Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
103 yaşlı xalq şairi Mirvarid Dilbazi...
Tarix: 22.08.2015 / 02:50
Bölmə: Layihə
Bu günlərdə Azərbaycan qadın şairləri arasında ilk xalq şairi fəxri adına layiq görülən Mirvarid Dilbazinin 103 yaşı tamam oldu. Mirvarid Dilbazi Azərbaycan poeziyasında xüsusi çəkisi, yeri, sözü olan şairlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev ona böyük dəyər verərək onu "İstiqlal" ordeni ilə təltif edib. Heydər Əliyevin yazıçı və şairlərlə görüşlərində Mirvarid Dilbazi də iştirak edər, fikir mübadiləsi aparardı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2012-ci il tarixində xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Sənəddə bildirilirdi ki, 2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur. M.Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil edib. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir. Prezident Sərəncamında Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan M.Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırıq verilib və o da tövsiyə olunub ki, bu məsələdə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınsın.
"Azərbaycan" jurnalının ədəbi redaktoru Südabə Ağabalayeva mətbuata bildirib ki, M.Dilbazi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir: "Onun yüz illik yubileyi ilə bağlı monoqrafiya yazanda arxiv sənədləri ilə tanış oldum. Uşaqlığı, yaşadığı dövrün çətinlikləri əsərlərində yer alıb. Mirvarid xanıma "Azərbaycan" jurnalının redaktoru vəzifəsi təqdim olunanda o, təvazökarlıqla imtina edib, baxmayaraq ki, bu vəzifə ona daha çox məşhurluq gətirərdi. Mirvarid Dilbazi 20 Yanvar hadisəsi zamanı ilk səsini qaldıranlardan olub. Bir ana, vətəndaş şairə kimi xalqının yanında olmağı özünə borc bilib. Çox maraqlı həyat yaşayıb, "İstiqlal" ordeni ilə təltif olunub. Mənə görə, Mirvarid xanımın ən əsas üstünlüyü müxtəlif zamanlarda yaşasa da, həmişə öz simasını qoruya bilən şairlərdən olmasıdır. Mənə elə gəlir ki, bu, yaradıcılıqdan daha vacibdir. Onda şəxsiyyətlə sənətin harmonik bir gözəlliyi vardı".
Məlumat üçün qeyd edək ki, M.Dilbazi 1912-ci il 19 avqust tarixində Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. Yaradıcılığa gənc yaşlarında başlayan M.Dilbazi "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi", "Yasəmən fəsil", "Seçilmiş şeirlər" və s. kitabların müəllifidir. M.Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Tənqidçi-publisist Südabə Ağabalayevanın "Zamanla üz-üzə" adlı monoqrafiyası M.Dilbaziyə həsr olunub. Kitabda şairənin keçdiyi həyat yolu onun yaradıcılığı müstəvisində araşdırılıb, nəsil şəcərəsi, ailə münasibətləri bədii-publisistik dillə oxuculara çatdırılıb. XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi M.Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib, lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb. 1929-cu ildə APİ-nin Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmalar Fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb. "Qadınların hürriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunub. Böyük Vətən Müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" və "Əlcəzairli qız" poemaları süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. Tədqiqatçılar yazır ki, "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb. İkinci Dünya Müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olub. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçib. Tədqiqatçıların bildirdiyinə görə, M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxıb, şeir xəzinəmizi zənginləşdirib. Onu da bildirək ki, bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyib.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib, əsərləri xarici dillərə tərcümə olunub.
M.Dilbazi irsini öyrənən tədqiqatçılar qeyd edir ki,
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası "ürəkli adam" deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır. Mirvarid Dilbazi 1994-cü ildə çap olunan "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında yazırdı: "XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil edib...".
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə alıb ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
M.Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq xalq şairi fəxri adı verilib. M.Dilbazi həmişə ana Vətəni, ana təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm edib:
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Tədqiqatçı, professor Şəmxəlil Məmmədov yazır ki, bir dəfə radioda verilən konsertdə "Çoban Qara" mahnısı elan olundu və bəstəkar Ağabacı Rzayevadan sonra "sözləri Mirvarid Dilbazinindir", - dedilər: "Anam (kəndimizin ilk müəllimlərindən olub) əlindəki işi yarımçıq qoyub əyləşdi, axıra kimi mahnıya qulaq asdı. Ayağa duranda sifətində iz salan göz yaşları sıralanmışdı. İbtidai sinifdə oxuyurdum və sövq-təbii ilə: - Mirvarid Dilbazi kimdir, - deyə soruşdum. Qəhərli səslə deyilən cavabla kifayətlənməli oldum: - Əmim qızıdır, ay imanım. Daha sual vermədim, onun yaralarının gözünü qoparmağa qıymadım. Bilirdim: atası Nəsrəddin ağanı əmisi oğlu ilə kənd məktəbinin qarşısında bolşeviklər güllələyib; bir qardaşını tutublar; nəsilləri pərən-pərən düşüb... İllər ötdü... 1997-ci ildə "Vətənin qüdrətindən güc alan sənətkar" ("Azərbaycan müəllimi"), 1998-ci ildə "Xalqına, uşaq dünyasına bağlı sənətkar" ("İbtidai məktəb və məktəbəqədər tərbiyə") adlı məqalələrimdə xalq şairi barədə duyğu və fikirlərimi qələmə aldım. SDU-nun (Sumqayıt Dövlət Universiteti) məzunlarından birinin M.Dilbazinin həyat və yaradıcılığı mövzusunda buraxılış işinin elmi rəhbəri oldum.
1996-cı ilin martında xüsusi müxbir Samirə Kərimovanın M.Dilbazi ilə "Ziyalı sözü" rubrikası altında müsahibəsi dərc olunandan xeyli sonra bir gün əməkdaşımız: - Mirvarid xanım sizi axtarır, ona zəng edin, - dedi. Zəng etdim, Nəsrəddin ağanın (Qara əmi deyirlərmiş babama) qız nəvəsi olduğumu dedim, qardaş-bacılarım barədə danışdım. Məni yubileyinə dəvət etdi. Ulu öndər Heydər Əliyevin də iştirak etdiyi o tədbiri televiziyada seyr etdim, yubiley gecəsinə getmədim və bu gün çox şey itirdiyimi bütünlüklə dərk edirəm. Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: "əcəb dilbaz əst". Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.
Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib inkişafa can atırdı. Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq, nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir xalq artisti - Əminə Dilbazi, ömrünü xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi Yaqut Dilbazi çıxıb. Bunların da hərəsinin faciəli bir həyatı olub". (İqtisad elmləri doktoru, professor Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir - Ş.M.)".
Professor Məmmədov yazır ki, atasını erkən itirən M.Dilbazi Daş Salahlıda babası Mustafa ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyüyüb. Onun yazdığına görə, böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bütöv və tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olub: "Mirvarid Paşa qızı Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlayıb. 1920-ci ildə Mədinə xanım Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya - Darülmüəllimata gətirib. M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı səmimi fikirlər qələmə alıb. "Bizim müəllimlərimiz" adlı yazının əvvəlində oxuyuruq: "Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub o gözəl gələcəyə uçmaq istəyirdik. Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq.
Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi. Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik".
Tədqiqatçı yazır ki, Qubadan Bakıya qayıdan Dilbazi "Şərq qadını" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərir. Onu jurnala redaktor təyin etmək istəyirlər, şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri işləyir. Bir neçə ay Moskva yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi kurslarda olması onun sənət, dünya ədəbiyyatı haqqında məlumatını genişləndirib. Beləliklə, o, muzeydəki işdən çıxıb bədii yaradıcılıqla məşğul olur. Ş.Məmmədov bildirir ki, M.Dilbazi sovet dövründə iki dəfə "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilib: "1979-cu ildə Ukraynada Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyündə iştirak edərkən onun çıxışları çox hərarətlə qarşılanıb. MK katibi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə bu barədə məlumat verib, Azərbaycan KP MK bürosunda ona bu fəxri adın verilməsi məsələsi həll olunub. Ümummilli lider Heydər Əliyev sonralar Mirvarid xanımın yubileyində bilavasitə iştirak edərək xalq şairini böyük hörmət və ehtiramla təbrik edib".
Tədqiqatçı onu da qeyd edib ki, Mirvarid Dilbazi 1928-ci ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində keçirilən məclislərdə iştirak edib. Tədqiqatçı deyir ki, Azərbaycan bədii fikrinin görkəmli nümayəndələri ilə görüşlər, söhbətlər sonradan həmin ədəbi şəxsiyyətləri səciyyələndirən xatirə cizgilərinə çevrilib: "Bu baxımdan nəcib, həyalı, mötəbər A.Şaiq, xalqın sonsuz məhəbbətini qazanmış S.Vurğun, başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş münasibəti göstərən S.Rüstəm, çox sadə, səmimi, saf xilqətli M.Müşfiq, okeanda inci axtaranlara oxşayan M.Hüseyn, sözün əsl mənasında, ziyalı Y.V.Çəmənzəminli, "Xalq işinə çox lazımlı, müsbət bir şəxsiyyət" (S.Vurğun) olan M.İbrahimov, xalq ənənə və adətlərini bilən S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli, tədbirli, mədəni R.Rza, yoldaşlıq və dostluqda möhkəm və dönməz O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi təmizliyin nümunəsi Ə.Vəliyev haqqında xatirələr ürəklə, məhəbbətlə, səmimiyyətlə qələmə alınıb. Mirvarid Paşa qızı ömrü boyu kimsədən təmənna ummayıb, kimsəyə yük olmayıb. Bircə həmdərdi qələm olub. Bütün dərdlərini, kədər və sevinclərini qələmlə demiş şair xalqımızın qələbəsini görmək arzusu ilə yaşayırdı".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ