zehniyyətlərə məxsus insanlar kimi, folklor nümunələri də bu dünyada bir-birini qarşılıqlı şəkildə anlayaraq var olur. "Üfiqlərin qovuşması" prosesində yeni mənalar meydana gəlir. Bu baxımdan tarixi İpək Yolunun üzərində yerləşən Şəkidəki karvansarayda səsləndirilən folklor nümunələri bu səhnənin seyrçilərində duyğusallıq ovqatı yaratdı. "Birlik içində müxtəliflik" ideyasından qidalanan bu ovqatın isə ideoloji təməlində, nə gözəl ki, azərbaycançılıq məfkurəsi dayanır. Qürurverici idi ki, biz bunun əyani nümayişini də gördük: hər kəs festival konsertinin sonunda musiqi sədalarının altında Azərbaycan mahnısını oxuyurdu...Haqqında söhbət açdığım tədbir ölkəmizdə tarixən mövcud olan multikulturalizm ənənələrinə dövlət qayğısından da xəbər verir. Festivalda etnik müxtəliflik iştirakçıları olan folklor kollektivlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar sülh və barış içində yaşayaraq multikultural mühitin, ölkəmizin və cəmiyyətimizin inkişafı üçün öz töhfələrini verir.
Məhz bunu nəzərdə tutan cənab Prezident İlham Əliyevin "multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir" bəyanatı həqiqətən də ibrətamiz səslənir".
"İpək yolu" Festivalı əsasən Şəki şəhərində keçirildiyi üçün ona ənənəvi olaraq Şəki "İpək yolu" Festivalı adı verilib. Bu festival Azərbaycanın hansı məkanında keçirilməsinə baxmayaraq, mahiyyətcə dəyişmir və özündə müxtəlif xalqların mədəniyyətinin vəhdətini birləşdirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ