Cümə axşamı günü, 26 noyabr 2026
     

Etnoqrafiya elmimizin öyrənilməsinə və təbliğinə dövlət qayğısı...

Image



Azərbaycan elminin inkişafı üçün dövlət səviyyəsində görülən işlərin miqyası vaxtaşırı olaraq genişləndirilir. Bu da elmin müxtəlif istiqamətlərinin, sahələrinin inkişafına təkan verir, problemləri aradan qaldırır. Qeyd edək ki, elmin inkişafı ilə bağlı proqramlar qəbul edilib. Onu da vurğulayaq ki, Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi bu sahədə böyük inkişafa səbəb olur.
Milli Strategiyanın qəbul olunması ilə əlaqədar humanitar elmlər, o cümlədən etnoqrafiya elmi qarşısında konkret vəzifələr durur. Alimlər bildirir ki, digər elm sahələri kimi, Azərbaycan etnoqrafiyasının da problemləri, zəngin milli tarixi-mədəni dəyərlərimizin qorunması və yaşadılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Milli mədəniyyətin gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, xalqımızın zəngin etnoqrafiyasının layiqincə təbliğ edilməsi məqsədilə Prezident İlham Əliyevin 2008-ci il 11 iyul tarixli Sərəncamı ilə Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması qərara alınıb.
Mütəxəssislər bildirir ki, bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (8 dekabr 2009-cu il) dərc olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi də olduqca aktualdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Emil Kərimov qeyd edir ki,
Azərbaycan etnoqrafiyası çətin və mürəkkəb bir tarixi inkişaf yolu keçib. Onun vəziyyətini və inkişafını iki yüz il tərkibində olduğumuz Rusiya imperiyasının və sovet dövlətinin yeritdikləri siyasətdən təcrid edilmiş şəkildə nəzərdən keçirmək olmaz. Bundan əlavə, ölkənin geosiyasi durumu, xüsusən İran və Türkiyə ilə qonşu olması kimi amillər də Azərbaycan etnoqrafiyasının inkişaf xüsusiyyətlərinə bilavasitə və ya dolayısı ilə təsir göstərib: "Son iki əsri Azərbaycanda yaşayan xalqların ənənəvi məişət və mədəniyyətinə dair material və bilgilərin intensiv toplanması, onların nəzəri ümumiləşdirilməsi, etnoqrafiya sahəsində bu və ya başqa məsələlər üzrə müxtəlif baxışların formalaşması dövrü kimi səciyyələndirmək olar.
XIX əsr qafqazşünaslıq etnoqrafiyası tarixində mühüm bir dövr sayılır. Azərbaycanın Rusiya imperiyası tərkibinə daxil edilməsindən sonra etnoqrafiya tarixində yeni mərhələ başlanır. Müstəmləkə siyasətini uğurla həyata keçirmək, o cümlədən ölkənin təbii-iqtisadi resurslarından istifadə etmək üçün yerli əhalinin ənənəvi məişət və mədəniyyəti haqqında müxtəlif məlumatlar toplamaq lazım gəlirdi. Məlum olduğu kimi, XIX əsrin 40-50-ci illərini Rusiya etnoqrafiyasının predmet sahəsinin, onun məqsəd və vəzifələrinin formalaşması dövrü hesab etmək olar, bununla da həmin dövrdə öyrənilən problemlərə sistemli və məqsədyönlü yanaşmanın əsası qoyulub. Azərbaycan haqqında etnoqrafik biliklərin inkişafına və zənginləşməsinə Rusiya müəlliflərinin də müəyyən töhfəsi olub. Lakin onların ölkədəki xalqlara münasibəti birmənalı deyildi. Bu isə bir sıra amillər (müəlliflərin silki, sinfi və sosial mənsubiyyəti, məşğuliyyəti, yerli dilləri bilməsi, əhalinin mədəniyyət və məişətinə bələdolma dərəcəsi və s.) ilə bağlı idi. Bununla belə, Rusiyanın və Qərbi Avropanın mütərəqqi ziyalıları azərbaycanlılar haqqında çox səmimi fikirlər söyləyib. Belə müəlliflərdən biri - A.Bestujev-Marlinski hələ 1831-ci ildə yazırdı: "Məni tatarlar (azərbaycanlılar - E.K.) çox sevirlər, çünki mən onların adət-ənənələrinə hörmət edirəm, onların dilində danışıram". Bu gün də çox aktual səslənən aşağıdakı sözlər də ona məxsusdur: "Qafqazda sülh yaradın və cənnəti Fərat sahillərində axtarmayın: it is this, it is this - cənnət buradadır!".
Məşhur Fransa coğrafiyaşünas-səyyahı Elize Reklünün azərbaycanlılar haqqında dedikləri də böyük maraq doğurur: "Tatarlar (azərbaycanlılar - E.K.) Qafqazda sivilizasiya yayanlardır, onların dili - Azərbaycan dili Qafqazın müxtəlif xalqları arasında qarşılıqlı münasibətlərə xidmət edir... Zaqafqaziyanın türk əhalisinin ən gözəl xüsusiyyəti onun din azadlığını qəbul etməsidir". Qərbi Avropanın bir çox orta əsr və yeni dövr müəllifləri Azərbaycan etnoqrafiyasının zənginləşməsinə böyük töhfə verib".
Alimin yazdığına görə, alimlərin məlumatları ona görə qiymətlidir ki, həmin müəlliflərin ətraflı təsvir etdikləri bir çox mədəniyyət elementləri artıq keçmişə qovuşub. Alim qeyd edir ki, onların yalnız cüzi hissəsi relikt kimi məişətimizdə bu günədək yaşamaqdadır: "Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan etnoqrafiyası tarixində yeni bir mərhələ başlanır. Yeni şəraitdə etnoqraflar qarşısında konkret vəzifə qoyulur - sovet quruluşuna xidmət etmək və yeni ictimai-siyasi sistemi doğrultmaq. Sovet dövlətində etnoqrafiyanın praktik əhəmiyyəti barədə həmin illərin təkcə alimləri deyil, həm də partiya və dövlət rəhbərləri dəfələrlə fikir söyləmişlər. Hələ 1926-cı ildə S.Ağamalıoğlu yazırdı: "... etnoqrafik, coğrafi və hətta tarixi tədqiqatların əməli nəticələri olmaya bilməz". Qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin ilk onilliklərindən başlayaraq Azərbaycan etnoqrafiyası sovet elminin tərkib hissəsi kimi mürəkkəb və ziddiyyətli bir şəraitdə formalaşıb və inkişaf edib. Həmin illərdə "yeni məişət uğrunda", "sovet həyat tərzi uğrunda", "məişətin sosialistləşdirilməsi uğrunda" kimi şüarlar irəli sürülürdü, xalqın ənənəvi mənəvi və maddi dəyərlərinə qarşı kütləvi kampaniyalar təşkil edilirdi. Azərbaycanın partiya rəhbərləri respublikanın müxtəlif regionlarına gedərək, milli geyimlərimizin və xalq musiqi alətlərinin əleyhinə çıxış edir, onları "fars mənşəli" atributlar və ya "keçmişin zərərli qalıqları" adlandırırdılar. Azərbaycan K(b)P MK katibi Ə.Qarayev MK-nın 1928-ci ildə keçirilən plenumunda çıxış edərək deyirdi: "Biz Salyan, Qaryagin və Lənkəran qəzalarını gəzəndə gördük ki, orada adamlar fars libasları geyinir, papaq qoyurlar. Bu biabırçılıqdır... Bu geyimlər köləlik və təhkimçilik rəmzidir. Pasxanı, Novruz bayramını, Orucluq bayramını bizim kommunistlər də tez-tez qeyd edirlər". Şəhər mühitində ənənəvi toylar "qırmızı toylarla", sonralar isə "komsomol toyları" ilə əvəz olunub.
Yeni şəraitdə bəzi qədim xalq bayramları "inqilabi" bayramlara çevrilib. Bir may bayramı buna misal ola bilər. Onun yaranmasını süni olaraq Çikaqo fəhlələrinin 1886-cı il may çıxışları ilə bağlayırdılar. Halbuki, həmin bayram əvvəllər bütün Avropada (Romada, Yunanıstanda) Mayya (latınca Mayis - may ayı) ilahəsinin şərəfinə qeyd olunub".
Alimin yazdığına görə, Azərbaycan etnoqrafları xalq mədəniyyətinə qarşı yeni siyasi sistemin bu cür hərəkətləri qarşısında öz gücsüzlüyünü dərk edərək xalqın məişətinə aid nə varsa, hamısını daha fəal və intensiv toplamağa, saxlamağa və öyrənməyə başladılar. E.Kərimovun bildirdiyinə görə, nəticədə artıq 1938-ci ildə Azərbaycan Tarixi Muzeyində belə eksponatların sayı 2725-ə çatıb: "Elə həmin vaxt bədii tikmələrdən və xalq yaşayış evlərinin təsvirindən ibarət 5 fotoalbom da hazırlanıb bu muzeyə verildi. 1946-cı ildə muzeydəki etnoqrafik əşyaların sayı 4500-ə, xalq geyimi dəstlərinin sayı isə 90-a çatdı. XX əsrin 20-30-cu illərində etnoqrafik tədqiqatlar, bir qayda olaraq, "marksizm-leninizm təlimi"nə söykənən milli siyasət, o cümlədən işlənən problemlərə sinfi münasibət əsasında aparılırdı. Sonrakı illəri, xüsusən keçən əsrin 60-80-ci illərini - "inkişaf etmiş sosializm cəmiyyəti və kommunizm quruculuğu" dövrünü yeni, qondarma etnosiyasi qurumun - "sovet xalqı"nın formalaşdırılması cəhdi kimi səciyyələndirmək olar; bu isə ənənəvi həyat tərzinə və xalqların etnosdaxili əlaqələrinə böyük ziyan vurdu. Təsadüfi deyil ki, sovet etnoqraflarının işlədikləri mövzular ölkədə aparılan siyasətə uyğun olmalı idi. "Yeni tarixi birliyin - "sovet xalqının" formalaşması prosesinin qanunauyğunluqları", "Fəhlə sinfinin və kolxozçu kəndlilərin müasir məişəti və mədəniyyəti", "Müasir etnik proseslər", "Xalqların inkişafı və yaxınlaşması proseslərinin etnik aspektləri" kimi problemlər həmin illərin prioritet istiqamətləri sayılırdı. Tarixi etnoqrafiya (o cümlədən etnogenez və etnik tarix, keçmişdə ailə və təsərrüfat məişəti) üzrə mövzular da zamanın ruhuna uyğun işlənirdi. Digər humanitar elmlər sahəsində də belə meyllər müşahidə olunurdu. Məsələn, Azərbaycan folklor elmində Lenin haqqında, "Fəhlə folkloru", "Müasir folklor" və "Din əleyhinə folklor" mövzuları prioritet istiqamətlər sayılırdı. Bütün bunlara baxmayaraq, 60-80-ci illər Azərbaycan etnoqrafiyasında dönüş mərhələsi sayılır. Ənənəvi əkinçilik, maldarlıq, kustar sənətkarlıq, ənənəvi maddi mədəniyyət və ailə-məişət münasibətləri haqqında fundamental işlər məhz həmin dövrdə yaranmağa başladı. Bu illərdə istər respublikada, istərsə də onun hüdudlarından kənarda etnoqrafiya üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasına böyük fikir verilirdi".
Şöbə müdiri bildirir ki, respublikamızın müstəqillik əldə etdiyi illərdə Azərbaycan etnoqrafiyası tarixində keyfiyyətcə yeni mərhələ başlanıb. Onun qeyd etdiyinə görə, bu gün ölkə və dünya təcrübəsi nəzərə alınmaqla müstəqil Azərbaycan etnoqrafiya elmi təşəkkül tapır: "Azərbaycanda yaşayan xalqlar müstəqillik şəraitində öz ənənəvi mədəniyyətinə, tarixi keçmişinə daha artıq maraq göstərir. Bununla bağlı son onilliklərin elmi nailiyyətləri sırasından ümumiləşdirilmiş kollektiv monoqrafiyalar olan "Azərbaycanlılar" (Bakı, 1998) və akademik T.Bünyadovun redaktorluğu ilə buraxılmış üçcildlik "Azərbaycan etnoqrafiyası" (Bakı, 2007, Azərbaycan dilində) əsərlərini göstərmək olar. Üçcildliyin xronoloji çərçivəsi məhdud (XIX-XX əsrlər) olsa da, burada azərbaycanlıların etnoqrafiyasının müxtəlif aspektləri ənənəvi tərzdə işıqlandırılıb. Əsəri Azərbaycan əhalisinin öyrənilməsi sahəsində elmi fəaliyyəti daha da genişləndirmək üçün çıxış nöqtəsi hesab etmək olar. Etnogenez probleminin uğurlu həlli ona sistemli yanaşmaqdan və onu modelləşdirməkdən, bir-birilə bağlı ümumi nəzər nöqtələrini və ya əksinə, üst-üstə düşməyən faktları müəyyənləşdirməkdən asılıdır. Nəzərə almaq lazımdır ki, problemin həllinə ayrı-ayrı elm sahələrində münasibət heç də birmənalı deyil. Belə halda etnoqrafiya elmi birinci dərəcəli rola malikdir, çünki etnogenez problemi bu elmin sahələrindən biridir. Maddi-mənəvi mədəniyyət, təsərrüfat, ailə məişəti və ictimai məişət xüsusiyyətləri xalqın özünəməxsus mədəniyyətinin bilavasitə göstəriciləridir. Qədim mədəniyyət və məişət elementləri ənənəvi geyimlərdə, yeməklərdə və mənəvi mədəniyyətdə əksini tapır. Bununla əlaqədar bütün dünyada tanınmış etnoqraf S.Tokarev 1949-cu ildə yazıb: "...etnoqrafik material cəlb etmədən heç bir mənbə növü etnogenez problemini tam həll etməyə imkan vermir... Xalqın mənşəyini dərk etmək üçün hər bir xalqın genezisini və ən səciyyəvi mədəni simasının inkişafını aydınlaşdırmaq lazımdır". Məşhur etnoqrafın həmin fikri bu gün də aktual səslənir. Azərbaycanlıların etnogenezinin öyrənilməsi təcrid edilmiş şəkildə deyil, başqa türk xalqlarının (türklər, türkmənlər, özbəklər, qumuqlar və s.) etnogenezi kontekstində aparılmalıdır. Etnogenezi tədqiq edərkən çox zaman etnosun formalaşmasının əsas tarixi mərhələlərini - substrat və superstrat mərhələlərini unuduruq. Etnogenez fərqli elmi yanaşma tələb edən yeganə mövzu deyil. Etnoqrafiya elminin predmet sahəsini sadəcə olaraq bu sözlərlə ifadə etmək olar: etnoqrafiya xalqların yaşam tərzinin təsviri, başqa sözlə desək, bioqrafiyasıdır. Təsvir etnoqrafiya elminin, necə deyərlər, canıdır. Bu faktı inkar etmək olmaz. Lakin hər hansı təsvir nəzəri ümumiləşdirmələrlə müşayiət olunmalıdır. Əks halda o, adi informator səviyyəsində qarşılana bilər.
Ənənəvi qida, geyim, ornament, yaşayış evləri və sairə etnosun özünəməxsusluğunun əsas indikatorlarıdır. Azərbaycan etnoqrafiyasında xörəklərin sadəcə kulinar təsvirindən hələ də xilas ola bilməmişlər, "qida ekzoqamiyasının" və ya "cinsi seqreqasiyanın" (kişilərin və qadınların ayrılıqda qidalanması) tarixi kökləri, yemək kompleksinin strukturu və dinamikası, insanların qarşılıqlı münasibətlərində onun sosial əhəmiyyəti, ayrı-ayrı xörəklərin mənşəyi və semantikası, masaarxası etiket indiyədək geniş araşdırılmayıb. Yaşayış məskənlərinin və evlərin ümumi qəbul edilmiş tipologiyası işlənib hazırlanmayıb.
Azərbaycanlıların milli geyimlərinin bölgələr üzrə kartoqrafiyasının hazırlanmasına başlamaq da zəruridir. Biz etnoqraflar azərbaycanlıların milli geyimlərinin sovet hakimiyyəti illərində kütləvi surətdə istifadədən çıxması səbəbləri barədə də indiyədək düşünməmişik. Axı keçən əsrin 20-30-cu illərində keçmiş Sovet İttifaqının digər regionlarında da ənənəvi mədəniyyətə, o cümlədən milli geyimlərə qarşı kampaniyalar keçirilmişdi. Bununla belə, keçmiş sovet məkanının bir çox xalqları öz milli geyimlərini kütləvi surətdə bizim günlərimizə qədər qoruyub saxlaya bilmişlər".
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ