Cümə günü, 27 noyabr 2026
     

Heydər Əliyevin imzaladığı sənədlər dilimizin qorunması prosesində necə rol oynadı?

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət ayrıldı. Azərbaycan dilinin, əlifbasının dövlətimizin əsas atributlarına çevrilməsi olduqca müsbət haldır.
Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra bu vacib məsələyə geniş yer ayırdı, diqqət göstərdi.
Onu da qeyd edək ki, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər mərhum Heydər Əliyev ana dili və əlifbaya dair bir neçə sənəd imzalayıb. Ana dilinin təəssübünü çəkən və azərbaycanlılığı ilə fəxr edən Heydər Əliyev prezidentliyi dövründə bu məsələyə hər zaman böyük hörmətlə yanaşıb.
Heydər Əliyevin 9 avqust 2001-ci il tarixində imzaladığı
"Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanda vurğulanır ki, 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. Sənədə tarixə nəzər salınaraq qeyd edilir ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilməsi məsələsi reallaşdırıldı: "Burada qeyd edilir ki, qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu: "Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyil, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi".
Qeyd edək ki, 2001-ci ildən Heydər Əliyevin imzaladığı Fərmanla respublikamızda Azərbaycan əlifbasına keçid baş verdi. 2001-ci il avqust ayından yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu. Bildiyimiz kimi, 1 avqust - Azərbaycan Dili və Əlifbası Günüdür. Bu əhəmiyyətli gün Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla təsdiqini tapıb.
2003-cü il 2 yanvar tarixində Heydər Əliyev Azərbaycan xalqına daha bir əvəzsiz töhfə verdi. Bu, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı idi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında (2003) ana dilinin inkişafı, hər yerdə işlək olması, qorunması və təbliği nəzərdə tutulurdu.
Heydər Əliyevin ana dilinə verdiyi böyük dəyər nəticəsində dilimiz XXI əsrdə də öz duruluğunu, təmizliyini, ana axarını qoruya bildi. Azərbaycan dili hazırda öz gözəlliyi, qədimliyi, poetikliyi, axıcılığı ilə diqqət mərkəzindədir. Sevindirici haldır ki, qeyri-millətlər də bizim ana dilimizi sevir və bu dili öyrənirlər.
Milli Məclisin Mədəniyyət məsələləri daimi komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələsini şərh edərək qeyd edir ki, Heydər Əliyevin bu sahədə rolu əvəzsizdir. N.Cəfərov Heydər Əliyevin "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur" fikrini irəli çəkərək bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsidir: "Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə - Azərbaycan xalqının milli dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olub. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin respublika dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırırdı. Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri görüb:
- Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Əsas Qanunda - Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib;
- Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib;
- Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan dilində çıxıb;
- Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərsliyi Azərbaycan dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib;
- həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktiki olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Lakin həmin illərdə, başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz volyuntarizmə, hərc-mərcliyə yol verilirdi. Xüsusilə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər milli dilin (dövlət dilinin) nüfuzuna mənfi təsir göstərdi:
- yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum "tədbirlər" görülməsinə başlandı ki, həmin "tədbirlər" nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrilib ana dilini (onun ictimai-siyasi nüfuzunu, normalarını, funksional üslublarını...) bütövlükdə təhlükə altında qoydu;
- Azərbaycanda yaşayan azsaylı xalqlara, etnoslara mədəni muxtariyyət vermək kimi volyuntarist bir hərəkətin rəsmi müdafiə olunması, on illər boyu qazanılmış tarixi uğurların itirilməsi həmin uğurlara (və dövlət dilinin nüfuzuna) barmaqarası münasibətin nəticəsi idi;
- geniş, hərtərəfli müzakirələr aparılmadan (nə ictimaiyyətin, nə də mütəxəssislərin rəyini öyrənmədən) ana dilinin "türk dili" adlandırılması, eləcə də kiril əlifbasından latın əlifbasına keçidin hazırlıqsız başlanması sonralar bir sıra problemlər törətdi;
- normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra "dövlət xadimləri"nin, "siyasi xadimlər"in müxtəlif çıxışları, məntiqsiz mülahizələri Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş normalarına, funksional üslublarına (ümumən ana dilinin əxlaqına) sayğısız, məsuliyyətsiz münasibət yaratmağa başladı və s.
Xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və bu illərdə onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu".
Professor qeyd edir ki, həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki:
a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları, istər-istəməz, ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;
b) Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;
c) "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.
Bütün bunlar nəzərə alınaraq (eyni zamanda referendumun nəticələrinə əsaslanaraq) müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin adı "Azərbaycan dili" kimi qeyd edildi.
N.Cəfərovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi:
"2001-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.
2001-ci ildə Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.
Ümumiyyətlə, Azərbaycan xalqının ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tamamilə əminik".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ