18/11/2019 09:47
728 x 90

Hacıqabulda mənzildən oğurluq edən şəxs tutuldu

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, noyabrın 4-də  Hacıqabul rayon sakini olan qadın  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə  və Hacıqabul RPŞ-yə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis baş leytenantı

Son xəbərlər