çərşənbə günü, 25 noyabr 2026
     

Bakının erməni daşnaklarından xilas edilməsindən 97 il ötür...

Image



15 sentyabr dövlətçilik tariximizə, xalqımızın həyatına şanlı bir səhifə kimi yazılıb. Bu səhifəni bir zamanlar qaralayıb arxiv küncünə atan bolşeviklər heç ağlına da gətirməzdi ki, bu şanlı səhifə üzə çıxacaq və xalqın ömürlük yaddaşına yazılacaq. 97 il bundan əvvəl Qafqaz İslam Ordusu tərəfindən Bakı rus və daşnak birləşmələrindən xilas edildi. Bu qudsal gün isə 15 sentyabrın taleyinə yazıldı. 3 il sonra 100 illiyini qeyd edəcəyimiz bu şanlı zəfər günü bizim üçün çox dəyərlidir.
Qeyd edək ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər olub. Hərbi nazir Ənvər paşanın əmri ilə yaradılan və tamamilə müsəlmanlardan ibarət olan ordu Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak edib. Ona Nuru paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olub. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərib. Azərbaycan tarixində, dövlətçilik taleyimizdə, xalqımızın xilasında mühüm rol oynayan Qafqaz İslam Ordusunun fəaliyyəti bu gün də xatırlanır və bu orduda təmsil olunanların ruhu böyük ehtiramla anılır.
Bəli, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı qiyamına, qətliamlarına və rəhbərliyinə son qoyulub.
Tarixçilərin yazdığına görə, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşan, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Cumhuriyyət tarixçiləri yazır ki, möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb və beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirilib. Tarixçilər qeyd edir ki, Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi. Tarixçilərə görə, türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi.
Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.
Onu da vurğulayaq ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 nəfər şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, görkəmli tarixçi, professor Musa Qasımlı mətbuata bildirib ki, o zaman türk ordusu Bakını azad etməsəydi, paytaxtın etnik tərkibi tamamilə fərqli olardı. Musa Qasımlı qeyd edib ki, I Dünya Müharibəsi zamanı Bakının beynəlxalq aləm üçün əhəmiyyəti böyük olub: "Həmin tarixdə Azərbaycan və Türkiyənin silahlı qüvvələrindən ibarət Qafqaz İslam Ordusu paytaxt Bakını Sentrokaspi diktaturasının işğalından azad etdi. Bununla da Azərbaycan özünün təbii paytaxtına qovuşdu. O zaman Bakı uğrunda amansız mübarizə gedirdi. Həmin dövrün ingilis sənədlərində yazılırdı ki, Bakıya kim sahib olacaqsa, Xəzər dənizinə sahib olacaq, Şimali və Cənubi Qafqaza nəzarət imkanı əldə edəcək, Orta Asiyaya və Avrasiyaya keçid qazanacaq. Avrasiyaya keçid dünyanın ürəyinə keçid deməkdir və dünyanın ürəyinə gedən yol Bakıdan keçir. Osmanlı dövlətinin Qafqazla bağlı strateji hədəflərinin olduğuna baxmayaraq, Qafqaz İslam Ordusu təkcə strateji maraqlardan yox, mənəvi borc baxımından da azərbaycanlıların köməyinə gəlib. I Dünya Müharibəsində bir neçə cəbhədə döyüşən Osmanlı dövlətində ərəblər üsyan qaldırdılar. Panislamizmin iflasa uğradığını görən Osmanlı tarixən türklərin yaşadığı ərazilərə üz tutdu. Əslində Ənvər paşa və Nuru paşa türkçülük hissiyyatı ilə yox, strateji məqsədlərlə Turan qurmaq fikrinə düşmüşdülər. Dünya müharibəsi dövründə ingilislər hamıdan əvvəl neftin əhəmiyyətini başa düşdü. Onlar hələ 1918-ci ilin yanvarında Bakıya gəlmək istəsələr də, alınmadı. Zaqafqaziya Seymi dağıldıqdan sonra, 1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etdi və Osmanlı üçün əlverişli şərait yarandı. Lakin artıq buna qədər Cənubi Qafqazda azərbaycanlılar və türklər erməni silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qətlə yetirilirdi. 1917-ci ildə rus əsgərləri Qafqazdan geri çəkiləndə öz silahlarını ermənilərə verdilər. Qafqazda böyük dövlətlərin maraqları toqquşurdu. Rusiya bu ərazilərdən çəkilmək istəmirdi, İngiltərə, Almaniya və Osmanlı Bakıya can atırdı. Cənubi Qafqazın 6 milyon əhalisinin 3 milyondan çoxunun türk və müsəlman olması Osmanlı üçün müsbət hal idi. Burada müsəlman türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı üçün mənəvi səbəb də yaradırdı. Kütləvi qırğınların pik həddə çatdığı mart qırğınlarından sonra Bakıya gəlmək islamın və türklüyün mərkəzi olan Osmanlı üçün mənəvi borc idi".
Azərbaycan Cumhuriyyəti ilə Osmanlı arasında bağlanan Batum müqaviləsinin şərtlərindən danışan professor Musa Qasımlı qeyd edib ki, Osmanlı qoşununun Qafqaza gəlişi beynəlxalq hüquq normalarına uyğun olub. Onun dediyinə görə, 1918-ci il iyunun 4-də Azərbaycan Cumhuriyyəti ilə Osmanlı arasında Batum müqaviləsi imzalandı və Azərbaycan hökuməti rəsmi şəkildə Osmanlıya müraciət edib: "Bundan əlavə, Osmanlının strateji maraqlarını da unutmaq olmaz. Neftə sahib olan dövlət müharibəni qazanmış hesab olunurdu. Nuru paşanın komandanlıq etdiyi türk hərbi hissələri Gəncəyə gələrək Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsinə yardım etdilər və Qafqaz İslam Ordusunun təməli qoyuldu. Bolşevik hökuməti Gəncəyə hücum edərək Tiflisi də ələ keçirmək istəyirdi. Onların qoşunları yolboyu Şamaxıda, Kürdəmirdə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Göyçay və Qaraməryəmdə güclü döyüşlər oldu. Nuru paşanın Göyçayda əhaliyə müraciətinə dair tarixi faktlar var. Elə qarışıq dövr idi ki, əhali hərbi əməliyyatların nə üçün aparıldığını belə bilmirdi. Nuru paşanın Göyçaydakı məşhur çıxışı əhalidə böyük ruh yüksəkliyi yaratdı. Müasir dünyada böyük dövlətlərin Azərbaycanla bağlı siyasətini öyrənmək baxımından həmin dövrdəki beynəlxalq münasibətləri öyrənmək vacibdir. Avqust ayında Almaniya ilə bolşevik Rusiyası arasında bağlanan müqaviləyə əsasən, Rusiya Gürcüstanın müstəqilliyini tanıyacaqdı, Almaniya isə Osmanlı qoşunlarının Kürdən şimala keçməsinə mane olacaqdı. Bunun müqabilində Rusiya Bakı neftinin bir hissəsini Almaniyaya verəcəkdi. Osmanlının etnik və dini baxımdan Bakıda heç bir problemi yox idi. Almaniya da Bakıya can atırdı. Belə bir qarışıq məqamda Bakını məhz Azərbaycan hökumətinin adı ilə azad etmək çox diplomatik addım idi. Çünki əks halda, bu, işğal adlandırılar və Bakının boşaldılması tələb oluna bilərdi. Nuru paşa hər şeydən əvvəl bir əsgər idi, o bunu yaxşı anlayırdı və əsas hədəfi Bakını azad etmək idi. Bakının azad edilməsi ilə başla bədən birləşdi...Unutmayaq ki, Nuru paşa siyasətçi yox, hərbçi idi. Azərbaycan hökuməti və ziyalıları Azərbaycanı müstəqil görmək istəyirdilər, lakin həmin dövrdə Osmanlıya birləşməyi istəyənlər də var idi. O dövrün sənədlərində yazırlar ki, Azərbaycanda cəmi 63 nəfər ziyalı var idi. Lakin təkcə Ukraynada yüzlərlə azərbaycanlı tələbə təhsil alırdı. Nuru paşa mülki hakimiyyətin işlərinə qarışmırdı və milli hakimiyyətin formalaşmasını istəyirdi. Lakin bu dövrdə Milli Şurada fikir ayrılığı hökm sürürdü. Nuru paşa ilə Azərbaycan hökuməti arasında münasibətin bir göstəricisi də Qafqaz İslam Ordusunun Bakıdan çıxması idi. Bu zaman Nuru paşanın şərəfinə İctimai klubda böyük ziyafət təşkil olundu və oradakı çıxışlar mətbuatda öz əksini tapdı".
Bakının erməni daşnakları və rus birləşmələrindən xilas edilməsi təbii ki, xalqımızın, dövlətimizin, dövlətçiliyimizin xilası oldu. 97 il əvvəl baş verən bu şanlı hadisənin iştirakçılarının ruhu şad olsun. Daşnak işğalından əziyyət çəkən, daşnak zülmü görən hər bir Azərbaycan bölgəsində Qafqaz İslam Ordusunun rəhbəri Nuru paşanın ruhu əziz tutulur, şəhid olan əsgərlərin məzarı ziyarət edilir, onlara rəhmətlər dilənir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ