Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Naxçıvanda aparılan arxeoloji tədqiqatların uğurlu nəticələri Azərbaycan və dünya arxeologiya elmində...
Tarix: 11.09.2015 / 02:27
Bölmə: Layihə
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı özünəməxsus təbii-coğrafi şəraiti ilə tarixin bütün mərhələlərində insanların burada məskunlaşmasına səbəb olub. Qədim insan yaşayış məskəni olan Naxçıvan ərazisi arxeoloji abidələrlə də zəngindir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli qeyd edir ki, şimaldan Kiçik Qafqazın Dərələyəz və Zəngəzur dağ silsilələri, cənubdan Araz çayı ilə sərhədlənən Naxçıvan bölgəsi Araz çayının və onun qollarının vadilərindəki münbit torpaqları, yüksək dağlıq ərazilərindəki otlaqları ilə qədim əkinçilik və maldarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitə malik olub. Tədqiqatçının bildirdiyinə görə, məhz bu səbəbdən Naxçıvan ərazisində tarixin bütün mərhələlərini əks etdirən tarixi-arxeoloji abidələr mövcuddur: "Naxçıvan ərazisindəki abidələr barədə hələ XVII-XIX əsr Avropa və Osmanlı səyyahları (Jan Şardan, Övliya Çələbi, Debua-de Monpere və başqaları) məlumatlar verib. Naxçıvan abidələrində elmi əsaslara söykənən ilk arxeoloji qazıntı işləri XX əsrin 20-ci illərində aparılıb. 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən Naxçıvana tanınmış alim İ.İ.Meşaninovun rəhbərliyi, Ə.Ələkbərov, İ.Cəfərzadə, Ə.Ələsgərzadə və İ.Əzimbəyov kimi bu sahədə ilk milli kadrların iştirakı ilə ekspedisiya göndərilib. Ekspedisiya indiki Babək rayonu ərazisində, Araz çayı sahilində e.ə. II minilliyə aid Qızılburun nekropolunda qazıntı işləri aparıb. İkinci Dünya Müharibəsinə qədərki illərdə Naxçıvan abidələri barədə ən geniş və tutarlı məlumatlar görkəmli arxeoloq və etnoqraf Ələsgər Ələkbərov tərəfindən verilib. Onun rəhbərliyi ilə 1936-cı ildə Naxçıvana göndərilmiş ekspedisiya Şərur və Kəngərli rayonları ərazisindəki Son Tunc-Erkən Dəmir dövrünə (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) aid Oğlanqala, Şortəpə və Şahtaxtı abidələrində arxeoloji tədqiqat işləri aparıb. Ə.Ələkbərov bu tədqiqatlar nəticəsində Naxçıvan ərazisində qeyd edilən dövrə aid siklop tikililərin, şəhər və kənd tipli yaşayış yerlərinin olduğunu və bu bölgədə inkişaf edən sinifli cəmiyyətin-dövlətin mövcudluğunu və bölgənin Yaxın Şərq (Assuriya) mədəniyyətləri ilə əlaqələrinin olduğunu yazıb. Babək rayonu ərazisindəki I Kültəpə qədim yaşayış məskənində görkəmli Azərbaycan arxeoloqu Osman Həbibullayevin apardığı qazıntı işləri, bütövlükdə, Qafqaz arxeologiyasında Neolit, Eneolit və İlk Tunc dövrlərinin (e.ə. VI-III minillik) tədqiqində mühüm dönüş nöqtəsi oldu. Məhz I Kültəpənin qazıntıları ilə Qafqazda ilk dəfə olaraq Neolit və Eneolit (xalkolit) dövrlərinin erkən əkinçilik mədəniyyəti aşkara çıxarılmış oldu. 1951-1964-cü illərdə bu abidədə aparılan arxeoloji qazıntılar burada 7 min ilə yaxın böyük bir tarixi mərhələdə həyatın ardıcıl davam etdiyini sübuta yetirib. Qafqazda analoqu olmayan Kültəpə yaşayış məskəninin mədəni təbəqəsinin qalınlığı 22 metrə çatır. Heç də təsadüfi deyil ki, etalon hesab edilən bu abidə Neolit və Eneolit dövrlərini əhatə edən "Kültəpə arxeoloji mədəniyyəti"nin müəyyən edilməsinə səbəb olub. I Kültəpədə aparılan arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan maddi-mədəniyyət qalıqları Naxçıvanın qədim əhalisinin təsərrüfat həyatı, müxtəlif sənətkarlıq sahələri, dəfn adətləri, Yaxın Şərqin qədim sivilizasiya mərkəzləri ilə əlaqələri barədə dəyərli məlumatlar verib".
Tədqiqatçı qeyd edir ki, XX əsrin 60-80-ci illərində Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqat işləri daha da genişlənib. Bu mərhələdə ən geniş arxeoloji araşdırmalar AMEA-nın müxbir üzvü Vəli Əliyev tərəfindən aparılıb. Keçən əsrin 60-cı illərindən başlayaraq çoxtəbəqəli II Kültəpə yaşayış yerinin tədqiqatları əsasında V.Əliyev burada Orta Tunc dövründə-e.ə. II minilliyin birinci yarısında erkən şəhər tipli yaşayış yerinin olduğunu əsaslandırıb. Professor V.Əliyev 1968-ci ildə Ordubad rayonu ərazisində Tunc dövrünə- e.ə. IV minilliyin sonu-II minilliyin sonuna aid qayaüstü təsvirlərlə zəngin Gəmiqaya abidəsini qeydə alıb və tədqiqatlar aparıb.
Qeyd edilənə görə, Muxtar Respublika ərazisində ən qədim arxeoloji abidə Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı ibtidai insanların məskunlaşdığı Qazma mağara düşərgəsidir. Ötən əsrin 80-ci illərində mağarada aparılan tədqiqatlar burada ibtidai insanların Orta Paleolit dövründə yaşadığını sübut edib. Ordubad rayonunda e.ə. II minillikdən başlayaraq orta əsrlərə qədərki dövrləri əhatə edən yaşayış yerləri və qəbir abidələri tədqiq edilib. Naxçıvanın müxtəlif yerlərində e.ə. IV-I minilliklərə aid yaşayış yerləri, kənd və erkən şəhər tipli məskənlər, müxtəlif növ qəbir abidələri aşkar edilib, qazıntı işləri aparılıb. Geniş qazıntı işləri aparılan abidələrdən biri də e.ə. II minilliyin sonu -I minilliyin əvvəlinə aid şəhər tipli Şahtaxtı abidələri kompleksidir. Həmin illərdə Naxçıvan ərazisində Tunc dövrünə aid çoxsaylı Govurqala (Vayxır), Qazançıqala, Qalacıq, Çalxanqala və sair müdafiə istehkamları tədqiq edilib.
Tədqiqatçılar yazır ki, Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, respublikanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikası ərazisində də qədim tariximizin, maddi-mədəni irsimizin öyrənilməsinə və qorunmasına böyük diqqət yetirilirdi. Naxçıvanda bütün XX əsr ərzində ən irimiqyaslı arxeoloji qazıntı işləri, çoxsaylı abidələrin qeydə alınması, maddi-mədəniyyət qalıqlarının toplanması və geniş ictimaiyyətə təbliğ edilməsi üçün tarix-diyarşünaslıq muzeylərinin yaradılması məhz Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilib.
Nəcəf Müseyibli qeyd edir ki, Sovet imperiyası dağıldıqdan sonra ölkəmiz üçün ağır 90-cı illərdə, bütün sahələrdə olduğu kimi, elmdə də durğunluq dövrü hökm sürürdü. 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyevin müdrik, fədakar siyasəti nəticəsində Ermənistan tərəfindən blokadaya alınmış Muxtar Respublika düşmənə qarşı qəhrəmanlıqla mübarizə apararaq işğaldan xilas oldu. Xalqın tələbi ilə Azərbaycana rəhbərliyi öhdəsinə götürən Heydər Əliyev 90-cı illərdə müstəqil Azərbaycan dövlətini yaratmaqla respublikamızın siyasi, hərbi, iqtisadi inkişafının, mədəni, elmi yüksəlişinin təməlini qoydu: "Ulu öndərin uzaqgörən siyasəti nəticəsində XX əsrin ilk illərindən Azərbaycan sürətli inkişafa qədəm qoydu. Şübhəsiz, bu inkişaf özünü elm sahəsində də göstərməyə başladı. Xalqımızın maddi-mədəni irsinin öyrənilməsinin zəruriliyini önə çəkən ulu öndər Heydər Əliyev Azərbaycanın qədim tarixinin öyrənilməsində Naxçıvan abidələrinin müstəsna əhəmiyyətini nəzərə alaraq, 2001-ci ildə Muxtar Respublikaya geniş tərkibli arxeoloji ekspedisiyanın ezam edilməsi barədə göstəriş verdi. Bu sətirlərin müəllifinin rəhbərlik etdiyi, bir neçə dəstədən ibarət "Naxçıvan-Gəmiqaya" arxeoloji ekspedisiyası yaradıldı. İki il fəaliyyət göstərən bu ekspedisiyanın əsas tədqiqat obyekti Ordubad rayonu ərazisində, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan (3906 m) Gəmiqaya dağının yamaclarındakı abidələr kompleksi-Tunc dövrünə aid qayaüstü rəsmlər, qəbir abidələri və yurd yerləri olub. Burada 1500-ə qədər qayaüstü təsvirlər qeydə alınıb, həmin abidələrdə arxeoloji qazıntı işləri aparılıb. Bundan əlavə, Gəmiqaya təsvirləri Azərbaycanın e.ə. IV-II minilliklərdə Yaxın Şərq mədəniyyətləri ilə əlaqələrinin tarixinin tədqiq edilməsi üçün əvəzsiz mənbələrdir. Bu abidədə aşkar edilmiş bir sıra rəsmlərin ən yaxın analoqlarına Yaxın Şərq incəsənətində rast gəlinir.
Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbələrdir. Burada yalnız bir nümunə göstərməklə kifayətlənirik. Belə ki, Gəmiqayada 252 nömrəli daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən "qurd ağzı bağlama" ayini təsvir edilib. Bununla əlaqədar burada üz-üzə dayanmış canavar və keçinin arasından hansısa əşyanın bağlandığı uzun xətt (kəndir) çəkilib. Etnoqrafik tədqiqatlar göstərir ki, "qurd ağzı bağlama" ovsununun icrası zamanı qırxlığın ağzını iplə və ya kəndirlə bağlayırlar. Gəmiqayadakı Tunc dövrünə aid bu səhnədə "qurd ağzı bağlama" səhnəsi, demək olar ki, bütün mahiyyəti ilə təsvir edilib. Göründüyü kimi, Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə-Tunc dövrünə bağlandığını əyani surətdə nümayiş etdirməklə yanaşı, xalqımızın etnogenez tarixinin tədqiqi üçün tutarlı faktlar verir".
Tədqiqatçı qeyd edir ki, bundan əlavə, ekspedisiya Naxçıvanın bütün rayonlarında əvvəllər elmə məlum olmayan onlarca arxeoloji abidə aşkar edib və qazıntı işləri aparıb. Bunlardan Sədərək rayonunda Son Tunc-Erkən Dəmir dövrünə (e.ə. II minilliyin sonu- I minilliyin əvvəlinə) aid Sədərək qalasını, Cırdatəpə yaşayış yerini, Tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələrini, Şərurda Eneolit və İlk Tunc Dəmir dövrlərinə aid Ovçular təpəsi, Aşağı Daşarx yaşayış yerlərini və Qarabulaq kurqanlarını, Orta Tunc dövrünə aid Nəhəcir abidələrini, Babək rayonunda Antik dövrə aid Meydantəpə yaşayış yerini və sair abidələri göstərmək olar: "Ulu öndərin müdrik siyasətini böyük uğurla davam etdirən, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına çıxaran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2008-ci il 5 fevral tarixli Sərəncamı Azərbaycanda arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bundan əlavə, cənab Prezident "Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 26 aprel tarixli Sərəncam imzalayıb. Bu sərəncamların icrası ilə əlaqədar olaraq, Arxeologiya və Etnoqrafiya İnstitutunun 40-a yaxın ekspedisiyası respublikamızın bütün bölgələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparmışlar. Bunlardan 8 ekspedisiya yalnız Naxçıvan Muxtar Respublikası abidələrində tədqiqat işlərini həyata keçirib. Bu ekspedisiyalar AMEA Naxçıvan Bölməsinin mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində çalışır, eyni zamanda Şərur rayonundakı Ovçular təpəsi və Oğlanqala abidələrində Fransa və ABŞ alimlərinin də daxil olduğu beynəlxalq ekspedisiyalarda fəaliyyət göstərib. Son 6 ildə bu ekspedisiyalar Şərur və Sədərək rayonlarında Paleolit dövrü Qazma mağara düşərgəsində, Eneolit və İlk Tunc dövrlərinə aid Ovçular təpəsi, Maxta, Ərəbyengicə, Xələc, Sədərək, Babək rayonunda Orta Tunc dövrünə aid II Kültəpə, Ordubad rayonunda Erkən, Orta və Son Tunc dövrlərinə aid Plovdağ, Sumbatan, Rəsul dərəsi, Kəngərli rayonunda Son Tunc-İlk Dəmir dövrünə aid Şahtaxtı, Erkən Dəmir (e.ə. I minilliyin birinci yarısı) və Antik dövrə aid Şərur rayonundakı Oğlanqala və Babək rayonunda Meydantəpə abidələrində ətraflı arxeoloji qazıntı işləri aparıb".
N.Müseyiblinin bildirdiyinə görə, bütün bu arxeoloji tədqiqatlar minilliklər ərzində Naxçıvanın qədim əhalisinin maddi və mənəvi mədəniyyəti, dəfn adətləri, beynəlxalq əlaqələri, dövlətçilik ənənələri tarixinin öyrənilməsinə böyük töhfələr verib. Onun qeyd etdiyinə görə, Naxçıvan abidələrində aparılan arxeoloji tədqiqatlar burada həyatın minilliklər ərzində fasiləsiz davam etdiyini və bu ərazinin özünəməxsus ənənələri ilə tarixən formalaşan bir bölgə olduğunu göstərib. Məhz bu baxımdan Naxçıvan abidələri Azərbaycan xalqının etnogenezinin avtoxtonluğunu və tarixi varisliyini inkaredilməz faktlarla sübut edən müstəsna əhəmiyyətə malik mənbələrdir.
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar, ora gedən ekspedisiya zəngin arjeoloji örnəklər əldə"": ediblər. Bu gün də Naxçıvan ərazisində Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin dəyərli nümunələri olan arxeoloji dəyərlər aşkarlanır və xalqın malı kimi tədqiqata cəlb edilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb -
yanvaradək...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ