20/11/2019 23:25
728 x 90

Sabirabadda ev oğrusu saxlandı

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, Sabirabad rayonu Zalqarağac kənd sakini olan bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək, ona məxsus fərdi yaşayış evindən pulunun oğurlandığı barədə məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Azayev saxlanıb. Dindirilmə zamanı İ.Azayev evdən 2200 manat pulu oğurladığını etiraf edib və həmin pullar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis baş leytenantı

Son xəbərlər