şənbə günü, 21 noyabr 2026
     

Hərbi vətənpərvərlik əsərlərinin azərbaycançılıq ideyasının təbliğində rolu...

Image


Müasir Azərbaycan gənclərinin vətənpərvərliyi haqqında ancaq müsbət fikirlər söyləmək olar. Azərbaycançılıq məfkurəsinə, ideyasına bağlı olan gənclərimizin Vətən sevgisi böyük örnəkdir. Gənclərimiz torpaqlarımızı sevir, qoruyur və onun uğrunda şəhid olmağı da bacarır. Onu da vurğulayaq ki, gənclərin azərbaycançılıq ruhunda tərbiyəsində vətənpərvərlik mahnılarının da rolu az deyil.
Sözsüz, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan bir çox məsələlər var ki, onların bu işdə birbaşa iştirakı olur. Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat hər gün davam etdirilməlidir. Gənclərin yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin yeri əvəzsizdir.
Ekspertlər deyir ki, Azərbaycan gənclərinin vətənpərvərlik aşılayan mahnılara, sənət əsərlərinə böyük ehtiyacı var. Bu sahədə əsərlər yaranır. Artıq televiziyalar da vətənpərvərlik mahnılarına yer verməyə başlayıb. Bu tendensiya alqışa layiqdir. Təqdim edilən mahnıların vətənpərvərliyin təbliğində xüsusi yeri var. Vətənpərvərlik əsərləri günü-gündən daha çox təbliğ olunmalı, onların arasından keyfiyyətli olanları telekanallarda, radiolarda hər gün təqdim edilməlidir. Bəllidir ki, müharibə şəraitində yaşayan bir ölkənin gəncləri vətənpərvərlik mahnılarında igidlərimizin şücaətini, rəşadətini görmək istəyir. Qarabağ müharibəsinin gedişində və atəşkəsin ilk illərində telekanallarda vətənpərvərlik mahnıları, gəncləri torpaqlarımızın müdafiəsinə çağıran, onları mənəvi-psixoloji cəhətdən savaşa hazırlayan mahnılara geniş yer ayrılırdı. Müəyyən fasilədən sonra yenidən bu mahnılar efirlərə gəlir. Bu mahnılar gənclərin dövlətə, torpağa, Vətənə bağlanmasına böyük təkan verir. Vətənpərvərlik mahnılarının təsirindən qanadlanan gənclər Vətənin müdafiəsi istiqamətində çox iş görə bilir.
Tədqiqatçılar qeyd edir ki, vətənpərvərlik gənclərin tərbiyəsində mühüm faktordur. Vətənpərvərlik mahnıları gəncləri yetişdirir, onları torpağın, Vətənin müdafiəsinə hazırlayır. Ekspertlər vurğulayır ki, sovet dönəmində hərbi vətənpərvərlik mövzusunda müxtəlif janrda, formada yetərincə ədəbiyyat nümunələri, bədii-sənədli filmlər, musiqi əsərləri yazılıb. İndi də o əsərləri oxuyanda, filmlərə baxanda, istər-istəməz, riqqətə gəlirsən. Məsələn, "Uzaq sahillərdə", "Bizim Cəbiş müəllim", "Onun böyük ürəyi", "Tütək səsi", "Sizi dünyalar qədər sevirəm" adlı Azərbaycan filmlərinə bu gün də maraqla baxılır. Üzləşdiyimiz ədalətsizliklər haqqında yaradıcı insanlar əsərlər yaradır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, böyüməsinə rəvac verən bədii filmlər çəkilir. Dövlətimiz bu sahəyə ciddi diqqət yetirir. Artıq bu sahədə saysız layihələr həyata keçirilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə vətənpərvərlik mövzusunda bir neçə müsabiqə keçirilib. Bunlardan biri "Hünər" Vətənpərvərlik Mahnıları Festivalıdır. "Hünər" Vətənpərvərlik Mahnıları Festivalı, "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnı müsabiqəsi bu qəbildən olan tədbirlərdəndir. Bu tədbirlərdə vətənpərvərlik ruhunun geniş təbliği həyata keçirilir.
Musiqişünaslar qeyd edir ki, bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda diqqətçəkən, maraqlı, dolğun, eləcə də müxtəlif həcmli, janrlı əsərlər yaradıb. Mərhum bəstəkar Vasif Adıgözəlov şair Teymur Elçinin sözlərinə 1989-cu ildə "Qarabağ şikəstəsi" oratoriyasını bəstələdi. Bu əsər həm Azərbaycanda, həm də qardaş Türkiyədə səsləndirilərək böyük rəğbətlə qarşılandı. Unudulmaz bəstəkar ömrünün sonunadək hərbi-vətənpərvərlik mövzusunda uğurlu əsərlər yaratdı. Məsələn, "Odlar yurdu", "Çanaqqala", "Qəm karvanı" oratoriyası, "Çəkin Qarabağdan qara əlləri", habelə solist, xor və simfonik orkestr üçün "Şuşam, laylay" mahnısı və nəhayət, sonda "Natəvan" operası. Hərbi-vətənpərvərlik mövzusunda bəstəkarlar həqiqətən müxtəlif janrlarda möhtəşəm əsərlər yaradıb. Sadəcə, onların adlarını çəkmək bəs edər ki, bu barədə müəyyən təsəvvür yaransın. Ramiz Mustafayevin "Salatın" oratoriyası, "Haqq səninlədir, Azərbaycan" kantatası, Tofiq Bakıxanovun yeddi saylı "Qarabağ harayı" simfoniyası, Aqşin Əlizadənin "Ana torpaq" odası, Eldar Mansurovun bu mövzuda xeyli sayda mahnısı, Ceyhun Allahverdiyevin müxtəlif simfoniyaları, Vasif Allahverdiyevin tar üçün "Qarabağ balladası", nəfəsli orkestr üçün "Türk marşı", xalq çalğı orkestri üçün "Cəngi sədası", Mobil Babayevin "Məmləkətim" kantatası, Elnara Dadaşovanın müxtəlif romans və mahnıları, Tahir Əkbərin "Azadlığa gedən yollar", "Azərbaycan" odaları, Rəşid Şəfəqin "Ana torpaq Qarabağ" vokal xor silsiləsi, Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Oqtay Kazımovun "Qarabağ lövhələri" simfonik svitası, Azər Rzayevin simfoniyaları, tar və simli orkestr üçün "Sənin üçün darıxmışam, Şuşa", İsmayıl Hacıyevin "Qarabağ" simfoniyası. Siyahı olduqca böyükdür. Bu bəstəkarların hər birinin hərbi-vətənpərvərlik mövzusunda bir neçə, bəzən də 10-dan artıq əsəri var. Ötən illərdə bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi "Qarabağnamə" operası (libretto N.Paşayevaya məxsusdur) Opera və Balet Teatrında tamaşalarda təqdim edilib. Bəli, bəstəkarlarımız bu mövzuda yetərincə əsərlər yaradıb. Bu başqa söhbətdir ki, həmin əsərlər nə dərəcədə ekranda, efirdə, konsert salonlarında, mərasimlərdə səsləndirilir.
Azərbaycanın görkəmli bəstəkarları xeyli əsərlər yaradıb, lakin bunların təbliğatı lazımi səviyyədə deyil. Həmçinin digər bəstəkarlarımız da hərbi-vətənpərvərlik mövzusunda həm iri əsərlər, həm də mahnılar, marşlar yazır. Bəstəkar Oqtay Rəcəbovun 35 mahnıdan ibarət "Vətən nəğmələri" adlı məcmuəsi böyüməkdə olan gənc nəsil və əsgərlər üçün nəzərdə tutulur. Bizim korifeylərimizin - Üzeyir Hacıbəyovdan tutmuş, Tofiq Quliyevə kimi, eləcə də indi səmərəli fəaliyyət göstərən peşəkar bəstəkarlarımızın hərbi-vətənpərvərlik mövzusunda çoxlu əsəri var. Musiqi əsərləri o zaman xalqın malına çevrilir ki, təbliğ olunsun, səsləndirilsin, millətə çatdırılsın. Vətənpərvərlik mövzusunda olan əsərlərə üstünlük verilməlidir, verilir də.
Hərbi-vətənpərvərlik tərbiyəsindən söhbət açarkən ilk olaraq Qarabağ mövzusunda əsərlər yada düşür. Bu da təbiidir, xalqımızın ən yaralı yeri Qarabağdır, işğal altında qalan torpaqlarımız, yurd itkisi, şəhidlər, döyüşlərdə əlil olmuş insanlardır. Ordumuza göstərilən xalq dəstəyi də göz önündədir. Vətənpərvər gənc vətəni sevir.
Qeyd edək ki, Azərbaycanda gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında önəmli rol oynayan insanlardan, vətəndaşlardan, ictimai xadimlərdən biri Şəmistan Əlizamanlıdır ki, onun ifa etdiyi "Cənab leytenant", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə Vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Çırpınırdı Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sair mahnılar sosial şəbəkələrdə gənclərin ən çox dinlədiyi, maraq göstərdiyi mahnılardır. Bu mahnılar vətənpərvərlik ruhunun yayılmasında önəmli rol oynayır.
Şəmistan Əlizamanlının, Mübariz Tağıyevin, mərhum xalq artisti Elxan Əhədzadənin, xalq artisti Zümrüd Məmmədovanın, Azərinin geniş repertuarı tamaşaçılara təqdim edilməyə başlayıb. Onların ifası gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir edir. Sözsüz ki, onların vətənpərvərlik tərbiyəsinin formalaşmasında bu ifaların yeri əvəzsizdir. Bu gün efirlərlə yanaşı, sosial şəbəkələrdə hərbi-vətənpərvərlik mahnılarına xüsusi yer ayrılır. Son günlərin hadisələri göstərir ki, vətənpərvərlik mahnıları heç də özünə az dinləyici toplamır. Ümid edirik ki, respublikanın böyük konsert salonlarında, stadionlarda vətənpərvərlik mahnılarını ifa edən sənətkarların konsertləri təşkil ediləcək. Çünki buna böyük ehtiyac var. Əlbəttə, bu sənətkarların ali və orta məktəblərdə gənclərlə görüşləri keçirilməlidir ki, onlar o mahnılardan lazımi səviyyədə güc, enerji ala bilsin.
Gənclərin formalaşmasında, onların azərbaycançılıq ruhunda, vətənpərvər olmasında incəsənətin rolu misilsizdir. Bu gün Azərbaycanın qəhrəman oğullarına, ordumuza həsr edilən mahnılar çoxdur və bu əsərlər hər bir Azərbaycan gəncində ruh yüksəkliyi yaradır. Bəstəkarlarımızın illər əvvəl yazdığı vətənpərvərlik mahnıları da bu gün üzə çıxarılır. Bu sahənin təbliğində internetin, sosial şəbəkələrin rolu kiçik deyil. Deyərdik ki, bu əsərlər sosial şəbəkələrdə hər gün yayılır, paylaşılır. Bu gün o mahnıları dinləyən gənclər vətən yolunda canlarından belə keçməyə hazırdır.
O da sevindirici haldır ki, Azərbaycan Ordusunda fərarilik yoxdur. Bunu son günlər baş verən hadisələr də təsdiq etdi. Hər bir əsgər, zabit düşmənə qarşı mübarizədə ön cəbhəyə atılmağa hazırdır. Bu, ordumuzda azərbaycançılıq ideyasının, ruhunun, vətənpərvərliyin üstünlük təşkil etdiyini göstərir. Bu gün uca bayrağımızın kölgəsində yüzlərlə vətən övladı vətəni qoruyur. Sevindirici haldır ki, azərbaycançılıq vətənpərvərlik məktəbinin yol göstərəni, mayakıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ