13/11/2019 15:54
728 x 90

Cəlilabadda oğurluq və nəşəli avtomobil sürməklə məşğul olan şəxslər tutuldu - FOTO

img

Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evlərdən birindən oğurluq edilib.

Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd anten oğurlanıb. Cəlilabad Rayon Polis Şğöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanıb. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanıb. Belə ki, əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanıb. Araşdırma zamanı onun “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Qeyd edək ki, sürücünün yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan, ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Cəlilabad Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər