21/11/2019 18:26
728 x 90

Yenə polislər qalib gəldi – köhnədən qalmış 5, “isti izlərlə” 26 cinayət açıldı…

img

Oktyabrın 18-dən 20-dək Respublikanın daxili işlər orqanları 2 gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər