Bazar günü günü, 29 noyabr 2026
     

Erməni daşnaklarının törətdiyi Şamaxı qətliamı Ələkbər bəy Xasməmmədovun tarixi məruzəsində...

Image


Şamaxı qətliamının üstündən 97 il keçsə də, daşnak-rus birləşmələrinin tökdüyü qanlar torpağın köksündə hələ qızarır. Əlbəttə, qisas qiyamətə qalmaz. Az qala bir əsrdən artıq vaxt keçib, ancaq hələ də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qisası alınmayıb. Bu mənada ki, biz öz həqiqətimizi lazımi səviyyədə tanıda bilməmişik.
Məlum olduğu kimi, Şamaxı qətliamı ilə bağlı rəsmi mənbələrdə çoxlu məlumatlar var. Hətta onların çoxu xarici ölkə arxivlərində qorunur. Yəqin ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarının 100 illiyi ərəfəsində gizlin faktlar da araşdırılaraq üzə çıxarılacaq. Buna hələ üç il qalır, ortaya kifayət qədər material çıxarmaq üçün xeyli vaxtımız var.
Mövzu ilə əlaqədar keçən yazımızda Ələkbər bəy Xasməmmədovun məruzəsində yer alan fikirlərə toxunmuşduq. Bu dəfə də onun əhəmiyyətini nəzərə alaraq ona istinad edirik. Tarixi mənbələrdə, əldə olunan tarixi sənədlərdə məruzədə gedən fikirlər belə göstərilir: «Xasməmmədovun məruzəsində göstərilir ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı şəhərdəki bir neçə min azərbaycanlı qətlə yetirilib. Onların arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdüyü nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi. Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilib».
Tarixi sənədlərdə verilən məlumata görə, məruzədə göstərilir ki, bir neçə məscidin, evin və mağazanın xarabazarlıqlarının, habelə insan sümüklərinin 45 ədəd fotoşəkilləri də çəkilib. Məruzadə qeyd edilənə görə, Fövqəladə Təhqiqat Komissiyasının digər məruzələrindən birində deyilirdi: «...erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq deyib ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlayıb, sonra isə onları öz şəxsi tapançası ilə güllələyib. Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan, orta hesabla, bir milyard manatdan çox olub. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə-qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlir və ikili məqsəd daşıyırdı. Bir tərəfdən, onlar azərbaycanlıları kütləvi surətdə qırır, digər tərəfdən isə, onların evlərinin qarəti hesabına külli miqdarda var-dövlət əldə edərək varlanırdılar. Ona görə də Şamaxını talan edən erməni quldur dəstələri «Öldürüb talamaq! Talayıb öldürmək!» prinsipindən ilham alırdılar».
Mənbələr yazır ki, Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar, qətllər bilavasitə illərlə burada sülh şəraitində yaşamış, azərbaycanlılardan daim hörmət görmüş nankor yerli ermənilərin rəhbərliyi ilə daşnaklar tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilib. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalov və b. rəhbərlik etmişlər. Bu şəxslər həmçinin quldur dəstələrinin digər üzvləri ilə birlikdə azərbaycanlıların evlərini yandırmış, talan etmiş və dinc əhalinin qətllərində də bilavasitə iştirak etmişlər. Qeyd edildiyinə görə, yüzlərlə şahidlər və zərərçəkənlər dindirilərkən bu qatillərin adlarını çəkmiş, qətl və qarətdə bilavasitə iştirak etdiklərini təsdiq etmişlər. Onlar yerli ermənilərdən keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanovun, keçmiş Şamaxı poçt-teleqraf kontorunun rəisi Arşak Gülbəndiyanın, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanovun, Şamaxıda məşhur tacir E.İvanyantsın, dəllək Samvel Dolievin və b. bu kimi hadisələrin şəxsən iştirakçısı və icraçısı olduqlarına şəhadət vermişlər.
Sənəddə bildirilir ki, toplanmış çoxlu əşyayi-dəlil, zərərçəkənlərin və şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatski həmin komissiyanın sədrinin adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı eşidilməmiş cinayətlər törətmiş həmin şəxslərə qarşı cinayət işi qaldırmağı təklif edir: «1919-cu il iyul ayının 12-də Azərbaycan Cumhuriyyəti hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novatskinin məruzəsini dinləyərək şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının (cəmi 31 nəfərin) başlıca canilər olduqlarını göstərir. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək, top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq öz qarşılarında Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşlar. Bunun üçün də 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlılar yaşayan hissəsinə hücuma keçirlər. Bir neçə gündə minlərlə dinc azərbaycanlı əhalini-kişi, qadın, uşağı qətlə yetirmişlər. Özü də bu qətllər xüsusi qəddarlıqla həyata keçirilib. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərlə öldürülmüşlər. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılıb. Fövqəladə Təhqiqat Komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul edir. Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalıb. Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən daşnakların böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Əngəxarana soxulan ermənilər və malakanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alır. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə aparılaraq orada saxlanır, 88 kişini isə malakan kəndi Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər sağ azərbaycanlı gəlib çıxır. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr Mədrəsəyə aparılmış qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldikdə onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyitlərinin eybəcər hala salındığını görürlər. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilib. Bu da sübut edirdi ki, hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Bundan başqa, dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar. Komissiyanın məruzəsində göstərilir ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalıb».
Tarixçilərimizin hazırladığı elektron mənbələrdə bildirilir ki, respublikamızın dövlət arxivlərində saxlanan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Sənədlərdə bildirilir: «Təəssüflər olsun ki, Şamaxı şəhəri və Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və məlumatlar hazırlanmadığı üçün Şamaxı şəhəri və Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanmış və əlimizdə olan çoxlu ilkin məlumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür. 1919-cu il aprel ayının 3-də Azərbaycan Cumhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəza rəisinin Fövqəladə Təhqiqat Komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbiristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilib. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilib».
Bildirək ki, Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların-şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilib. Tarixçilər yazır ki, bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülüb ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olub; Yəhyalı kəndində 922 nəfər öldürülüb ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi, kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olub; Qubalı Baloğlan kəndində 553 nəfər öldürülüb ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi, kəndə dəyən ümumi maddi zərər 90 milyona yaxın olub; Kalva kəndində 500 nəfər öldürülüb ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri uşaq idi, kəndə dəyən ümumi zərər 24 milyon manat olub; Ağsu kəndində 500 nəfər öldürülüb ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olub, kəndə dəyən ümumi maddi zərər 36,5 milyon manat olub; Tircan kəndində 360 nəfər öldürülüb ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfəri uşaq idi. Kəndə dəyən ümumi maddi zərər 21 milyon manata yaxın olub; Bağırlı kəndində 370 nəfər öldürülüb ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olub, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olub. Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılıb. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanıb və möhürlə təsdiq edilib. Bu aktlarda olan rəqəmlər üzrə bizim hesablamamıza görə, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Hesablamamıza görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata bərabərdir. Dəymiş maddi zərərlər yandırılmış və dağıdılmış yaşayış evləri və digər tikililərin, qovulub aparılmış və ya məhv edilmiş mal-qaranın, oğurlanmış və yandırılmış ev əşyalarının, aparılmış və ya məhv edilmiş kənd təsərrüfatı alətlərinin, taxılın, yemin, dağıdılmış üzüm, tut və meyvə bağları və s. üzrə hesablanırdı. Ermənilərin azərbaycanlıların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri vəhşiliklər, sözün əsl mənasında, vandalizm nümunəsidir. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edərək yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrin qapılarını bağlayaraq od vurub heyvanları belə diri-diri yandırmaqdan çəkinmirdilər.
Bu barədə erməni terrorunu ifşa edən tarixi mənbələrdə məlumatlar verilib.
Əlbəttə, Şamaxı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin bir hissəsidir. Onların bu mənfur siyasətindən 200 ilə yaxındır Azərbaycan xalqı əziyyət çəkir və qanlı soyqırım hadisələrinin müəlliflərinə isə hələlik «dayan, dur» deyən yoxdur.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ