Bazar ertəsi günü, 23 noyabr 2026
     

Milli radiomuz milli mədəniyyətimizin, elm və təhsilimizin keşiyində...

Image


(Əvvəli ötən sayımızda)
XX əsrin ikinci onilliyinin sonlarına yaxın ictimai-siyasi, sosial-mədəni həyatımızda böyük bir hadisə baş verdi. O hadisənin yaratdığı təsir günümüzə qədər öz gücünü, əzmini daşıyıb gətirə bilib.
6 noyabr Azərbaycan Respublikasında radio-televiziya işçilərinin peşə bayramı kimi qeyd edilir. Azərbaycan Dövlət Radiosunun yaranması bu mühüm sahənin ölkəmizdə əsasını qoydu.

Radionun 30-cu illər dövrü...
Tədqiqatçılar yazır ki, 1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə "Son xəbərlər" proqramı çıxır. Həmin ilin oktyabrında İnformasiya redaksiyası da yaradılır. 1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda "Ədəbi dram", "Kolxozçu radiosu", "Qızıl əsgər" və "Gənclər" redaksiyaları fəaliyyət göstərirdi. 1936-cı il martın 23-dən aprelin 6-dək SSRİ-də ilk dəfə Ümumittifaq radio festivalı keçirilib. İttifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı. Azərbaycan radiosunun festival üçün hazırladığı proqram əsasən Ü.Hacıbəyov və M.Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, "Azad olunmuş türk qadınları sarayı" qadın şərq alətləri orkestrinin çıxışları, eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa Hacıbababəyovun ifasında "Şahnaz" muğamı da proqrama daxil edilmişdi. 1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi. Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.
Azərbaycan radiosu II Dünya Müharibəsi illərində böyük təbliğat işi görüb. Tədqiqatçılar yazır ki, Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya Müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi. Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artıb, Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalıb. Əsas ağırlıq isə "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi "Azərbaycan-cəbhə üçün" idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxış edirdilər. Vətənpərvərlik mövzularında yazılan pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı. Təsadüfi deyil ki, SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio günü elan etdi. Həmin gün uzun illər boyu Azərbaycanda da bayram edilib. (1992-ci il noyabrın 6-sı "Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı" elan olundu) Lakin 1941-1945-ci illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç cür ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə Nazirliyinin məlumatlarını yayacaq, ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar...

Dünyaya yayım...
Tədqiqatçıların yazdığına görə, 1941-ci ildə SSRİ hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir. 1941-ci il iyulun 20-də "Burası Bakı", "İnco Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq "Bakının səsi" çağırışı altında dünya efirinə çıxır. O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı. 1950-ci ildə türk və fars redaksiyalarının əsasında xarici verilişlər baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün Azərbaycan dilində 1 saatlıq veriliş yayımlayan redaksiya da bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi. 1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunub. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı. 1974-cü ildən radioya, o cümlədən xarici yayım bölümünə tanınmış yazıçı-jurnalist Aqşin Babayev rəhbərlik edirdi. O dövrdə xarici verilişlərin baş redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi. 1976-cı il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildi. İrana verilişlər baş redaksiyasının tərkibində Azərbaycan dilində verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi. 80-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi. 1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. "Ana dili", "Körpü", "Ovqat", "Elin sazı, elin sözü" verilişləri azərbaycanlı həmvətənlərimiz arasında şöhrət qazandı.

"Azərbaycan Beynəlxalq Radiosu"nun fəaliyyəti...
Tədqiqatçılar yazır ki, 1992-ci il noyabrın 26-da "Azərbaycan Beynəlxalq Radiosu" yaradıldı. Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı. 1992-1993-cü illərdə Beynəlxalq radionun direktoru Vaqif Bayatlı idi. Sonra bu vəzifəyə Çərkəz Qurbanlı təyin olundu. 1996-cı ildən Beynəlxalq radioya Cahangir Bağırov rəhbərlik etdi. 2007-ci ilin əvvəlindən direktor əvəzi səlahiyyətlərini Mehman Vəliyev yerinə yetirməyə başladı. 2007-ci ildən isə bu qurumda yeni dəyişikliklər həyata keçirildi. Qərb verilişləri redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi. Hazırda orta və qısa dalğalarda Beynəlxalq radio hər gün Azərbaycan dilində 5 saat, rus dilində 1 saat, erməni dilində 1 saat, fars dilində 1 saat, türk dilində 1 saat, ərəb dilində 1 saat, həftədə 3 dəfə gürcü dilində 20 dəqiqə, 2 dəfə kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayır. Yarım saatlıq "Vətən" proqramının da 15 dəqiqəsi Azərbaycan dilində, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.

Azərbaycan radiosunda ilk futbol reportajları...
Tədqiqatçılar yazır ki, İkinci Dünya Müharibəsindən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi. Araşdırmaçıların verdiyi bilgiyə görə, 1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız 7 ildən sonra-1956-cı ildə respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu. 1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini genişləndirdi. 1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq 19 saat veriliş yayılırdı. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12-15 konsert proqramı səsləndirilirdi. 1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Radio xalq yaradıcılığı və bəstəkar mahnıları, ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi. Bu dövrdə xalq çalğı alətləri orkestrinə artıq Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu orkestrdə fəaliyyət göstərirlər. 60-cı illərin ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin yaradılması, "Qaya" vokal kvartetinin meydana gəlməsi xalq, estrada və simfonik musiqilərin təbliğində radionun imkanlarını artırdı. 70-ci illərin ortalarında "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər dinləyicilərin ruhunu oxşayırdı.

Müstəqillik dövrü
Tədqiqatçılar yazır ki, 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyllərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. 1993-cü ildə ölkəmizdə baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı. Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı. Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir.
Bu gün Azərbaycan radiosu ilə paralel olaraq xeyli sayda özəl radio FM-lər də fəaliyyət göstərir. Təbii ki, radio bayramından onlara da pay düşür. Ancaq etiraf edək ki, ilk qaranquş Azərbaycan radiosudur və biz o radionu indi də dinləməkdən böyük zövq alırıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ