Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli arxeologiya və etnoqrafiya elmimizin inkişafı və qəbul edilən rəsmi sənədlərin əhəmiyyəti...
Tarix: 08.09.2015 / 03:33
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Azərbaycan elminin inkişafı üçün dövlət səviyyəsində görülən işlərin miqyası vaxtaşırı olaraq genişləndirilir. Bu da elmin müxtəlif istiqamətlərinin, sahələrinin inkişafına təkan verir, problemləri aradan qaldırır. Qeyd edək ki, elmin inkişafı ilə bağlı proqramlar qəbul edilib. Onu da vurğulayaq ki, Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi bu sahədə böyük inkişafa səbəb olur.
Milli Strategiyanın qəbul olunması ilə əlaqədar humanitar elmlər, o cümlədən etnoqrafiya elmi qarşısında konkret vəzifələr durur. Alimlər bildirir ki, digər elm sahələri kimi, Azərbaycan etnoqrafiyasının da problemləri, zəngin milli tarixi-mədəni dəyərlərimizin qorunması və yaşadılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Etnoqrafiyanın müxtəlif istiqamətlərdə tədqiq edildiyini bildirən tədqiqatçı E.Kərimov qeyd edir ki, şamanizmlə bağlı məsələlərdə də xüsusən Azərbaycanla əlaqədar aydın olmayan bir çox məqamlar var. Şamanizm hələ də mənəvi mədəniyyətin dolaşıq və mürəkkəb problemlərindən biri olaraq qalmaqdadır. Şamanizmin din olub-olmaması barədə mütəxəssislər arasında mübahisələr hələ də səngimir. Alim bildirir ki, onların bir qismi şamanizmi, qeyd-şərtlə olsa da, ayrıca din hesab edir, digərləri isə əksinə: "Problemin çətinliklərindən biri ondan ibarətdir ki, məsələyə yanaşma olduqca fərqlidir (sosial-psixoloji, teoloji, psixoterapevtik və s.). Hər halda, şamanizm bir çox qədim xalqların baxışlar sistemini əks etdirir. Bu planetar hadisədir. Müxtəlif tarixi-etnoqrafik regionlarda həmin fenomen özünü eyni cür büruzə verməyib, əsasən bəsit göstərib, din xadimləri rolunda isə müxtəlif peşə sahibləri - sehrbazlar, cadugərlər, görücülər, ovsunçular, cindarlar, falçılar çıxış etmişlər. Yuxarıda sadalanan terminlər qədim türk sözü olan, şaman mənasında işlənən "qam" sözünün məna çalarlarıdır, lakin onların hər birini şaman hesab etmək olmaz, onları "şamanist" və ya "şamanabənzər" adlandırmaq daha düzgün olar. Qafqazda, o cümlədən Azərbaycanda şamanizm çox zəif öyrənilib. Məlumdur ki, bu regionda müxtəlif magik tədbirlər, ruhlarla ünsiyyət mərasimləri keçirilirdi. Müxtəlif xalqlarda şamanizm zahiri simasını dəyişməklə, lakin məzmununu saxlamaqla, müxtəlif adlarda və formalarda özünü göstərirdi.
Məlumdur ki, bizim sələflərimiz özlərindən sonra zəngin elmi irs qoyub getmişlər. Təsadüfi deyil ki, dünya alimləri arasında qeyri-rəsmi yayılmış "Etnoqrafa on öyüd"ün bəndlərindən birində deyilir: "Öz sələflərinə və müəllimlərinə ehtiram et ki, səni də xidmətlərinə görə yad etsinlər". Əlyazmaları hələ də çap olunmayan bir çox etnoqraflarımız təəssüf ki, unudulub. Bu əlyazmaların bir qismi Azərbaycan MEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının arxivlərində saxlanır. Mərhum etnoqraf H.Quliyevin əlyazması - onun ailə arxivində saxlanan irihəcmli "Azərbaycan etnoqrafiyası oçerkləri" əsərinin taleyi barədə də düşünmək lazımdır".
Alim bildirir ki, ilk baxışda hər bir insanın və ya bütövlükdə etnosun gündəlik həyatı adi görünür. Onun qeyd etdiyinə görə, illər və yüzillər keçdikdən sonra onların həyatı böyük maraq doğurur, başqa sözlə, qiymətli etnoqrafik mənbəyə çevrilir. Alim zənn edir ki, gələcəkdə etnoqraflarımız öz səylərini hələ öyrənilməyən aşağıdakı problemlərin araşdırılmasına yönəltməlidir: Azərbaycan etnoqrafiyasının konsepsiyası; adət hüququ; etnometeorologiya; azərbaycanlıların ənənəvi dünyagörüşü; müasir qlobal proseslər və ənənəvi mədəniyyətin qorunub saxlanma dərəcəsi; azərbaycanlıların gündəlik həyatı; gender münasibətlərinin etnoqrafik aspektləri; sosial antropologiyanın və mədəni antropologiyanın problemləri; ənənəvi maddi mədəniyyətin təşəkkülünə təbii-coğrafi şəraitin təsiri; Azərbaycanda şamanizm problemi; etnoqrafiya - azərbaycanlıların etnogenezinin öyrənilməsinin mühüm mənbəyi kimi; tətbiqi etnoqrafiya; təbii məskunlaşma mühitinin dağıdılması və bunun mədəni ənənələrə təsiri; Azərbaycan etnoqrafiyası tarixi (ən qədim zamanlardan bizim günlərə qədər), Cənubi Azərbaycan, İraq, Mərkəzi Asiya ölkələri azərbaycanlılarının etnoqrafiyası; Rusiyada, Avropa və Amerika ölkələrində yaşayan Azərbaycan diasporu; Azərbaycan məişətində İslamın xüsusiyyətləri; azərbaycanlılarda qohumluq sistemi; Azərbaycan etnoqrafiyası barədə orta əsr Avropa səyyahlarının və yeni dövr müəlliflərinin məlumatı; Şərq-Qərb qarşılıqlı mədəni münasibətlərində Azərbaycanın vasitəçilik rolu; azərbaycanlıların mədəniyyətində akkulturasiya (xalqların ünsiyyəti nəticəsində bir xalqın bu və ya başqa mədəniyyət formasının digər xalqa keçməsi prosesi) və konvergensiya (cəmiyyətlərin ümumi və ya oxşar əlamətlər əsasında bir-birinə yaxınlaşması və bu əlamətləri ehtiva edən yeni vahid cəmiyyətdə birləşməsi) prosesləri; Azərbaycan etnoqrafiyası tarixinin dövrləşdirilməsinin əsas prinsipləri.
Vizual etnoqrafiya (filmoteka, fototeka) sahəsində etnoqraflarımız az iş görmüşlər. Xalqın məişət və mədəniyyəti haqqında sənədli filmlər etnoqrafiya elminin mühüm aspektlərindən biridir. Məlumdur ki, Rusiyada, Baltikyanı və başqa ölkələrdə vaxtaşırı olaraq beynəlxalq etnoqrafik filmlər festivalı keçirilir. Bu gün Xəzəryanı ölkələrin xalqlarının etnomədəni əlaqələrinin, habelə region xalqlarının etnik əlaqələrində Xəzərin tarixi rolunun öyrənilməsi olduqca aktualdır. Alim qeyd edir ki, göstərilən problemin öyrənilməsinin vacibliyini hələ XX əsrin 20-ci illərində V.Bartold, sonralar L.Lavrov qeyd etmişlər. L.Lavrov yazırdı ki, "Orta Asiya və Qazaxıstan materiallarını öyrənmədən Qafqazın türkdilli xalqlarının etnogenezini tədqiq etmək qeyri-mümkündür". Həmin istiqamətdə Azərbaycan alimləri tərəfindən artıq ilk addımlar atılıb: "Azərbaycan, Xəzəryanı ölkələr və türk xalqları etnoqrafları assosiasiyasının təsis edilməsi vaxtı da çatıb. Zənnimizcə, Azərbaycan etnoqraflarının nailiyyətləri göz qabağındadır. Bu xüsusilə son illərdə daha çox nəzərə çarpır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda arxeologiya və etnoqrafiya sahəsində elmi tədqiqat işləri geniş vüsət alıb. Burada təşkil olunan çöl etnoqrafik ekspedisiyalarının miqyası ildən-ilə genişlənir. Fikrimizcə, daha səmərəli nəticələrə nail olmaqdan ötrü ölkədə etnoqrafiya elmini intensiv inkişaf yoluna salmaq lazımdır, çünki biz etnoqrafiya elmi predmetinin xarakterində, onun predmeti sahəsində, tədqiqatın vəzifə və metodlarında olan obyektiv çətinliklərlə qarşılaşırıq. Bu elm "çox geniş və qeyri-müəyyən hüdudları ilə səciyyələndirilir" (S.Tokarev).
Dünya xalqlarının etnoqrafik təsnifatı indiyədək işlənib hazırlanmayıb. Linqvistikadan götürülmüş mövcud təsnifat açıq-aşkar köhnəlib və bəzi qüsurları var.
Azərbaycan etnoqrafiyası diqqətəlayiq inkişaf yolu keçib. Biz etnoqrafların vəzifəsi öz tədqiqatlarımızı gücləndirmək və etnoqrafiya elmini daha da zənginləşdirməkdir".
Tədqiqatçılar bildirir ki, Azərbaycan arxeoloqlarının zəhməti hesabına aşkarlanan maddi-mədəniyyət abidələri xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisidir. Söz yoxdur ki, milli arxeologiyamız çox zəngin və dəyərli yol keçib, yüzlərlə uğura imza atıb. Azərbaycan arxeologiya elmi ilə məşğul olan alimlər qeyd edirlər ki, Azərbaycan arxeologiyasının bir neçə mərhələsi olub. Bu sahəyə dövlət qayğısına gəlincə, alimlərin fikrincə, Azərbaycan arxeologiya elminin uğurları ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bu haqda yazdığı məqalədə qeyd edir ki, Heydər Əliyevin və İlham Əliyevin elmə göstərdikləri yüksək dövlət qayğısı sayəsində arxeologiya elmi intişar tapıb: "Son 10 ildə Azərbaycanın iqtisadi yüksəlişi maddi və mədəni irsimizin həmahəng inkişafını şərtləndirib. Tarixi abidələrimizin, maddi-mədəni irsimizin qorunmasına, tədqiqinə, təbliğinə yüksək diqqət yetirilir. Dövlət rəhbərliyi bu sahələrin inkişafı üçün bütün mümkün imkanlardan yararlanmaq üçün lazımi şərait yaradır. Respublika Prezidentinin müvafiq sərəncamları ilə tarixi qoruqlar yaradılıb, abidələrin tədqiqi və saxlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasına milyonlarla maliyyə vəsaiti ayrılıb. Bunlar tarixi abidələrin mühafizəsi və elmi araşdırmaları üçün böyük imkanlar yaradıb. Bununla belə, qeyd etmək lazımdır ki, ölkənin sürətli mədəni, iqtisadi inkişafı bu sahəyə diqqətin mütəmadi olmasını tələb edir".
Azərbaycan dövlətinin arxeologiya elminə bəslədiyi qayğı nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib. "Bakı-Xəbər" olaraq uzun illər arxeologiya sahəsində baş verən məsələlərlə bağlı araşdırmalar çap etmişik. Hətta bir neçə il əvvəl bu sahədə durğunluq olduğu da bəllidir. Bu da onunla nəticələnirdi ki, Azərbaycanın arxeoloq alimləri arxeoloji qazıntılardan, elmi ekspedisiyalardan kənar düşmüşdü. Bilirik ki, uzun illər bu sahədə kiçik arxeoloji qazıntıları nəzərə almasaq, elə də güclü iş getmirdi. Təbii ki, bu da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun lazımi avadanlıqlarla, ekspedisiyaya gedən alimlərin kifayət qədər qonorarla, qalacaq yerlə təmin olunmaması ilə nəticələnirdi. Alimlərin çöl ekspedisiyası sahəsində ciddi qayğılar, çətinliklər vardı. Ancaq Azərbaycan dövlətinin bu sahəyə diqqət ayırması sayəsində bu çətinliklər arxada qaldı. Arxeologiya elmimiz irəliyə doğru addımlamağa başladı. O da məlumdur ki, Azərbaycan alimlərinə göstərilən qayğının nəticəsi olaraq alimlər yeni arxeoloji nailiyyətlər əldə etdilər.
Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuatda yer alan xəbərlərinə istinad edərək qeyd etmək istəyirik ki, Azərbaycanın, demək olar ki, bütün rayonlarında və şəhərlərində irimiqyaslı arxeoloji qazıntılar aparılıb, xalqımızın tarixinə dair zəngin və tutarlı elmi məlumatlar əldə edilib. Bu qazıntılar əsasında dünya əhəmiyyətli arxeoloji mədəniyyətlər - paleolit dövrünə aid Quruçay, neolit və xalkolit dövrlərinə aid Şomutəpə və Leylatəpə, Kültəpə, tunc dövrünə aid Kür-Araz, Üzərliktəpə, boyalı qablar, son tunc - erkən dəmir dövrünə aid Xocalı-Gədəbəy, Muğan, Naxçıvan kimi mədəniyyətlər öyrənilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun, Regionların İnkişafı İctimai Birliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında institutun arxeoloji ekspedisiyası orta əsr Şəmkir şəhər yerində 2006-cı ildən bu günədək stasionar qazıntı işləri aparır. Bu qazıntılar nəticəsində orta əsr Şəmkir şəhərinin Narınqalası, demək olar ki, tam üzə çıxarılıb və şəhərin tarixinin əvvəllər məlum olduğundan daha bir neçə əsr qədim olması müəyyən edilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında "Şəmkir arxeologiyası" internet saytı fəaliyyət göstərir. 2005-ci ildən başlayaraq Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın paytaxtı Qəbələ şəhərində Arxeologiya və Etnoqrafiya İnstitutu genişmiqyaslı arxeoloji qazıntı işləri aparır. Bu qazıntılar nəticəsində Qəbələnin şəhər strukturuna, ictimai binalara aid çoxlu sayda memarlıq qalıqları və digər maddi mədəniyyət nümunələri aşkara çıxarılıb. Aparılan arxeoloji qazıntılar Qəbələ şəhərinin Cənubi Qafqazda antik və erkən orta əsrlər dövrlərində mühüm iqtisadi-siyasi və mədəni bir mərkəz olduğunu göstərdi. 2007-ci ildən başlayaraq Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında e.ə. I minilliyin ortalarına aid qədim şəhər qalıqlarında Almaniya, Gürcüstan və Rusiya arxeoloqları ilə birgə irimiqyaslı qazıntı işləri aparılır. Bu qazıntılar Azərbaycanın qeyd edilən dövrə aid şəhər mədəniyyətinin tədqiqi üçün xüsusi əhəmiyyətə malikdir. İnstitutun yaydığı məlumata görə, xalqımızın etnoqrafiyasının, adət-ənənələrinin, maddi mədəniyyətinin öyrənilməsi və təbliği müasir dövrümüzün başlıca tələblərindən biridir.
Onu da bildirək ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin diqqətindən yayınmayıb. Hər zaman bu məsələyə önəm verən dövlət başçısı "Azərbaycan etnoqrafiya muzeyinin yaradılması haqqında" 11 iyul 2008-ci il tarixli Sərəncam imzalayıb. Bakı şəhəri yaxınlığında yaradılması nəzərdə tutulan bu muzeyin materiallarla təmin edilməsi üçün institutun etnoqraf əməkdaşları respublikamızın müxtəlif bölgələrinə elmi ezamiyyətlərə göndərilir.
Etnoqraf alimlərimiz Azərbaycan xalqının etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətini geniş tədqiq etmişlər. Azərbaycan xalqının geyim mədəniyyəti, bəzəkləri, nəqliyyat vasitələri, xalq bayramları, mərasimləri, toy və yas adətləri və s. kimi problem xarakterli məsələlərin həllinə işıq salmışlar. Bütün bunlar çap olunmuş 3 cildlik "Azərbaycan etnoqrafiyası"nda öz əksini tapıb.
Tədqiqatçılar qeyd edir ki, Ceyrançöldəki Saqqızlı alt paleolit yaşayış yerindən aşkar edilmiş vulkan mənşəli andezit daşından hazırlanmış çox iri və ağır çopper tipli alətin aşkar olunması maraq doğurur. Çünki belə alətlər Azıx mağarasının alt layından aşkar edilib ki, bu da, öz növbəsində, Ceyrançöl ərazisində və bütövlükdə, Azərbaycanın qərb bölgəsində qədim insanların məskunlaşma tarixinin daha qədim olmasını söyləməyə imkan verir. Şəki - Zaqatala bölgəsində aparılan tədqiqatlar zamanı bu bölgə üçün ilk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450 - 500 min il olan mağara tipli ibtidai insan düşərgələri aşkar edilib. Mingəçevir su anbarı ətrafında aparılan tədqiqatlar zamanı isə yaşı təqribən 1 milyon il olan açıq tipli ibtidai insan düşərgəsi və daşdan əmək alətləri aşkar edilib.
Son illər Azərbaycanın erkən əkinçi maldar tayfalarının tarixini özündə əks etdirən qədim abidələrin tədqiqi diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrinin (Almaniya, Fransa, Yaponiya və s.) arxeoloqlarının bu dövr abidələrinə xüsusi marağı onlarda geniş arxeoloji tədqiqatların aparılmasını xüsusilə aktual bir məsələyə çevirib. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində neolit və eneolit dövrlərinə aid qədim yaşayış məskənlərində geniş arxeoloji qazıntı işləri aparılıb. Ağstafa rayonundakı Həsənsu, Tovuz rayonundakı Göytəpə neolit dövrü yaşayış məskənlərində aparılan qazıntılar Azərbaycanda, o cümlədən bütövlükdə Cənubi Qafqazda əkinçilik mədəniyyətinin meydana çıxma tarixinin öyrənilməsi üçün zəngin materiallar verib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ