Cümə axşamı günü, 26 noyabr 2026
     

Hökümə Qurbanovanın sənəti və Azərbaycan dövlətinin əvəzsiz irsə qayğısı...

Image


İlham Əliyev 2013-cü ildə sərəncam imzaladı

Onun adı Azərbaycan səhnəsində indinin özündə də unudulmayıb. Azsaylı xoşbəxt səhnə ustadlarındandır ki, adı hər gün çəkilir. Hələ də Akademik Milli Dram Teatrında onun cazibəsi, səsinin cingiltisi, addım səsləri yaşayır. O nə qədər sağ idi, teatrın qadın sənətkarlarının əksəriyyəti ona həsədlə, bir qədər də paxıllıqla baxır, bəziləri onun uğurlarını həzm edə bilmirdi. Hökümə Qurbanovadan danışırıq.
O Hökümə Qurbanovadan ki, Azərbaycan teatr tarixinə kraliça kimi daxil olub. Böyük ürəkli qüdrətli sənətkar olaraq "Azdrama"nın repertuarına ciddi təsir gücünə malik olub. Onun çiyinlərinə götürdüyü yükü hər aktrisa yerindən tərpədə bilməzdi. Bunun üçün istedad, cazibə, cəlbedici səs, yaraşıq gərək idi. Dediklərimizin hamısı da Hökümə xanımda əks olunub.
H.Qurbanova sənətinə Azərbaycan dövləti hər zaman böyük dəyər verib. Xanım sənətkarın dəfələrlə xatirə gecələri, yubileyləri qeyd edilib, televiziyalar tərəfindən barəsində filmlər, verilişlər çəkilib.
2013-cü ildə böyük aktrisa H.Qurbanovanın 100 yaşı tamam oldu. 4 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev H.Qurbanovanın 100 illik yubileyi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edilirdi ki, 2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur: "Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirmişdir. Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır".
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə AR Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb AR Nazirlər Kabinetinə təqdim etməsi tapşırılıb. 2013-cü ildə Hökümə Qurbanovanın 100 illiyi teatr ictimaiyyəti tərəfindən geniş səviyyədə qeyd edildi.
Məlumat üçün bildirək ki, Hökümə Abbasəli qızı Qurbanova Azərbaycan aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən sənətkar olub. Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.
H.Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadı ilə çıxış edib. Tədqiqatçılar bildirir ki, 1931-ci ildə Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşına malik olan H.Qurbanova Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən H.Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Tədqiqatçılar qeyd edir ki, teatr tariximizdə H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". Bu haqda teatr tənqidçiləri yazır.
H.Qurbanovanın yaradıcılığını, oynadığı rolları şərh edən teatrşünaslar bildirir ki, romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasına istiqamətləndirməkdə mahir ustad idi.
Teatrşünaslar yazır ki, psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu.
Teatrşünaslar qeyd edir ki, o yalnız dramatik rollarda oynamayıb, komediyalarda da parlaq obrazlar yaradıb.
Onun komediya rollarından danışan teatrşünaslar buna nümunə kimi aktrisanın Bənövşə, Xanuma kimi obrazlarını nümunə gətirir. Bu rollarda səhnəyə çıxan H.Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. H.Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından H.Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar.
Onun romantik faciə rollarından danışan teatrşünaslar qeyd edir ki, Hökümə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d’Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir. Realist faciə rollarına isə Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D’Nyusso), Nataşa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazları daxildir.
Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilkin Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral ("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov), Məhmənə banu ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Nataşa ("Mühəndis Sergeyev", Vsevolod Rokk), Sevgili ("Ana ürəyi", İslam Səfərli), Gülara, Sürəyya ("İşıqlı yollar" və "İntizar", İlyas Əfəndiyev. Qeyd: Əfəndiyev ikinci əsəri Mehdi Hüseynlə birgə yazıb), Yeva Qrant ("Bir evin sirri", Tur qardaşları), Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar", Rəsul Rza) obrazları canlanır.
Psixoloji-dramatik rollar. Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Uilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.
Teatr tənqidçilərinin bildirdiyinə görə, tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar. Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülarə, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır.
Yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb. Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da ana rollarına çəkilib. Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib. Tədqiqatçılar yazır ki, H.Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan teatr tarixində H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Bu barədə tənqidçilər deyir.
Onun ölümündən 27 ilə qədər vaxt keçməsinə baxmayaraq, hələ də hər zaman sağ adam kimi xatırlanır. O, səhnəyə çıxanda Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri kimi görkəmli sənətkarlar bu sahədə öz sözlərini desələr də, yeni ifaya ehtiyac yaranmışdı. Belə bir şəraitdə səhnə həyatına qədəm qoyan H.Qurbanova fitri istedadı, gərgin əməyi sayəsində yaratdığı obrazlarla səhnəyə həyatilik, səmimilik, sadəlik gətirmiş, milli teatrımızı respublikamızın hüdudlarından uzaqlarda da təbliğ etmiş, üzərinə düşən estafet missiyasını uğurla başa çatdırıb.
Onu da qeyd edək ki, H.Qurbanova böyük bəstəkarımız Müslüm Maqomayevin doğma bacısı Məlikət Maqomayevanın övladı olub. Teatr tariximizdə H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Aktrisanın yaradıcılıq zirvəsini 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antoni və Kleopatra" təşkil edir. Səhnəyə ondan sonra çox Kleopatralar gəlib getdi, tək onun adı qaldı yaddaşlarda.
Unudulmaz səhnə kraliçası H.Qurbanova teatr tariximizin şərəfini qoruyan böyük səhnə xadimlərindən olub.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ