Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xurşudbanu Natəvan irsi və dövlət qayğısı...
Tarix: 21.08.2015 / 02:00
Bölmə: Layihə
Azərbaycan xalqının görkəmli qadınlarının tarixdə qoyduğu izlər minillər boyu silinmir. Nə qədər hadisələr, dünyada min-bir qarışıqlıq baş versə də, çox həqiqətlər inkar edilsə də, yaşamaq haqqı olan şəxsiyyətlər xalq və dövlət, mədəniyyət, ədəbiyyat var olduqca yaşayır.
Məlum olduğu kimi, Azərbaycan tarixində qadınlar arasında görkəmli şairələr, ictimai-siyasi xadimlər, dövlət adamları az olmayıb. Həmin şəxsiyyətlərin irsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı bəslənib. Bilirik ki, zaman-zaman o qadınların yubileyləri keçirilib, kitabları çap olunub, irsi tədqiqata cəlb edilib. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin bu şəxsiyyətlərə xüsusi münasibəti heç kəsə sirr deyil. Klassik ədəbiyyatın bilicisi və himayədarı olan Heydər Əliyev milli ədəbiyyatımızın, dövlətçiliyimizin inkişafında əməyi olan qadınları hər zaman qiymətləndirib, onların xatirəsinin əbədiləşdirilməsini, adının uca tutulmasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də onun yolunu davam etdirərək tariximiz üçün əhəmiyyətli olan şəxsiyyətlərin ruhuna ehtiramını göstərib. Xurşudbanu Natəvan şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib.
Bildiyimiz kimi, 2012-ci ildə Xan qızı Xurşudbanu Natəvanın 180 yaşı tamam olub. Prezident İlham Əliyev 3 aprel 2012-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayan Xurşudbanu Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncamda böyük şairənin, ictimai-siyasi xadimin 180 illik yubileyinin qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, yubileyinin təşkil edilməsinə dair tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncamına əsasən silsilə tədbirlər həyata keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə onun yubileyi təntənə ilə qeyd edilib.
Onu da bildirək ki, 2012-ci il sentyabrın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli Azərbaycan şairəsi, "Xan qızı" adı ilə tanınan, dövrünün qabaqcıl ziyalısı, maarifpərvər şəxsiyyət Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr olunan geniş tədbir keçirilib.
Görkəmli şairənin ruhuna, irsinə dövlət başçısının göstərdiyi böyük ehtiram onun Azərbaycan ədəbiyyatına verdiyi töhfə sayılır. Bu həm də Azərbaycan dövlətçiliyinin formalaşmasında xüsusi rolu olan Qarabağ xanlığına verilən böyük dəyərdir.
Bakının ən gözəl yerlərindən birində xan qızına abidə ucaldılıb, adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub var. Onu da qeyd edək ki, Natəvanın Bakıdakı heykəli ilə yanaşı, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi olub, lakin ermənilərin təcavüzü nəticəsində Şuşa işğal olunub və Natəvanın büstü güllələnib. Həmin güllələnən büst Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində saxlanır. Xatirəsi hər zaman əziz tutulan Natəvan həm də yüzlərlə qızın adına köçüb yaşayır.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatında qadın şairələr arasında xüsusi yeri olan Natəvan XIX əsr Azərbaycanın görkəmli şairəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir.
Bildirək ki, Xurşudbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Bir neçə gün əvvəl şairənin 183 yaşı tamam olub. Onu da bildirək ki, Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını verib. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.
Tədqiqatçılar yazır ki, balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olub. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. XIX əsrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərinin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlayıb. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılığı, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirib.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy edir və Xurşudbanunu Dağıstana - öz doğma kəndinə, oradan da Tiflisə aparıb. Natəvanşünaslar yazır ki, həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxt tək qaldığı üçün sıxılıb, qəriblik çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulub, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşudbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb. 1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızının adını isə Xanbikə qoyurlar. Xurşudbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri şairənin soyköküdür. Yəni Natəvanda iki böyük nəslin-Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra şair gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır ki, Ziyadi Qarabaği və Müsahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılır. Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.
Natəvanın nəvəsi Xasay Usmiyev və onun əcnəbi həyat yoldaşı, Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək qəzəllər və rübailər yazıb. Onun bir neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunub. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub. Xurşudbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxan Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olub. Şairə ömrü boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib. Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb. Xurşudbanu Natəvan 1897-ci il 1 oktyabrda vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub. Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanır.
Natəvanın soyağacı, əsli-kökü haqqında məlumatları əksəriyyətimiz bilirik. Məlum olduğu kimi, Natəvan Pənahəli xanın nəticəsi, İbrahimxəlil xanın nəvəsidir. Ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir: anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.
Kumık Xasay xanın həyat yoldaşıdır. Mehdiqulu xan Vəfanın və Xanbikə xanımın, Mir Həsən Ağa Mirin anasıdır, Bəhram xan Naxçıvanskinin, Əkbər xan Naxçıvanskinin, Xaqan xan Naxçıvanskinin, Kamran xan Naxçıvanskinin, Ənvər xanım Naxçıvanskayanın, Sənubər xanım Naxçıvanskayanın nənəsidir.
Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan, Leyla xanım Usmiyeva adlı nəticələri olub.
Xurşudbanu Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşudbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür: aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilən şeirlər, müasirlərinə yazdığı mənzunmənlər, hüznlü şeirlər. XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirib: Xurşudbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də olub. Bəylər Məmmədov "Xurşudbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır". Tədqiqatçıların yazdığına görə, müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanır. Hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar İnstitutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməyib. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairənin qəzəllərini "Segah" üstündə oxuyub. Ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub ilham alırlar. Natəvan poeziyası professional Azərbaycan bəstəkarlarının əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazıb, Opera və Balet Teatrının səhnəsində oynanılır. Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olub. Yaradıcılıqla bərabər xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar. Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Tədqiqatçı Bəylər Məmmədov "Xurşudbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisin təşkil edilməsinin zərurətini dərk edirdilər. Lakin məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul edib və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini xan qızı öz üzərinə götürüb. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərinin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi. Məhz bu zaman Xurşudbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürüb. Bəlli olduğu kimi, Natəvan həm də istedadlı rəssam olub. Onun "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur. Tədqiqatçılar qeyd edir ki, Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olunub.
Tarixdən bəllidir ki, 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşudbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onların arasında dostluq yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim edib. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapıb.
Natəvan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dövlətçiliyinin, ictimai-siyasi həyatının olduqca parlaq nümayəndəsi kimi yaddaşımızda yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ