20/11/2019 23:12
728 x 90

Polislər yenə ayaqda – köhnədən qalmış 7, “isti izlərlə” 26 cinayət açıldı

img

Oktyabrın 22-dən 23-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıb.  

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər