şənbə günü, 21 noyabr 2026
     

Yaradıcı təşkilatların fəaliyyətində azərbaycançılıq ideologiyasının ifadə motivləri...

Image


Azərbaycançılıq ideyası xalqımızın bağlı olduğu bir ideyadır. Azərbaycançılıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bildiyimiz kimi, azərbaycançılıq milli dövlətçilik ideologiyası kimi özündə bir neçə cəhəti, sistemi birləşdirir. Hər bir Azərbaycan vətəndaşı bunu anlayır və dərk edir. Azərbaycançılıq ancaq Azərbaycan Respublikasında yaşayanları əhatə etmir, xarici ölkələrdə yaşayan soydaşlarımız da bu vəhdətin ayrılmaz hissəsini təşkil edir.
Bu baxımdan da həm ölkəmizdə yaşayan bütün xalqlar, həm də xaricdə yaşayan soydaşlarımız bu ideyaya bağlıdır. Bu da məlumdur ki, respublikamızda fəaliyyət göstərən yaradıcı qurumlar da azərbaycançılığın təbliğində xüsusi rol oynayır. Ümumiyyətlə, bədii əsərin təsir gücü, mədəniyyətin təlqin prinsipləri çox üstündür. Yaradıcı təşkilatlar, burada cəmləşən insanlar dövlətçiliyə daha çox xidmət etməlidir. Çünki yaradıcılıq, sənət dövlətçilik sevgisinin təbliğində önəmli rola malikdir.
Bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən qurumlar və onların filialları fəaliyyət göstərir. Sirr deyil ki, istənilən xalqın milli ideologiyasının formalaşmasında əsas rolu siyasət adamları oynamır, burada mədəniyyət, söz adamlarının, ziyalıların müstəsna xidmətləri olur. Bəlkə də milli ideologiyanı elə ziyalılar, fikir adamları, filosoflar yaradır. Çünki bu daha çox mənəviyyatla, vicdanla, ruhla əlaqədar olan müqəddəs bir məfhumdur. Tarixdə azərbaycançılıq ideologiyasını yaradan, onu şüurlara yeridən, təbliğ edən şəxsiyyətlər az olmayıb. Bu istiqamətdə saysız-hesabsız məqalələr, fikirlər, kitablar nəşr olunub. Bu əsərlərin böyük əksəriyyəti xarici ölkələrdə mühacir həyatı yaşayan şair, yazıçı, tədqiqatçılar tərəfindən yazılıb. Mədəniyyət, ədəbiyyat, musiqi, təsviri incəsənət, elm sahəsində fəaliyyət göstərən sənət adamlarının böyük əksəriyyəti müxtəlif yaradıcı qurumlarda təmsil olunur.
Azərbaycanda populyar olan yaradıcı təşkilatların azərbaycançılıq ideologiyasına münasibəti zaman-zaman açıqlanıb. Onlar bu ideologiyanın formalaşmasında, təbliğində bir sıra işlər görür.
Bildirək ki, ölkənin ədəbiyyatşünas alimləri, yazıçıları öz yaradıcılığında bu vacib məsələyə yer ayırır. Elə yaradıcılıq qurumları da azərbaycançılıq ideologiyasına biganə yanaşmır. Onların bu barədə konkret fəaliyyəti o qədər nəzərə çarpmasa da, təşkilat təmsilçiləri çoxlu iş gördüklərini deyir.
Azərbaycan Yazıçılar Birliyi cəmiyyətdə ən çox tanınan yaradıcı qurumlardan biridir. Onu da vurğulayaq ki, bu təşkilatın fəaliyyəti hər zaman aktiv olub və Birlik rəhbərliyi, eləcə də Birlik üzvləri azərbaycançılıqla bağlı müxtəlif əsərlər yazıb, kitablar nəşr edib. Ədəbiyyatşünaslar qeyd edir ki, azərbaycançılıq ideologiyasının təbliği, bu hissin cəmiyyətə təlqin edilməsi AYB-nin fəaliyyətinə aiddir. Ədəbiyyatşünaslar vurğulayır ki, yazıçı və şairlər son illər bu sahədə bir sıra bədii və publisistik əsərlər yazıb. Məlumatlara görə, Yazıçılar Birliyinin elə bir tədbiri, yığıncağı yoxdur ki, orada azərbaycançılıq ideologiyasından söhbət açılmasın. AYB sədri, xalq yazıçısı Anarın bir neçə il əvvəl yazdığı "Azərbaycançılıq" adlı kitabı ölkədə əks-səda yaratdı. Anar müəllimin azərbaycançılıq ideologiyasının təbliğində rolu əvəzsizdir. Az qala yaradıcılığının böyük bir hissəsini bu sahəyə həsr edən Anar azərbaycançılıq ideologiyasının ədəbiyyatımızda oturuşmasında az iş görməyib. Böyük bir kitabı nəşr olunub. "Azərbaycançılıq" kitabında bu ideyanı bütün cəmiyyətə aşılamaq və anlatmaq fikri əsas götürülüb. Həm bu qurumun rəhbəri, həm sıravi yazarlar öz yaradıcılığında, çıxışında milli ideologiyamızın daha da mükəmməlləşdirilməsinə dair tövsiyələr verir. Bəzən mətbuatda, xüsusən də telekanallarda insanları yanıldan söz-söhbətlərə yol verilir. Bir qrup adam iddia edir ki, bizə azərbaycançılıq yox, türkçülük ideologiyasını formalaşdırmaq lazımdır. Guya ki, bunlar fərqli şeylərdir. Bu kökündən yanlışdır. Bəli, biz türkük, vətənimiz Azərbaycandır. Bizə azəri türkü deyirlər. Yəni azərbaycanlılığımızla türklüyümüz bir aradadır. Düşmənlərimiz gecə-gündüz təbliğ edirlər ki, azərbaycançılıq ideologiyasının geniş vüsət alması tarixən bizimlə birgə ölkəmizdə yaşayan qeyri-millətlərin nümayəndələrini əzməyə xidmət edir. Qətiyyən belə deyil. Azərbaycançılıq ideologiyasının bir dəyər, həyat tərzi, fəlsəfi dünyagörüşü kimi formalaşması həm də o etnik qrupların var olmasına, yaşamasına dəlalət edir. Azsaylı xalqlar da azərbaycançılığın bir parçasıdır, onlar da bu ideya ətrafında birləşib. Bütün Azərbaycan vətəndaşları vahid xalq kimi azərbaycançılıq ideologiyasından kənarda deyil. Onların hər biri bu ideologiyanın tərənnümünə çalışmalıdır. Azərbaycançılıq ideologiyasının, ideyasının, fəlsəfi fikrinin tarixi çox qədimdir, kökü dərindir. Amma onu bir ideologiya kimi mərhum prezident Heydər Əliyev gündəmə gətirərək təbliğ edib. Ondan sonra isə Azərbaycanın görkəmli övladları tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası bir mənəvi, ictimai-siyasi xətt kimi geniş şəkildə yayılmağa başlayıb.
Ədəbiyyatşünaslar vurğulayır ki, Azərbaycan yazarlarının bu ideya əsasında yazdığı əsər nəinki burada yaşayan, eləcə də müxtəlif xarici ölkələrin vətəndaşı olan soydaşlarımıza da müsbət təsir edir. Onların qeyd etdiyinə görə, qələm adamlarının yönü xarici məmləkətlərə düşən kimi onların ilk işi oradakı azərbaycanlıları bir araya gətirərək onlara Azərbaycan sevgisini, azərbaycançılıq ideyasını təbliğ etməkdir. Ədəbiyyatşünaslar bildirir ki, yazıçı və şairlər xarici səfərlərə gedəndə əsas işləri Azərbaycan sevgisini, yurd-torpaq məhəbbətini təbliğ etməkdən ibarət olur. Çalışırlar ki, soydaşlarımıza azərbaycançılıq ideologiyasını dərindən izah etsinlər. Onların Azərbaycan haqda müsbət fikri olmalıdır ki, digər xalqlara da Azərbaycanı sevdirə bilsinlər. Ədəbiyyatşünaslar deyir ki, hər bir azərbaycanlının vəzifəsi bu ideyaya, bu konsepsiyaya sadiq qalmaqdır. Hesab edirəm ki, yaxın gələcəkdə bu ideologiya özünün bütün tərəfləri, mahiyyətilə şüurlara, beyinlərə köçəcək. Yazıçılar Birliyi də bir yaradıcı təşkilat kimi bu ideyanın yüksəlməsi üçün çox işlər görür.
Azərbaycanın xalq yazıçılarının, eləcə də fəxri adı olmayan qələm adamlarının azərbaycançılıqla bağlı yazdıqları çox qiymətlidir. Anar, Elçin, Mövlud Süleymanlı, İsa Muğanna, Yusif Səmədoğlu, Seyran Səxavət və başqa yazıçıların əsərlərində azərbaycançılıq ideyası təbliğ edilir.
Yusif Səmədoğlunun yaradıcılığında azərbaycançılıq ideyasının üstünlük təşkil etdiyini deyən ədəbiyyatşünaslar vurğulayır ki, Y.Səmədoğlu həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb. Yazıçının 70 illik yubiley mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva belə deyib: "Yusif Səmədoğlunun fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda böyük maraq yaratmaqla bərabər, həm də ictimai fikri formalaşdırmağa xidmət edirdi. Onun özü demokratik düşüncə sahibi olduğundan, bütün yaradıcılığı da bu ruha köklənib və ondan qidalanıb". Ədəbiyyatşünaslar yazır ki, Y.Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə hər zaman seçilib. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür. Görkəmli yazıçı azad, müstəqil və mədəni həyat yolu keçib. Onda milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü idi. O, həyati mövzular yazaraq, zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan, hər dövr üçün aktuallığını qoruyub. Məlumdur ki, xalqın milli-fəlsəfi fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin yaşanmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan da Y.Səmədoğlunun əsərlərində milli ideyanın təlqin və təbliği mühüm əhəmiyyət kəsb edir. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilirdi. O öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirirdi. Ədəbiyyatşünaslar vurğulayır ki, Y.Səmədoğlu 1959-cu ildə "Yaddan çıxmış sözlər" novellasında, "Xəzri" hekayəsində cəsarətlə Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə alıb. "Türkmənçay - 1828-ci il" müqaviləsini yada salan yazıçı oxucularını bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırıb. Tədqiqatçılar yazır ki, torpaqlarımızın iki yerə parçalanması dərdi ilə Təbriz harayı qaldırıb. Bu haray azərbaycançılıq nidası, Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə çağırış idi. Y.Səmədoğlunu dərindən yaralayan faciələrdən biri də dəhşətli 20 Yanvar hadisəsi idi. Azərbaycanın başına gələn bəlaların nəticəsi olaraq 1990-cı ildə son nəfəsini yaşayan qırmızı imperiya sovet ordusunu Bakıya yeritdi və tarixdə görünməmiş qırğına yol açdı. Tədqiqatçılar deyir ki, I Pyotrdan başlanan antitürkçülük siyasəti torpaqlarımızın iyirmi faizinin işğalı ilə nəticələndi.
Yazıçının "Qətl günü" romanını təhlil edən tədqiqatçılar qeyd edir ki, bu əsər Y.Səmədoğlunun vətəndaşlıq qayəsinin, Vətən üçün yanan qəlbinin, azərbaycançılıq mövqeyinin bədii təcəssümüdür.
Azərbaycan nəsrinin çox görkəmli nümayəndələri olan yazıçılar azərbaycançılıq ideologiyasını öz sağlam məqsədinə çevirib və bu yöndə əsərlər yazır.
Azərbaycan kinematoqrafları azərbaycançılıq idelogiyasına müsbət yanaşır. Ümumiyyətlə, kino işçiləri Qarabağ müharibəsi ilə bağlı filmlər çəkib, təbliğat işi həyata keçirib. Kino işçiləri bu ideyanı hər zaman dəstəkləyib. Kinoşünaslar qeyd edir ki, xaricdə və ölkəmizdə keçirilən kino festivallarında bu barədə danışılır. Kinoşünaslar qeyd edir ki, düzdür, sırf azərbaycançılıq ideologiyasını tərənnüm edən bədii filmimiz yoxdur. Müəyyən filmlərdə bu xətt keçir. Amma bu mövzuda kifayət qədər sənədli film çəkilib. Bizim "Salnamə" və "Yaddaş" sənədli film studiyalarında ekranlaşdırılan filmlər sırasında bu ideyanı təbliğ edən filmlər var. Kino işçiləri də çalışır ki, öz sahəsində bununla bağlı söz desin. Sözsüz, hər bir Azərbaycan vətəndaşı bu ideologiyaya bağlı olmalıdır. Onun daha geniş yayılması üçün böyük işlər görülməlidir.
Azərbaycan Bəstəkarlar İttifaqından isə bildirdilər ki, hələ sovet dövründən bu yaradıcılıq qurumunda azərbaycançılıq ideologiyası müxtəlif vasitələrlə təbliğ edilib. Bu ideyanın ən böyük daşıyıcılarından biri dahi bəstəkar Üzeyir Hacıbəyov olub. İttifaqdan verilən məlumata görə, bu təşkilatın üzvü olan bəstəkarlar bu mövzuda yüzlərlə əsər bəstələyib.
Azərbaycan Rəssamlar İttifaqından isə verilən məlumata görə, bu sahədə işlər görülür. Qurumdan bildirdilər ki, hər bir rəssam Azərbaycan sevgisini tərənnüm edən əsərlər çəkir, xaricdə keçirilən təsviri incəsənət sərgilərində o əsərlərə üstünlük verilir.
Memarlar İttifaqından bildirdilər ki, ittifaq üzvləri azərbaycançılıq ideologiyasını əsasən öz yaradıcılığında yaşadır. Onlar çalışır ki, tikdikləri binalarda milli memarlıq ənənələrini yaşatsın. Sənətşünaslar vurğulayır ki, memarlarımıza həmişə tövsiyə edilir ki, tikdikləri binalarda Azərbaycanın milli memarlığının elementlərindən geniş şəkildə istifadə etsinlər. Sənətşünaslar qeyd edir ki, azərbaycançılıq ideologiyası milli memarlıqda öz uyğun həllini tapır. Sənətşünaslar deyir ki, Memarlar İttifaqı üzvlərinin çoxu azərbaycanlıdır. Onlar bildirir ki, burada yəhudi, rus xalqının da nümayəndələri fəaliyyət göstərir. Bu tərkibin əsl azərbaycançılığa uyğun gəldiyini deyən sənətşünaslar bildirir ki, bir yaradıcı təşkilat kimi Memarlar İttifaqı azərbaycançılıq ideologiyasına sadiqdir. Memarların dövlətimizin bu siyasətini həmişə dəstəklədiyini deyən ekspertlərin sözlərinə görə, qurum üzvlərinin hamısı bu ideologiyaya bağlıdır.
Ümumiyyətlə, Azərbaycanda yaradıcı qurumlar və yaradıcı şəxslər milli dövlətçilik ideologiyası olan azərbaycançılıq ideyasına bağlıdır və onun ətrafında sıx birləşib. Xalqımızın ruhunu, mənəviyyatını sənət əsərlərində canlandıran sənətkarlar bununla azərbaycançılıq ideyasını tərənnüm edirlər.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ