Cümə axşamı günü, 26 noyabr 2026
     

Gövhər ağanın nəvəsi şöhrətli Barat xanım Şəkinskaya...

Image


Həlim, mehriban, ecazkar, eyni zamanda da qətiyyətli şəxsiyyət olan aktrisa, xalq artisti Barat xanım Şəkinskaya yaddaşlarda dərin izlər buraxıb. Onun filmlərdə, teatr səhnəsində, televiziya tamaşalarında yaratdığı obrazlar həm rəngarəngliyinə, həm də istedadla yaradıldığına görə böyük maraq doğurur. Bu aktrisanın lent yaddaşına köçən obrazlarına tamaşa etdikcə onun fiziki yoxluğuna heç inanmırsan.
101 yaşlı aktrisa həm cazibədar xanım kimi, həm də istedadlı aktrisa olaraq könüllərdə yaşayır.
Onu da bildirək ki, ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsində unudulmaz sənətkarlardan birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən B.Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazların məharətli ifaçısı olub. 2014-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Qeyd edək ki, 2014-cü il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycan teatr və kino sənətinin qeyri-adi simalarından biri olan B.Şəkinskayanın yaradıcılığına, xatirəsinə hörmət, ehtiram kimi qəbul edilir. Məlumat üçün bildirək ki, Barat Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. B.Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb və səhnəmizin gələcək ulduzu orada qadınlar klubunun dram dərnəyində iştirak edib. Yeniyetmə Baratın Gəncədə yaratdığı C.Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı, C.Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş obrazları onun parlaq yaradıcılığından xəbər verib. Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan B.Şəkinskaya klassik və çağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib. Onu da bildirək ki, Barat xanımın nəslinin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə "Şəkinskaya" soyadını götürüblər. Ata nənəsi Şuşada məscid tikdirmiş Gövhər ağadır. Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevlə əmiqızıdır və kişi qeyrətli olduğu üçün ona "ağa" deyiblər. Gəncəyə köçməzdən əvvəl Şuşada Sultan xanımdan, sonra Gəncədə Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs alıb. On üç yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Bir sıra tamaşalarla yanaşı, Cavidin "İblis"ində Xavəri oynayıb. 1929-cu ildən 1933-cü ilədək Gəncə İşçi Klubunun (fəhlə-kəndli klubu da deyilirdi) dram dərnəyində fəal çıxış edib. Qeyd etdiyimiz kimi, burada Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasında Nazlı, Cəfər Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş və sair rollar ifa edib. 1932-ci il dekabrın axırlarında Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Burada işçi qrupunun həvəskar aktyorları ilə birləşən kollektiv 1933-cü ilin martında Gəncə Dövlət İşçi Teatrı adı ilə fəaliyyətə başlayır. Barat xanım da kollektivə qəbul olundu. İki il ərzində o, Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Yaşar" və s. əsərlərində səhnəyə çıxıb. 1935-ci ildə Bakıya gələrək Milli Dram Teatrı kollektivinə daxil olan Barat xanım 1943-1945-ci illərdə də Gəncədə aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində Gəncə səhnəsində Afaq ("Nizami", Mehdi Hüseyn), İntizar ("Vəfa", Rəsul Rza), Gülnar ("Vaqif", Səməd Vurğun), Bahar ("Bahar", Məmmədhüseyn Təhmasib), Hürü ("Məhəbbət", Mirzə İbrahimov) rollarını yaradıb. Barat xanım Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1935-ci il oktyabrın 5-də truppaya daxil olan aktrisa "Sevil"də Gülüş roluna əlavə dublyor verilib. Xeyli müddət məşqləri gedən Qurban Musayevin "Qızıl çeşmə" pyesində ona Gülümsər rolunu tapşırıblar. 26 noyabrda premyerası göstərilən tamaşada Barat xanım da vardı. İkinci müstəqil işi Ədil İsgəndərovun quruluşunda Şəfiqə ("Polad qartal", Aleksandr Korneyçuq) rolu olan Şəkinskaya qısa müddətdə teatrın aparıcı aktrisalarından biri kimi şöhrətləndi. Nobel mükafatı laureatı Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola), Şillerin "Məkr və məhəbbət" (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi" (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.
Teatrşünaslar bildirir ki, Barat Şəkinskaya Azərbaycanın ilk travisti (oğlan rolunu oynayan) aktrisasıdır. Gəncə teatrında Kostya ("Partizan Kostya", Nadejda Fillipova) və Bakıda 1939-cu ildə oynadığı Napoleon ("Ögey ana", Balzak) yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. "O olmasın, bu olsun" filmində Sənəm, "Görüş"də Şövkət rolları uzun illərdən bəri maraqla baxılır. Barat Şəkinskaya "Telefonçu qız", "Qızmar günəş altında", "Fövqəladə hadisə", "Onun bəlalı sevgisi" və digər kinofilmlərdə də çəkilib. Onu da vurğulayaq ki, 1978-ci ildə Barat Şəkinskaya öz ərizəsi ilə fəxri təqaüdə çıxıb. O, ömrünün sonunadək şərti adı "Mənim sənət yolum" sənədli-bədii xatirə kitabı üzərində işləyirdi. 1986-cı ildə "İşıq" nəşriyyatı həmin əsərdən kiçik bir hissəni "Xatirələrim" adı ilə çap edib. 1935-ci ildə xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunan aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka", "Ad günü", "Köhnə qala", "Çippolino", "Buratino", "Sirk gəlir" və onlarca bu səpkili tamaşalar Teleradio Şirkətinin qızıl fondunda qorunub saxlanır. Barat xanım Şəkinskaya 4 may 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə ömrünün 85-ci ilində dünyasını dəyişib, aktrisa Bakıda ikinci Fəxri Xiyabanda dəfn olunub.
Barat Şəkinskayanın ömür yolu haqqında mətbuatda kifayət qədər məlumatlar, onun özünün müsahibələri, fikirləri yer alıb.
Teatrşünasların yazdığına görə, Barat xanım üç dəfə ailə qurub və övladları olub. Bildiyimiz kimi, ilk dəfə çox erkən - 16 yaşında-1931-ci ildə görkəmli səhnə xadimi Mir İbrahim Həmzəyevlə ailə qurur və bu izdivacdan Solmaz Həmzəyeva dünyaya gəlir. Solmaz xanım ömrünün böyük hissəsini Azərbaycan Televiziyasının gənclər redaksiyasında rejissor vəzifəsində işləməyə həsr edib. Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. 1936-cı ildə bağlanan bu nikahdan Rövşanə Bədəlbəyli doğulur. Üçüncü və sonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən dünyaya oğlu Elçin gəlir. Rəssam və kino aktyoru Elçin Məmmədovu hamı tanıyır - "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa və s. rolları canlandırmış istedadlı aktyor təəssüf ki, indi aramızda yoxdur.
Aktrisanın qızı Solmaz Həmzəyeva anasını hər zaman işıqlı xatirələrlə anır: "...Yəqin artıq çoxları bilir ki, Barat xanım ömrü boyu nə xan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib. Anamın ailəsinin əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdır. Ana babam Həbib xan isə Sisyan bölgəsinin Şəki mahalındandır. Bu mahalı babama həmin yerlərin xanı bağışlayıbmış. Sovet hökuməti qurulanda babam Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən, bu faktlar anama irad tutulmayıb. Hətta cəmi-cümlətanı 23 yaşı olanda "Azərbaycan SSR-in əməkdar artisti" fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirirdi. Bütün premyeralarına gəlirdi. Çoxları kimi o da əvvəl-əvvəl elə bilirmiş ki, anam şəkilidir, ona görə soyadı Şəkinskayadır... Anam, demək olar ki, elə bütün aktrisalarla dostluq edirdi - Hökümə Qurbanova, Fatma Qədri, Əminə Sultanova. Biz uşaqlar arasında da çox böyük mehribançılıq var idi. Anam qastrola gedəndə məni Əminə Sultanovagildə qoyurdu, onun yoldaşı da teatrın aktyoru idi - Əjdər Sultanov. Fatma Qədri ilə birlikdə bir fransız müəlliməsi tutmuşdular ki, həm Fatma xalanın qızına, həm də mənə gözəl ədalar öyrətsin. Onların evi kitab pasajının üstündə idi. Mən gedirdim ora, həmin müəllimə ikimizlə birlikdə məşğul olurdu. Ümumiyyətlə, o vaxtlar insanlar daha istiqanlı idilər. Anamdan bir qadın kimi nələri öyrənməyimə gəlincə isə, deyə bilərəm ki, iş yerində məni bir çətinliyi olan adama görə rəhbərliyin yanına xahişə gedən, mehribançılıq yaratmağa çalışan insan kimi tanıyırdılar. Bu isə anamdan gələn xasiyyətdir. O da teatrda həmkarları ilə xeyirxah münasibətdə olub həmişə. Doğrudur, onun səsi, zahiri görünüşü heyranedici idi. Amma mən anamda bəzi gözəl qadınlara xas olan işvəli-nazlı hərəkətlər, nə bilim, hansısa komplekslər görmədim. Kinorejissorlardan çox təkliflər alırdı, hər dəfə də deyirdi ki, axı neynirsiz məni çəkib, mən ya tatarlara oxşayıram, ya da malakanlara. Düşünürəm ki, bu xasiyyətinin ona köməyi oldu".
Görkəmli teatrşünas, professor İlham Rəhimli Barat xanım Şəkinskayanın keçən əsrin 70-ci illərində səhnə ilə vidalaşma səbəbini belə izah edib: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".
Maraqlı yanaşmadır, sənətkarın öz şəxsiyyətinə, sənətinə, özünə bundan böyük hörməti ola bilməz. O, səhnədə tamaşaçı gözündə həmişə olduğu kimi uca görünmək istəyirdi. Elə də görünürdü. Çox sevdiyimiz, ruhuna dualar oxuduğumuz Barat xanım Şəkinskaya xan nəslinin nümayəndəsi kimi hər zaman öz böyüklüyünü, əslzadəliyini, kübarlığını, dəyərini qoruya bildi. Bu böyük sənətkarın oynadığı rollar, hər zaman olduğu kimi, bu gün də öyrədir, cəlb edir və tamaşaçını maraqlandırır. Ruhu şad olsun!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ