Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
13/11/2019 16:05
728 x 90

Qaçırdığı “Jiquli”ni Siyəzəndə gizlətdi, Qazaxda sərhədi keçmək istərkən polisə yaxalandı...

img

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, oktyabrın 16-da Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus “VAZ-21011” markalı avtomobilin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanıb və nəqliyyat vasitəsinin Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanaraq Quba RPŞ-nə gətirilib.

Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Son xəbərlər