27/01/2020 01:31
728 x 90

4 evdən və çayxanadan oğurluq etdi, üzərindən də narkotik çıxdı – Astarada...

img

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 4 evdən və 1 çayxanadan oğurluq edən şəxs saxlanıb. Onun üzərindən narkotik vasitə də aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus, rayonun Şiyəkəran kəndində yerləşən evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. R.Mirzəyev saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər